30.11.17

1-2-3 dekabr üçün 8 məşğuliyyət

Afişa
1-2-3 dekabr üçün 8 məşğuliyyət

Qış yaxın deyil, qış artıq gəlib! Baku Afisha qışı əyləncəli və zövqlə qarşılamaq üçün bu həftə sonları planlarından danışır:

  • Sezonun gəlişini qeyd etmək:

Bakıda qlintveyn dəbi hələ çox təzədir, ancaq olduqca dadlıdır. Biz bu içkini evdə, sınaqdan keçirilmiş reseptlə hazırlamağı və içkinizi özünüzlə götürüb gəzintiyə çıxmağı məsləhət görürük. Resepti burada tapa bilərsiniz. Yeri gəlmişkən, Atelier Vivandada qlintveyn sezonu artıq başlayıb - Bakı-sayağı ədviyyəli qlintveyni götürün, şəhərdə sevdiyiniz insanla və ya əyləncəli dostlarınızla gəzməyə çıxın.

Harada: Evdə və ya Atelier Vivandada

Nə vaxt: Bütün qış!

  • Qış nağıla səyahət:

1 dekabrda Fəvvarələr meydanında ənənəvi Soyuq əllər, isti ürək yarmarkası açılır. 15 yanvaradək şəhərin mərkəzi əsl qış nağılına çevriləcək. Yarmarkada maraqlı şou-proqramlar, məşhurlarla görüşlər, hədiyyələr və çoxsaylı sürprizlər vəd edirlər. Üstəlik, burada hər zamankı kimi dadlı və əyləncəli olacaq.

Harada: Fəvvarələr meydanı

Nə vaxt: 1 dekabr - 15 yanvar

  • 2018-ci ilin ilk vik-endi Praqada:

2018-ci ilin ilk vik-endini Praqada keçirmək istəyirsiniz? İndidən hərəkət etmək lazımdır! Bunun üçün isə həftə sonunu Pasificoda keçirməlisiniz. 100 manatdan yuxarı hesab ödəyən qonaqlar lotoreyada iştirak etmək üçün kupon qazanırlar və qalibə Praqaya iki nəfərlik səyahət hədiyyə olunur. Kuponunuz nə qədər çox olsa, qazanmaq şansınız da o qədər artır! Şanslı səyahətçi 11 dekabrda seçiləcək.

Harada: Pasifico

Nə vaxt: 1-10 dekabr

  • Xalçalar haqqında daha çox öyrənmək:

2 dekabrda Xalça muzeyində xalça incəsənətinə - yeni xalça ornamentlərinə, simvollara, qədim adətlərə və ideyaları müasir xalçalarda ifadə etməyə həsr olunan Chingiz mühazirəsi keçiriləcək. Mühazirə azərbaycan dilində keçiriləcək.

Harada: Azərbaycan Xalça muzeyi

Nə vaxt: 2 dekabr, 14:00

Necə: Giriş sərbəstdir

  • Kilt geyinmək:

Əgər sizdə kilt varsa - onu geyinməyin və əsl şotland barı - Clansman Pub and Restauranta getməyin tam zamanıdır. 2 dekabrda burafa şotland musiqi gecəsi (tuluq zurnası da daxil olmaqla) və Müqəddəs Endryunun şərəfinə video olacaq.

Harada: Clansman Pub and Restaurant

Nə vaxt: 2 dekabr, 20:30-23:30

  • Qaçmağa başlamaq:

Soyuq sezonun başlaması heç də yaya kimi qaçmayacağımız mənasını vermir. Bizim qışda qaçış bələdçimizi oxuyun və Fitzona ilə birlikdə Baku Marathon Cluba qoşulun - 3 dekabrda onlar hava şəraitindən asılı olmayaraq 15 km qaçacaqlar.

Harada: Dalga Plaza

Nə vaxt: 3 dekabr, 08:30

  • Hədiyyələr almaq:

3 dekabrda Passage 1901-də 50 nəfər iştirakçı - geyim dizaynerləri, bəzək əşyaları, ev əşyaları, parfümeriya, kosmetika, oyuncaq və dəftərxana məhsulları üzrə "handmade" masterləri ilə yarmarka keçiriləcək. Vəsaitin bir qismi ehtiyacı olan şəxslərə göndəriləcək. 

Harada: Passage 1901

Nə vaxt: 3 dekabr, 10:00-19:00

  • Uşaqları Afrikaya göndərmək:

Uşaqları Afrikaya göndərmək təhlükəsizdir, əgər bu Hard Rock Cafedə "Bir dəfə Afrikada" təqdimatıdırsa. 3 dekabrda balaca rokçular üçün kukla çıxışları olacaq, kafedə həm uşaqları həm də böyükləri gözləyirlər.

Harada: Hard Rock Cafe

Nə vaxt: 3 dekabr, 13:00

Necə: Giriş sərbəstdir

Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

MUSIC LAB: “Tezik kimdir?” by DJ AKG

MUSIC LAB: “Tezik kimdir?” by DJ AKG

Növbəti paylaşım
Top