10.04.18

Bakıda 10 yeni məkan

Məkanlar, Qida, İlham
Bakıda 10 yeni məkan

Azərbaycan şərabları, Avropa şirniyyatları, fransız eklerləri, dekor üçün hər şey, kvestlər və "nənəmizin yeməkləri kimi" yeməklər məqaləmizdə hər zövqə və büdcəyə uyğun yeni məkanlar var:

Jules Verne Waffles and Crepes

  • Ünvan: 28 Mall, 4-cü mərtəbə; Ganjlik Mall, 3-cü mərtəbə

Macəra və yeni təəssüratlar axtarışındasınız? Uşaqlıqda Jul Vernenin əsərlərini oxuyaraq sirrli adaya və ya sualtı qayığa düşmə xəyalları qurduğunuzu xatırlayırsınız? Jules Verne kafesinin qurucuları səyahətlərdən ilhamlanıb, dadlı desertlər üçün gedə biləcəyimiz maraqlı bir kafe açıblar. Menyuda təzə meyvə və giləmeyvəli vafli, şirin və doyumlu içliklərlə kreplər var. 28 Mall və ya Ganjlik Mallda yeyə və ya özünüzlə rahat bir bağlamada evə apara bilərsiniz.

Gourmet Pendir&Chorek

  • Ünvan: İçərişəhər, Asəf Zeynallı küç. 16

Dadlı adı olan bu kiçik kafedə ağ pendirlər, isti çörək, ətli və ya göyərtili qutablar, lavaşda və ya çörəkdə dönərlər, sevimli nənəmizin evindəki kimi ətli pirojkilər verirlər. Əsl milli koloritli fast-fud.

Saqi Wine Bar

  • Ünvan: Azərbaycan pr. 12

Saqi Wine Bar-da yerli istehsalçıların şərab və qəlyanaltılarına əsas yer verir və hər şeyi xırdalığına qədər düşünürlər. Burada dostlarla yığışıb, bir qədəh əla şərabla gələcək planları qurmaq və ya keçmişdə baş vermiş gülməli hadisələri yada salmaq xüsusilə xoş olur. Yaraşıqlı somelye məmnuniyyətlə sizə şərablar və lazım olan növü haqqında danışacaq, sonda isə mütləq kiçik bir kartı doldurub, içki və servisi qiymətləndirmənizi xahiş edəcək.

Enoteca Meydan

  • Ünvan: İçərişəhər, Böyük Qala küç.

Yaxşı şərab çox olmaz! Razısınız? Onda Enoteca Meydana gedin. Buradakılar Azərbaycan şərabını çox sevirlər və onun haqda saatlarla danışa bilərlər, günəşli içkini qədəhlərə doldurmağı isə daha çox sevirlər. Dostlarınızla Köhnə şəhər gəzintisindən sonra enotekaya gedin, pendir və ət boşqabı sifariş edin, xumusu da unutmayın. 60-dan çox növü olan şərabdan isə hansını seçəcəyinizi yerli somelyelərdən soruşun. 

Eklerika Art Dessert

  • Ünvan: Bül-bül pr. 53, Nizami küç. 203E

Eklerikanın eklerlərini daddıqdan sonra siz buraya mütləq qayıdacaqsınız. Narahat olmayın, burada geniş seçim var, şirniyyatçıda pti-şu və təbii məhsullar əsasında 37 fərqli içliklə eklerlər hazırlayırlar! Qara qarağat və şokoladlı eklerləri dadmağı tövsiyə edirik.

OMG Sandwiches & Salads

  • Ünvan: Rəşid Behbudov küç. 54B

Sendviç hər zaman yaxşı ideyadır. OMG Sandwiches & Salads-da salamili, toyuqlu və təzə tərəvəzli sendviçlər, həmçinin salatlar və lavaş rollar təklif edirlər. Bütün bunları kafedə yeyə və ya özünüzlə işə, məktəbə, universitetə götürə bilərsiniz.

SPOT Conceptstore

  • Ünvan: Bül-bül pr. 37B

Yemək və dəb nadir hallarda bir kontekstdə birləşirlər, xüsusilə də eyni dam altında. Nahaq yerə! Axı yeni tərzdə bir luk seçmək iştahı dəlicəsinə aça bilər. Spot Conceptstore-da təkcə yüngül atışdırmaq və qəhvə içmək yox, gənc Azərbaycan dizaynerlərinin geyimlərini yoxlayarkən səhər yeməyi və ya nahar da etmək olar. Divarlarda asılan şəkillərə diqqət etməyi onları evə aparmaq olar (əlbəttə ki, əvvəlcə alırıq) və balqabaq şorbasını dadmağı tövsiyə edirik.

ECAZ art& hobby shop

  • Ünvan: Heydər Əliyev pr. 66/68

Rəsm çəkməyi, gil yoğurmağı və evin hər küncünü dekor etməyi sevirsiniz? Onda mütləq Ecaz-a gedin. Burada boyalar, fırçalar, molbertlər və dekupaj üçün hədiyyə dəstləri var, satıcılardan isə məhsullar haqqında hər şey öyrənə və iş məsləhətləri ala bilərsiniz.

Клаустрофобия Баку

  • Ünvan: Nəcəfqulu Rəfiyev küç. 14

Əgər bütün filmlər izlənibsə, Mortal Kombatın bütün çətin səviyyələri belə keçilibsə və hətta karaokedə oxumağa mahnı qalmayıbsa, dostlarla birlikdə nə etmək olar? "Klaustrofobiya" kvesti keçmək! Rusiyada məşhur kvest-rum setlərini yaradan şirkət axır ki, Bakıda öz "otaqlarını" açdı. İndi "Klaustrofobiyada" iki kvest keçmək olar: "Qulliverin axtarışında" və "Tərk edilmiş sığınacağın sirri". Bəyəndiyiniz missiyanı seçin və saytda sizin üçün rahat olan vaxtı bron edin.

Marzipan

  • Ünvan: 28 May küç. 66

"Marzipan"-a cürbəcür konfetlər və əlbəttə ki, başqa heç bir yerdə olmayan marzipanlar üçün getmək lazımdır. Burada İsveçrə şokoladları Bucheron və hədiyyə bağlamasında Lind və zəngin hind çayı seçimi var. Pəhrizdə olan qızlara "Marzipan"-a getməsələr yaxşıdır: geniş seçim qarşısında dayanmaq mümkün deyil!

Bələdçi: Ye, iç

Bələdçi: Ye, iç

Şəkərbura-paxlavanı haradan almaq olar?

Şəkərbura-paxlavanı haradan almaq olar?

Növbəti paylaşım
Top