11.01.18

12-13-14 yanvar üçün 8 məşğuliyyət

Afişa
12-13-14 yanvar üçün 8 məşğuliyyət

Köhnə yeni ili qeyd edib və ya etməməyinizdən asılı olmayaraq Baku Afisha sizin üçün əla həftə sonlarına məşğuliyyət siyahısı hazırlayıb:

  • Film izləmək:
  1. #Yoxdubeləsöhbət: Köhnə yeni il ərəfəsində Fuad Həsənovun romantik komediyasını izləməyi məsləhət görürük. Şəhər mədəniyyətinə həsr olunmuş film məşhur teleaparıcının həyatında baş verən maraqlı hadisə, musiqiçi-luzer, ticarət mərkəzindəki təhlükəsizlik işçisi və Alzaymer xəstəsi nənə haqqında danışacaq. Bunun qəribə təsadüf və ya taleyin bir işarəsi olduğunu - 11 yanvardan Cinemaplus kinoteatrlarında özünüz öyrənə bilərsiniz.
  2. Məntəqə: Əgər evdən çıxmaq istəmirsinizsə, Azərbaycan filmini evdə izləyin. Rejissor İlqar Safatın "Sahə" filmi artıq şəbəkələrdədir. Fotoqraf və onun nişanlısı qəza keçirirlər və polis məntəqəsinə düşürlər. Burada nişanlısına güvəni olmadığına görə fotoqraf özündə uşaqlıqda yaranan bir fobiyasını - qadınlardan qorxunu kəşf edir. Bu Məntəqədən sağ çıxmaq üçün o bütün qorxularını burada buraxmalıdır. Burada baxın.

  • Yoqa günü təşkil etmək:

Yoqa ilə məşğul olursunuz və ya yeni başlamağı planlayırsınız - Yoga Shahidə açıq qapı gününü qaçırmaq olmaz. 13 yanvarda 10:30-dan 17:00-dək burada rahatlaşdırıcıdan müalicəviyə qədər bir çox təcrübələr olacaq. Özünüzə uyğun olanı seçməyin və əla bir gün keçirməyin əsl vaxtıdır. Bütün siniflərə giriş sərbəstdir, ancaq yerlər məhduddur, ona görə də mütləq burada qeydiyyatdan keçin, rahat geyim götürün və gəlin.

Harada: Yoga Shahi, Globus centre, 13-cü mərtəbə

Nə vaxt: 13 yanvar, 10:30-dan 17:00-dək

Necə: Əlaqə nömrəsi - 99470 597 5557

  • Rəqs edək?

Rəqs etməyi bacarırsınız? Əgər bacarmırsınızsa - təcili olaraq burada öz rəqs tərzinizi, məktəbi və həftə sonları harada rəqs edə biləcəyinizi seçin. Əgər tanqo sevirsinizsə E.L. CLUB de TANGO tanqo-klubunun bazar milonqlarına gedin. Ətraflı məlumat burada.

Nə vaxt: Hər bazar 14:00-dan 17:00-dək

Qiymət: Giriş sərbəstdir 

La Vida Tequila Barda hər cümə günü latino ritmi ilə rəqs edirlər. Gözəl geyinin və əylənməyə gəlin. Giriş sərbəstdir. 13 yanvarda burada Azərbaycanın Red Bull 3style üzrə üçqat çempionu DJ TWİSTin setləri ilə rəqs edəcəklər.

Harada: La Vida Tequila Bar

Nə vaxt: 12-13 yanvar

  • Yeni bir şey öyrənmək:

İlin əvvəli - çoxdan arzuladığınızı etməyə başlamaq üçün əsl vaxtdır.

Usta əllər:

İçərişəhər ənənəvi incəsənət məktəbində qönçər işləri, keramika, rəsm, metal işləri və hətta bəzək əşyalarının hazırlanması üzrə kurslar açılır. Kurslar bazar ertəsi, çərşənbə axşamı və çərşənbə keçirilir. Ətraflı məlumat @IcherisheherCentreforTraditionalArts səhifəsində və ya telefonla: 994 12 497 4931

Harada: İçərişəhər ənənəvi incəsənət məktəbi

Nə vaxt: Yanvar ayı boyunca

  • Dəbli cinslər:

Üzəri şəkilli cinslər hər zaman diqqət mərkəzində olurlar - əgə siz özünüzə uyğun olanını tapa bilmirsinizsə, özünüz çəkin! Azərbaycan xalça muzeyi cins üzərində şəkil çəkmək üçün master-klasslara dəvət edir. Cind gödəkçələrinizi, şalvarları, ətəkləri, çantaları - bəzəmək istədiyiniz hər hansı birini gətirin, qalan materiallarla sizi təmin edəcəklər, üstəlik necə istifadə etməyi də öyrədəcəklər. Master-klass özündə 4 dərsi birləşdirir.

Harada: Xalça muzeyi

Qiymət: 4 master-klass üçün 60 manat

  • Şokoladlı həftə sonları:

Uşaqlarınız üçün bayram əhvalını uzatmaq istəyirsiniz? Onları Carrousel Chocolatierə master-klassa gətirin. Dadlı incəsənət əsəri yaratmaq üçün dərslər 6-14 yanvar 11:00, 12:30, 14:00, 15:30 və 17:00-da keçiriləcək. Bir uşaq üçün iştirak qiyməti - 10 manat.

Harada: Carrousel Chocolatier

Nə vaxt: 6-14 yanvar

Qiymət: 10 manat

  • Klassika dinləyirik:

12 yanvarda Filarmoniyaya getməyi məsləhət görürük - burada Mustafa Mehmandarovun dirijorluğu altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Proqramda Lüdviq van Bethovenin "Simfoniya №4", Fikrət Əmirovun "Azərbaycan qravürləri", Qara Qarayevin "Alban rapsodiyası" və Niyazinin "Çitra" baletindən süita olacaq.

Harada: Dövlət Filarmoniyası

Nə vaxt: 12 yanvar, 19:00

Qiymət: 4-15 manay

  • Teatra gedirik:

12 yanvarda YARAT Müasir İncəsənət Mərkəzində Elvin Mirzoyevim "Axına qarşı" tamaşası təqdim olunacaq. Bu artıq ikinci təqdimatdır, əgər siz dekabrda olan birinciyə gedə bilməmisinizsə, tələsin. Giriş sərbəstdir, yerlər məhduddur, öncədən gəlməyi tövsiyə edirik.

Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə vaxt: 12 yanvar, 19:00

Bələdçi: Bakıda stolüstü oyunlar

Bələdçi: Bakıda stolüstü oyunlar

Növbəti paylaşım
Top