23.11.17

23-24-25-26 noyabr üçün 10 məşğuliyyət

Afişa
23-24-25-26 noyabr üçün 10 məşğuliyyət

Həftə sonları çox dolu olacaq, ona görə də cümə axşamından başlayırıq:

Hinduşka günü:

Hinduşka fanatları, sizin vaxtınız gəldi! Bu həftə sonları hinduşkalı bayram menyusu olacaq:

  • 23 noyabrda Atelier Vivandada ədviyyəli zoğal sousunda hinduşkanın yanına şefimiz kartoflu və tərəvəzli qarnirlər, dadlı salatlar, ətirli alma piroqu hazırlayacaq və bir şüşə qırmızı şərabla sizə təqdim edəcək. Şam yeməyi canlı musiqi sədaları altında keçəcək.

Harada: Atelier Vivanda

Nə vaxt: 23 noyabr, 19:00

Qiymət: 4-5 nəfər üçün - 228 manat

Necə: Bu nömrədə masa sifariş edin: 994 12 404 82 04

  • Dörd yeməkdən ibarət hinduşkalı rok-şam yeməyini Hard Rock Cafedə tam iki axşam - 23-24 noyabr günləri verəcəklər. Şam yeməyinə qaymaqlı balqabaq şorbası, tropik Kobb salatı, bekonda hinduşka, ədviyyəli balqabaq piroqu və qlintveyn təklif edirlər!

Harada: Hard Rock Cafe

Nə vaxt: 23-24 noyabr

Qiymət: Bir nəfər üçün 35 manat

Necə: Bu nömrədə masa sifariş edin: 994 12 404 8228

  • "Alovlu" hinduşkanı 23 noyabrda Fireworks Urban Kitchenda Martini ilə ədviyyəli balqabaq kokteyli, qırmızı şorba, şirin kartof, təzə salat və Mirabelle tartı ilə verəcəklər.

Harada: Fireworks Urban Kitchen

Nə vaxt: 23 noyabr

Qiymət: Bir nəfər üçün 59 manat

Necə: Bu nömrədə masa sifariş edin – 994 12 499 8888

 İtalyan-sayağı həftə sonları:

Əgər siz hələ də Bakıda italyan mətbəxi həftəsi keçirildiyini və bu həftə sonları şeflər Luka Kasini və Covanni Tavalarodan şam yeməyi, şef Lukadan lanç gözlənildiyini bilmirsinizsə, ətraflı məlumatı buradan alın.

Nə vaxt: 23-25-26 noyabr

Yemək festivalı:

23-24-25-26 noyabrda Qız qalası qarşısında keçiriləcək Sweet November yemək festivalında dadlı yeməklər, əla içkilər, şirin desertlər və əyləncələr olacaq. Əgər siz getməklə getməmək arasında qalmısınızsa, bu və bu məqaləni oxuyun.

Harada: İçərişəhər, Qız qalası qarşısında meydançada

Nə vaxt: 23-24-25-26 noyabr, 11:00-21:00

Qara endirimlər:

  • Çoxdan gözlədiyimiz qara endirimlər başladı və onları qaçırmaq olmaz. Biz artıq burada yazmışıq haradan ürəyinizə yayılacaq SALE sözü ilə özünüzə münasib alış-veriş edə, Yeni il hədiyyələrini seçə və ya rahatlaşdırıcı spa-prosedura gedə bilərsiniz.

"Qara" şam yeməyi:

  • Bir daha yemək haqqında! Qara cümə şərəfinə Boulevard Hotel 24 noyabrda şam yeməyinə endirim elan edir - uğurlu alış-verişi qeyd etmək üçün əsl lazım olan da budur. Sizi bir nəfər üçün 25 manata açıq bufet və şərablara 50% endirim gözləyir.

Harada: Boulevard Hotel

Nə vaxt: 24 noyabr, 19:00

Qiymət: Bir nəfər üçün 25 manat

Necə: Mütləq masa sifariş edin, yerlər məhduddur 

Noyabrın ən önəmli texno-hadisəsi

  • Buddha Bara Kiyevdən texno-duet ARTBAT – ad Artur və Batish gəlir. ARTBAT-ın qeyri-adi musiqisi elektronikada olan ən maraqlıları özündə birləşdirir - sərt baslar, orjinal vokallar və qeyri-adi yanaşma ilə melodik və dərin progressive, atmosfer techno, minimal-techno, ritmik tech-house! Buddha Bar Baku xəbərdarlıq edir ki, yerlər demək olar ki, bitir, ona görə də öncədən sifariş etməyə tələsin. 

Harada: Buddha Bar Baku

Nə vaxt: 24 noyabr, 21:00

Necə: Bu nömrədə masa sifariş edin: 99450 404 8209; 99412 404 8209

Yeni şərab bayramı:

  • Bojole nuvonu adətən Fransada qeyd edirlər, ancaq bu bayramı Chabiant Winery şərabı ilə İsmayıllıda Chateau Monolit Winemaking Guesthouseda qeyd etməyə də mane olmur. Burada nə olacaq: yarışma proqramları, auksion, hədiyyələr, rəqslər və fişənglər.

Harada: Chateau Monolit Winemaking Guesthouse

Nə vaxt: 25-26 noyabr

Necə: Qeydiyyat üçün telefon: 99450 273 2246, 99450 273 2247, 99451 700 3272

Hər səhər fitnes:

  • Belə dadlı həftə sonlarından sonra fitneslə məşğul olmaq lazımdır ki, yeni ilə formada girək. Fitzonada hər səhər Xazrat Maqomedov və Lyudmila Smit ilə məşqlər keçirilir. Xazrat Azərbaycan dzü-do üzrə çempionu, Avrasiya Stronq men çempionu Bakının sayılan savadlı məşqçilərindən biridir. Xazratın köməkçisi Lyuda - MMA döyüşçüsüsür. Onlar birlikdə sizə özünüzü tam hazırlamağı öyrədəcəklər.

Harada: Fitzona

Nə vaxt: Hər gün 09:00-dan

Qiymət: 3,50 manat

Təəssüratlara qapılmaq:

  • Park Cinemada film-sərgiləri davam edir və bu dəfə növbə impressionistlərə gəldi. Bu sərgi incəsənət tarixində impressionizm fenomeninin ən ətraflı araşdırmasıdır. Film rəssamlar haqqında danışacaq, Mone, Sezann, Deqa və başqalarının şedevr işlərini nümayiş etdirəcəklər.

Harada: Park Cinema Flame Towers

Nə vaxt: 26 noyabr, 13:00

Qiymət: 9 manat

Səyahətçi ilə görüş:

  • Siz ki velo-səyahətçi Tural Abbasovun maraqlı hekayəsini oxumusunuz? Əgər oxumamısınızsa, mütləq buraya və buraya daxil olun. Dünya turuna həvəsləndiniz, ancaq suallarınız var? Onda 26 noyabrda Turalla görüşə getməlisiniz. Mütləq qeydiyyatdan keçin və FİO-nu info@vizam.az ünvanına göndərin.

Harada: Fabrika Coworking Center

Nə vaxt: 26 noyabr, 11:00

Necə: Ödənişsiz

Baku Afisha təqdim edir: Black Friday

Baku Afisha təqdim edir: Black Friday

Soyuq axşamlar üçün 5 kitab

Soyuq axşamlar üçün 5 kitab

Növbəti paylaşım
Top