28.12.17

29-30-31 dekabr üçün 8 məşğuliyyət

Afişa
29-30-31 dekabr üçün 8 məşğuliyyət

Yeni il ərəfəsində nə ilə məşğul olaq? Ancaq ən faydalı və xoş şeylərlərə! Baku Afisha heç nə çatdırmayanlar və ya hər şeyi zamanında çatdıranlar üçün məşğuliyyət siyahısı hazırlayıb:

  • Bayrama hazırlaşmaq:

Siz hələ də şam ağacı və hədiyyələr almamısınız və hətta bütün bunları harada axtaracağınızı bilmirsinizsə - bizim xanımlar bəylər üçün hədiyyələr haqqında məqalələrimizi oxuyun. Sonra isə yarmarka mağazalara yola düşün. Hədiyyələri gözəl bağlamağı da unutmayın. Yaxşı əhval üçün isə şəhərdəki ən yaxşı isti şokoladı dadın və ya evdə qlintveyn hazırlayın. Yeri gəlmişkən, 21 dekabrda 20 yanvar metrostansiyası yanında BRAVO hipermarketi açıldı - buradan qlintveyn və isti şokolad üçün inqrediyentləri almaq olar.

Əgər şəhərdə gəzərkən qlintveyn içmək istəyirsinizsə, 31 dekabradək Dolce Vita restoranında (A.Əliyev küç.19) "mini-yarmarka" keçiriləcək, cəmi 2 manata burada  yeni il əhvalı ilə dolu mulled wine süzürlər.

  • Vinil almaq:

Bütün hədiyyələr alınıb, ancaq musiqi sevən dostunuza hələ də bir hədiyyə tapmamısınız? Ona vinil plastin hədiyyə edin, həttə onun vinil oxuducusu olmasa belə. Əgər varsa, onda ürəklə verə bilərsiniz! Plastinləri almaq, dəyişmək və ya hədiyyə etmək istəyirsinizsə 28 dekabrda Sintetikə gedin.

Harada: Sintetik, S.Vurğun küç.26

Nə vaxt: 28 dekabr, 19:00-23:00

Necə: Giriş sərbəstdir

  • Masanın əsas bəzəyi:

Bayram masasının əsas bəzəyinin yemək olduğunu düşünənlər üçün bayram yeməkləri siyahımız var. Onları hazırlamaq asandır, yemək isə daha da asandır! Kamila ilə ənənəvi ingilis piroqu hazırlayın və ya Sahil, MariVanna və Dolce Vita restoranlarının baş aşpazlarından üç isti yemək - heyvalı hinduşka, qırmızı balıqlı çökə və limon şirəsində toyuq reseptlərini oxuyun.

  • Özünə qulluq günü:

Deyirlər, yeni ili necə qarşılasan, elə də keçirdərsən. Əgər siz bütün ili rahat bir ritmdə keçirmək istəyirsinizsə, onda mütləq masaj və SPA-ya getməlisiniz. Baku Afisha redaksiyası Bakıda harada ən yaxşı bali masajı edildiyini, dəriyə qızıl toz sürüldüyünü və qidalandırıcı maskalar çəkildiyini öyrəndi. Xəritəmizi (məqalənin sonunda) yükləyin və irəli! 

  • Ailə kinomarafonu təşkil etmək:

Yeni il əhvalı yaratmaq və onu bayrama qədər qoruyub saxlamaq üçün  "Evdə tək" filminin 100-cü yubileyini izləmək kifayət etməyə bilər. Baku Afisha sizə sehrli bir əhval bəxş edəcək və bayram həftə sonlarına rəng qatacaq bir siyahı hazırlayıb!

  • Yeni şeylər öyrənmək:

Yeni ilə yeni bacarıqlarla başlamaq əla deyil mi?

  • 29 dekabrda Santa Klausun emalatxanasında böyüklərə şüşə şam ağacı oyuncaqları və fyüzinq texnikasını öyrədəcəklər. Qardan adam, şam ağacı və ya ev də düzəltmək olar. Hazır olan əl işini özünüzlə götürüb şam ağacınızdan asa və ya yaxınlarınıza hədiyyə edə bilərsiniz. 

Harada: Fusion Craft Studio, A.Topçubaşov küç.32

Nə vaxt: 28 dekabr

Necə: Bu nömrədə mütləq qeydiyyat: 050 592 11 19

Qiymət: 18 manat

  • 28-29-30-31 dekabrda sizin uşaqlarınız da rəsm çəkməyi və yeni il oyuncaqları düzəltməyi öyrənəcəklər. Hər gün 10:00-dan 22:00-dək Port Baku Mallda keçirilən master-klassda yeni il dekorları, gil və plastilindən formalar düzəltməyi, akvarel və akrillə rəsm çəkməyi  öyrədəcəklər.

Harada: Port Baku Mall

Nə vaxt: 28-31 dekabr

Qiymət: 15 manat

  • Yeni il ərəfəsi:

Əminik ki, yeni ili hər kəs mahnılarla və rəqslərlə qarşılayacaq - kimisi evdə, kimisi restoranda və ya klubda. Əgər siz hələ də bayramı harada keçirəcəyinizə qərar verməmisinizsə, sizin üçün bir neçə ideyamız var. 

  • 29 dekabrda Buddha Barda ilin sonuncu cüməsini İtaliyadan olan dj Simone Liberalinin musiqiləri ilə qeyd edəcəklər (21:00-da başlayır). Simone Liberalinin setləri baş rolda baslarla və enerji ilə doludur. DJ Ronfoller & ESTGAMİN də çıxış edəcəklər. 21:00-da başlayırıq.
  • 30 dekabrda hansı musiqi altında rəqs edəcəyinizi seçin: Sintetikdə  (23:00-dan 7:00-dək) Eljan və Cosmo Biolog çıxış edəcəklər, Hard Rock Cafedə isə bu il son dəfə sevdiyimiz mahnıların kaverlərini  Radio&Video-nun ifasında dinləyəcəyik (22:00).
  • Yeyirik və səhərə qədər rəqs edirik:

31 dekabrda təkcə rəqslə qarın doymaz, ona görə də menyulara da diqqət edin! Demək olar ki, bütün restoranlarda bayram şam yeməyi olacaq, biz isə tövsiyə edirik ki, öncədən zəng edib boş masa olub-olmadığını dəqiqləşdirəsiniz!

  • Əgər atəşfəşanlığa ən gözəl mənzərəni istəyirsinizsə, PORT Wine & Grillə (burada olduqca iştahaçan menyu var), milli mətbəxi sevirsinizsə Sahilə gedin.
  • Şam yeməyindən sonra rəqs etməyə gedin: ən musiqili və əyləncəli axşamlar Buddha Bar, Enerji Club, Elektra Events Hall və Pasificoda gözlənilir. Burada 2018-in ilk sabahına qədər rəqs edəcəklər.
Fərhad Bayrambəyov: Heç bir şef sizə bütün sirrlərini açmaz

Fərhad Bayrambəyov: Heç bir şef sizə bütün sirrlərini açmaz

Top