04.01.18

5-6-7 yanvar üçün 7 məşğuliyyət

Afişa
5-6-7 yanvar üçün 7 məşğuliyyət

İlin ilk həftə sonları bayramdan sonra dincəlmək üçün var! Nə ilə məşğul olacağınızı bilmirsiniz? Baku Afisha danışır:

  • Beyin işlətmək:

Razılaşın, heç nə ilə məşğul olmadığımız intensiv bayram marafonundan sonra beyini biraz hərəkətə gətirmək istəyirik. 5 yanvarda İnQUİZitor oyununun daha yeni dinamik formatını oynamaq üçün komanda toplayın. Burada: 7 sualdan ibarət 7 müsabiqə, daha az mətn, daha çox audiovizual məlumat olacaq. Komandada maksimum oyunçu sayı - 4 nəfər. Oyunun əsas dili - rus dilidir, ancaq azərbaycan dilli komandalar da iştirak edə bilər.

Harada: The Drunk Pub, T. Khalilrzaoglu,3

Nə vaxt: 19:00 - 22:00

  • İlin idman planı: 

Məhsuldar bir ilə hazırsınız? Biz burada sizə elə indi başlamaq lazım olan 10 məşğuliyyətdən ibarət siyahı hazırlamışıq.

Əgər siz idmanla məşğul olmağa qəti qərar vermisinizsə - bizim necə idman zalı seçmək, Bakıda 5 idman zalı məqalələrimizi oxuyun, əgər şəxsi məşqçi ilə çalışmaq istəyirsinizsə - buraya baxın.

Açıq havada idman etməyi sevənlər üçün Fitzona daha uyğun gələcək. Yoqa seçirsiniz? Günə günəşi salamlamaqla başlayın. Yox əgər, siz güc sərf etmək deyil, dincəlmək istəyirsinizsə, bizim SPA bələdçimizi oxuyun.

  • İncəsənət muzeyini araşdırmaq:

Bakıda XVI- XVIII əsr Azərbaycan naxışlarına həsr olunmuş sərgi keçiriləcək. Sərgidə aralarında London Viktoriya və Albert muzeyi və Berlin İslam İncəsənəti muzeyi fondunun eksponatlarının da olduğu 10 xarici muzeyin və şəxsi kolleksiyaların nadir eksponatları təqdim olunacaq.

Eksponatların 80%-i heç vaxt geniş kütləyə nümayiş etdirilməyib. Macar rəssam Janet Jirmay xüsusilə sərgi üçün naxışı bir musiqi qutusunda dinləmək üçün perforasiya lentinə çevirərək naxışların melodiya halına çevrilməsini yaratdı. İpək xəzinələri Milli İncəsənət muzeyində 14 yanvaradək açmaq və araşdırmaq olar.

Harada: Azərbaycan İncəsənət Muzeyi 

Nə vaxt: Bazar ertəsindən başqa hər gün 10:00-dan 18:00-dək. Muzeyin kassası 17:00-da bağlanır.

  • Evdə hazırlayırıq:

Həftə sonları - kulinariya üçün əla fürsətdir: qeyri-adi nə isə hazırlamaq və ya milli bişinti ilə ailəni sevindirmək. Bizdə sizin üçün bir neçə resept - piroqlar, qlintveynlər, çaylar - və burada da ilham almaq üçün bir neçə kitab var. Ancaq bişirməyə başlamadan öncə dadlı alış-veriş etmək lazımdır! Bunun üçün qeyri-adi məhsulların olduğu 24 mağaza məqaləmizi oxuyun və ya evə sifariş edin.

  • Rok şənbəsi:

6 yanvar alınmış artıq çəkiləri 22:00-dan 00:00-dək Hard Rock Cafedə Radio&Video ifasında sevimli mahnılarla əritmək, daha sonra isə Buddha Bara gedib, rəqsə orada davam etmək olar, saat 03:00-dək DJ Ronfoller çıxış edəcək.

  • Nağıl kimi:

6 yanvarda Winter Circus Art Classes-da Günay Abdinovanın başçılığı ilə aksesuar və arzularındakı bəzək əşyasını düzəltmək üzrə master-klass keçiriləcək. Günay uşaqların enerji və fikirlərini lazım olan tərəfə yönəldəcək ki, nəticədə həm uşağın, həm də valideynlərin bəyəndiyi bir aksesuar alınsın.

Harada: Winter Circus Art Classes, Port Baku Mall

Nə vaxt: 6 yanvar, 13:00-14:00

Qiymət: 15 manat

Necə: Telefonla qeydiyyat – (994 77) 747 47 77

  • Kitablı bazar günü:

Uzun həftə sonları ilə isti ədyala bürünüb, bir stəkan isti şokolad və maraqlı kitabla sağollaşmaq istərdiniz? Niyə də yox! Ürəkdən gülmək istəyirsiniz? Buyurun sizə əla yumoru olan 5 kitab. İstiləşmək lazımdır? Bizim soyuq axşamlar üçün 5 kitab siyahımız da var.

Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

Növbəti paylaşım
Top