08.02.18

9-10-11 fevral üçün 7 məşğuliyyət

Afişa
9-10-11 fevral üçün 7 məşğuliyyət

Image by Malika Favre

Yadda qalacaq həftə sonları:

Beyin idmanı:

  • 9 fevralda üçüncü MadHead oyunu keçiriləcək - əla yumor hissi, qeyri-standart düşüncə tərzi və sərhədsiz fantaziyası olanlar üçün maraqlı olacaq. Təşkilatçılar deyir ki, beyninizi işlətməli, məntiqli və bacarıqlı olmalısınız. Oyunu Əlixan Rəcəbov aparacaq. Oyuna qeydiyyatdan keçmək üçün iştirakçı sayını (4-8 nəfər), komandanın adını və əlaqə telefonunuzu bu ünvana göndərin info@madheadbaku.com

Harada: XOXO Club & Karaoke, Səməd Vurğun küç.77

Nə vaxt: 9 fevral,19:30

Necə: Onlayn qeydiyyat – info@madheadbaku.com

Qiymət: 10 manat

Bədən idmanı:

  • Kompyuter arxasında keçirdiyiniz beş gündən sonra yaxşıca dartınmaq, ayaqları uzatmaq və sakitləşdirici musiqi dinləmək lazımdır. Bütün bunları YARAT-da yoqa instruktoru və musiqiçi Yoqaddinlə birlikdə etmək olar. Özünüzlə rahat geyim götürün, dostlarınızı çağırın, yoqa-matlarınızı götürün və gəlin.

Harada: YARAT! Contemporary Art Space

Nə vaxt: 10 fevral, 12:30

Qiymət: Giriş sərbəstdir

14 fevrala hazırlıq:

  • Təkcə valentinlərlə kifayətlənmirsiniz? Bütün sevənlərə öncədən hədiyyə almağı və restoranda yer sifariş etməyi məsləhət görürük. Üstəlik hədiyyələri qazana da bilərsiniz! Təkcə sevdiyiniz şəxslə deyil, sevdiyiniz şəhərlə də görüşə nə deyirsiniz? Ətraflı məlumat burada.
  • Əgər siz hədiyyəni əlinizdə tutub, yaxşıca baxmaq istəyirsinizsə, əl işləri yarmarkasına gedin. 60-dan çox master şüşədən, dəridən, ipdən, metaldan, ağacdan, gildən və parçadan hədiyyələr düzəltmək üçün bir yerə toplanacaqlar.

Harada: İSR Plaza, Nizami küç. 69

Nə vaxt: 10-11 fevral, 11:00-19:00

Özü-özünə dizayner

Razılaşın, işdən sora yaradıcılıqla məşğul olmağa halımız olmur. Bunun üçün də həftə sonları var:

  • İnanırsınız ki, həqiqət şərabdadır? Bəs bilirsiniz ki, şərabı təkcə içmək yox, onunla rəsm çəkmək də olur? Rəssam İnna Seleznyova belə rəsmlər çəkməyi bacarır və sizi də öyrədər. Siz birlikdə bu içkini sevənlər üçün gözəl hədiyyə hazırlaya bilərsiniz.

Harada: Qalereya "Mincə Sənət", Nizami küç. 86

Nə vaxt: 10 fevral, 18:00

Necə: Telefonla qeydiyyat – 994 50 225 9231

Qiymət: 30 manat (materiallar və tematik furşet qiymətə daxildir)

  • Ev interyerinizə rəng qatmaq istəyirsiniz? 11 fevralda "Strinq-art" master-klassına gedin. Saplarla təkcə tikmək və toxumaq deyil, gözəl şəkillər də yaratmaq olar.

Harada: Qalereya "Mincə Sənət", Xəqani küç.86

Nə vaxt: 11 fevral, 15:00

Necə: Telefonla qeydiyyat – 994 50 225 9231

Qiymət: 25 manat (materiallar qiymətə daxildir)

Yeniləri kəşf edirik:

  • Melomanlar hər zaman yeniliyi sevirlər. Əgər siz hələ də Free From Four qrupunu dinləməmisinizsə, biletləri öncədən alın - 10 fevralda onlar ETUD Cafe & Barda çıxış edəcəklər.

Harada: ETUD Cafe & Bar

Nə vaxt: 10 fevral, 22:00

Qiymət: 5 manat

Video-mapping haqqında hər şey:

  • "Video-mapping" sevirsiniz? Onda ölkəmizdə yeganə video-mapping proyektlər yaradan HYPNOTİCA kompaniyasının qurucusu Cavid Quliyevdən bu haqda daha çox öyrənmək sizə maraqlı gələcək. Cavid iş tərzi və motivasiyanın çətinliyi və illüziyaları haqqında danışacaq.

Harada: STEP İT Academy

Nə vaxt: 10 fevral, 16:00

Necə: Qeydiyyat üçün buraya klikləyin

Qiymət: Ödənişsiz

Startapa start:

  • Xanım, siz milyonluq ideyanızın olduğunu düşünür, amma biznesə necə başlayacağınızı bilmirsiniz? O zaman təcili olaraq (buradan) Bakıda Global Startup Weekend Women-ə bilet alın. 9-10-11 fevralda siz həmfikirlərinizlə tanışacaq, strategiya qurmaq, təkcə teoriya deyil, həm də praktikada yoxlamaq, ideyalarınızı həyata keçirmək üçün çox şey öyrənəcəksiniz.

Harada: ADA University

Nə vaxt: 9-10-11 fevral

Necə: Buradan bilet alın, 994 50 420 5995

Qiymət: Bir günlük 20 manat

Be my Valentine: 14 fevralı harada keçirək

Be my Valentine: 14 fevralı harada keçirək

BAKU AFİSHA & YOGA SHAHİ: Pranayama (VİDEO)

BAKU AFİSHA & YOGA SHAHİ: Pranayama (VİDEO)

Növbəti paylaşım
Top