12.04.18

13-14-15 aprel üçün 9 məşğuliyyət

Afişa
13-14-15 aprel üçün 9 məşğuliyyət

Kosmosa uçuruq, əsəb dayanıqlığımızı yoxlayırıq, Baku Afisha ilə birlikdə kumirimizlə görüş qazanırıq:

Cümə 13-ü yatmırıq:

  • Cinema Plus Azerbaijan ilin ən qorxulu gecəsini üç qorxu filmi izləməklə keçirməyi təklif edir 22:30-dan 07:00-dək burada "Kabuslar ölkəsi", "Vinçester. Kabusların tikdiyi ev" filmlərini azərbaycanca dublyaj və "Sakit yer" filmini azərbaycanca subtitrlarla verəcəklər. Qorxunuzu yemək və ya içməklə yerindəcə seanslar arasında fasilələr zamanı (adi bilet) və ya izləmə zamanı (VİP bilet) öldürə bilərsiniz. Giriş yalnız 18 yaşdan yuxarılar üçündür.

Harada: Cinema Plus Azerbaijan

Nə vaxt: 13 aprel, 22:30-07:00

Necə: Biletləri Cinema Plus kassalarından 20-35 manata ala bilərsiniz

Kosmosa uçuruq

Bu həftə sonları kosmonavtika gününü maraqlı filmlər izləmək və ya ailə ilə master-klasslarda keçirmək üçün əsl vaxtdır:

  • Evdə film izləyin biz sizin üçün əla klassik film siyahısı - kosmos haqqında 5 maraqlı film hazırlamışıq. Ya da kinoteatra gedin bütün dünyanın iştirak etdiyi kvest Stiven Spilberqin kosmik "Oazis"-nə qərq olun və ya 15 aprel ən kosmik ifaçı Devid Boui haqqında film-sərgiyə baxın sərgidə ifaçının iştirakı ilə əlyazmalar, kostyumlar, şəkillər, rekvizitlər toplanıb. Bu nömrədə bilet bron etmək olar: +994 12 598 74 14, 119

Harada: Park Cinema

Nə vaxt: 13-14-15 aprel

  • 15 aprel YARAT-da dünya aviasiya və kosmonavtika gününə həsr olunmuş ailəvi master-klass keçiriləcək. Uşaqlar və onların ailələri kosmik raketlər düzəldəcək və kosmos haqqında çoxlu maraqlı faktlar öyrənəcəklər.

Harada: YARAT

Nə vaxt: 15 aprel, 11:30 (4-6 yaş), 13:30 (7-14 yaş)

Necə: Qeydiyyat telefonla: (+994 50) 246 92 92 (10:00-18:30)

İstirahətə yollanırıq:

  • 13 aprel Bakıda frankofoniya həftəsi çərçivəsində  "İstirahətə gedək" sərgisi açılır. Sərgidə Switzerland Tourism turistik agentinin 50 vintaj afişa və plakatları (1917-2017) təqdim olunacaq. Bu afişalar təkcə dizayner və rəssamlar deyil, səyahətçilər və gözəlliyi sevən hər kəs üçün çox maraqlı olacaq.

Harada: Milli incəsənət muzeyi

Nə vaxt: 13 apreldən (19:00) 28 aprelədək

Necə: Giriş sərbəstdir

Xeyir iş görürük:

  • 13-14-15 aprel İnturist oteldə "Mədəni Niyyət" xeyriyyə proyekti çərçivəsində rəssamların əl işiləri sərgisi keçiriləcək. Bütün işlər əl ilə hazırlanıb və rəssamların və 1 nömrəli Respublika psixiatrik xəstəxanasının xəstələrinin birgə səyi nəticəsində yaranıb. Toplanmış vəsait proyektin reallaşdırılmasının davamı üçün istifadə olunacaq. Sərgi aprelin sonunadək davam edəcək.

Harada: İnturist otel

Nə vaxt: Bütün aprel boyu, 10:00-dan 23:00-dək

Hind rəqsi edirik:

  • Hind musiqisi eşitdiyi zaman yerində dura bilməyən hər kəsi 14 aprel Yoga Shahidə yeni başlayanlar və təcrübəli rəqqaslar üçün master-klassda gözləyirlər. İnstruktor Mira hind rəqsinin təkcə gözəl yox, həm də bütün bədən üçün çox faydalı olduğu haqda danışacaq və göstərəcək.

Harada: Yoga Shahi

Nə vaxt: 14 aprel, 13:00

Necə: Giriş öncədən qeydiyyatla sərbəstdir

Yeniliklər kəşf edirik:

  • Yeniliklər kəşf etməyi sevirsiniz? Musiqiçi və rəssam ORKHAN-ın SƏS-KÜY performansına gəlin. Çıxışdan nə gözləmək lazımdır? Heç nə gözləməyin, gəlin, vizual və səs müşaiyətinin yaradıcı metamorfoz prosesində iştirak edin.

Harada: A+A Events Media Park, Zahid Əliyev küç.1

Nə vaxt: 14 aprel, 19:30-20:00

Necə: Giriş sərbəstdir

Kumirimizlə görüşürük:

  • Hamı bilir ki, ayın axrı Bakıya Kristina Aqilera və fank-qrup Jamiroquai gələcəklər, çoxları öz kumirlərini Crystal hallda çıxış zamanı görəcəklər. Ancaq hər kəs deyil, yalnız Qran-pri Azərbaycan onlayn-müsabiqəsində iştirak edən 6 nəfər şanslı öz sevimli ifaçıları ilə şəxsən görüşə biləcəklər! Məhz sizin ulduzla görüşməli olduğunuzu sübut etmək üçün ən yaradıcı üsulla öz kumirinizə olan sevginizi etiraf etməli və mütləq #MeetXtina və ya #MeetJK heşteqlərini qoyun. Müsabiqənin şərtləri ilə saytda tanışa ola bilərsiniz.

Harada: Sosial şəbəkələrdə

Nə vaxt: Müsabiqə 20 aprelədək davam edəcək

İmla yazırıq:

  • Məktəbdə rus dilindən ancaq beş alırdınız? İnşaları hər zaman özünüz yazırdınız? Dünyanın 1000 şəhərindən və 75 ölkəsindən rusdillilərlə total imla yazmaq və təkrarlamağa hazırsınız? Azərbaycanda "Total imla" meydançası 14 aprel 15:00-da Bakı Dövlət Universitetində açılacaq. İştirak üçün totaldict.ru saytında qeydiyyatdan keçməyi unutmayın.

Harada: Bakı Dövlət Universiteti 

Nə vaxt: 14 aprel, 15:00

Necə: totaldict.ru saytında öncədən qeydiyyat

Yaz qarderobu: rəng birləşmələri

Yaz qarderobu: rəng birləşmələri

Dünya dj-ləri Buddha Barda

Dünya dj-ləri Buddha Barda

Növbəti paylaşım
Top