04.04.18

Azərbaycan mətbəxi VS gözəl fiqura: İkinci gün

Qida, Xüsusi layihə, Sağlam həyat
Azərbaycan mətbəxi VS gözəl fiqura: İkinci gün

Əməkdaşlıq məqaləsi

Azərbaycanlılar, xüsusilə də öz bədən formasına diqqət edən xanımlar iki hissəyə ayrılıblar – bəziləri əmindirlər ki, milli mətbəxdən yaxşısı yoxdur, ikincilər isə düşünür ki, o bel üçün təhlükəlidir.

Baku Afishaİncəbelli (Facebook, İnstagram) möcüzəvi toxumlarsız və əfsanəvi inqrediyentlərsiz artıq çəkidən qurtulmaq haqqında öyrənməyə qərar verdilər:

Azərbaycan mətbəxini bir dəfə də olsun dadan hər kəs təəsüratlar altında qalır – bizim kulinariya vitaminlər və mikroelementlərlə zəngindir, ona görə də təkcə dadlı deyil, həm də çox faydalıdır.

Milli dad adət ənənələrini də hesaba qataraq düzgün qidalanmaq olar! Söz veririk, ac qalmayacaqsınız!

Karbohidratlar bizim enerji ehtiyatlarımız və beyin üçün qidalanmadır, yağlar hormonal sistemin düzgün işləməsinin və yağda çözünməyən vitaminlərin assimilyasiyasının təminatıdır.

Zülallar əzələ sistemimiz üçün inşaat materiallarıdır. Daha çox əzələ kütləsi yağ üçün daha az yer deməkdir. Bu bir gündə yemək lazım olan ilk və son şeydir.

Səhər yeməyi: firni

Düyü sıyığı səhər yeməyi üçün əla fikirdir. Süd şəklində olan zülal, kərə yağında yağ, düyüdə karbohidrat. Sıyıq mədə və bağırsaq xəstəlikləri, sinir və kardiovaskulyar sistemlərlə bağlı problemləri olan insanlar üçün pəhriz kimi tövsiyə olunur.

Düyü fəal zərərli maddələri özünə çəkir, ona görə də bu cür sıyıq pəhriz saxlayanlar üçün zəruridir, o bədəni zəhərli maddələr və toksinlərdən təmizləyir.

Firni – milli Azərbaycan yeməyi, daha doğrusu səhər yeməyinə hazırlanan bir desertdir. Firnini gül suyu ilə və ya onsuz da hazırlamaq olar. İsti halda firnini boşqablara qoyur və üzərinə darçın səpirik.

Gündə iki-üç çimdik darçın diqqət yönəlməsinə müsbət təsir edir

Gündə iki-üç çimdik darçın diqqət yönəlməsinə müsbət təsir edir, görmə qabiliyyətini gücləndirir, orqanizmin viruslu və bakterial xəstəliklərə qarşı dözümünü artırır.

Bu ədviyyə xolesterin səviyyəsini düşürür, trombların yaranmasının qarşısını alır, ürək əzələlərini gücləndirir və arterial təzyiqi normalaşdırır.

Bizə lazım olacaq:

  • Süd - 1 stəkan (200 ml)
  • Düyü unu - 2,5 y.q. (təxminən 40-46 qr)
  • Şəkər - 1,5 y.q.
  • Gül suyu (Gülab) - 1,5 y.q.
  • Duz - bir çimdik
  • Darçın - bir çimdik
  • Yağ - 5 q

Qazanda süd, şəkər, duz və düyü ununu qarışdırırıq, ocağı açırıq, qatılaşana qədər qarışdırıb bişiririk. Süfrəyə vermədən öncə kiçik bir dilim yağ yanına qoyun və ya əritdiyiniz yağı üzərinə töküb, darçınla bəzəyin. Firnini isti-isti yemək lazımdır.

Bal (əsasən də tünd növ) - bitki və heyvan mənşəli məhsullardan mikroelementlərlə ən zəngin bir enerji qaynağıdır. Bizim məsləhətimiz şəkərin balla əvəz olunmasıdır.

Nahar: piti və manqal salat

Nahar günlük rasionun əsasını təşkil etməli və doyumlu olmalıdır. Nahara gec həzm olunan ət, balıq, paxla kimi məhsullar məsləhət görülür. Onlar çox sayda həzmedici şirə tələb edir və doyumluluq hissi verirlər.

Nahar əsasən düzgün birləşdirilməsi lazım olan 1-2 yeməkdən ibarət olur. Piti buxar və ya manqalda bişmiş tərəvəzlərlə birlikdə zülalların (ət və noxud), yağ və karbohidratların (kartof) balanslaşdırılmış birləşməsidir.

Tərəvəzlər günün istənilən vaxtı yeyə biləcəyimiz sellülozlardır

Piti şorbası Azərbaycan mətbəxinin ənənəvi yeməyidir. Bu şorbanın əsas inqrediyentləri qoyun əti, noxud və bişmiş şabalıddır. Pitiyə həmçinin tərəvəzlər, alça və ya heyva da əlavə etmək olar. Quru alçanı bir dilim limonla da əvəz etmək olar.

Qoyun əti tərkibində B qrupu vitaminləri, folik asid, E, D, K vitaminlərini birləşdirir. Onlar maddələr mübadiləsini və qida elemenlərinin sintezini sürətləndirir. Davamlı olaraq qoyun ətinin qəbul olunması ürək-damar xəstəlikləri riskini də azaldır.

Qoyun ətinin tərkibində folik asid olduğu üçün hamilələr üçün faydalıdır, çünki bu embrionda sinir hüceyrələrinin yaranmasına nəzarət edir. Həmçinin qoyun ətində az xolesterin var (mal ətindən 2 dəfə, donuz ətindən 4 dəfə az). Qoyun ətinin bu xüsusiyyəti şəkər diabeti və artıq çəkidən əziyyət çəkənlərin də yeməsinə imkan verir. Qoyun ətini davamlı yemək anemiya profilaktikasıdır.

Noxudun tərkibindəki vitaminlər, mineral maddələr qanda "zərərli" xolesterin səviyyəsini azaldır və ürəyin işləməsini də dəstəkləyir. Dəmir, kalsium, fosfor, vitaminlər dəmir toxumalarını doldurur, menopoz zamanı kövrəklik və qırılmadan qoruyur.

Noxudlu yeməklər qadın orqanizmində natriumu azaldır və arterial təzyiqi normalaşdırır

6 kasa üçün bizə lazım olacaq:

Qoyun əti - 500 qr

Soğan - 2 ədəd

İri pomidor - 1 ədəd

Heyva - 2 ədəd

Noxud - 3 y.q.

Nanə - 2 y.q.

Duz, istiot, üyüdülməmiş qara istiot - zövqə görə

Noxudu 10 saat əvvəldən suda islatmaq lazımdır. 10 saat sonra suyunu süzüb, noxudu yuyuruq. Əti çox da böyük olmayan dilimlərə bölürük, soğanı aypara şəklində, heyvanı kub şəklində doğrayırıq. Sobanı 190C-də qızdırırıq.

Kasalara soğan, ət, heyva və noxudu qoyuruq. Şorba alınması üçün kasanı yarıya qədər doldururuq. Hər bir kasaya 1 stəkan qaynar su töküb, qapaqla örtür və 30 dəqiqəlik sobaya qoyuruq.

30 dəqiqə sonra kasaları sobadan çıxarırıq, iri dilim doğranmış kartofları və kub doğranmış pomidorları əlavə edirik. Zövqə görə duz, istiot vururuq. 40 dəqiqə daha bişiririk.

Şorba kasalarını sobadan çıxarır, doğranmış nanə və qara istiot əlavə edirik. Qapağı 3 dəqiqə bağlı saxlayırıq. Şorbanı süfrəyə lavaşla veririk.

Manqal salatı:

Manqal salatının əsas inqrediyentləri badımcan, pomidor, bolqar bibəri. Badımcanın tərkibindəki pektin həzm prosesini stimullaşdırır və ödün ləngiməsinə imkan vermir. 

Pektin sayəsində artıq xolesterin bədəndən çıxır

Davamlı olaraq bolqar bibəri yeyilməsi sinir sisteminin işini normallaşdırır, depressiyadan, yuxusuzluq və stresdən əziyyət çəkənlərə məsləhət görülür. Bibərin faydalı maddələri yaddaş pozğunluğunda, yorğunluq və gücdən düşmədə də effektiv təsir göstərir.

Sıx şəkildə pomidor yemək tromboz yaranma riskini, bağırsaq obstruksiyasını azaldır və daha yaxşı hiss etdirir. Pomidordakı likopim xərçəng toxumalarının artması və inkişafına mane olan antioksidantdır.

Bizə lazım olacaq:

  • Badımcan - 3 ədəd
  • Pomidor - 3 ədəd
  • Şirin bibər - 3 ədəd
  • Acı bibər - 2 ədəd
  • Soğan - 2 ədəd
  • Cəfəri, reyhan
  • Duz, istiot - zövqə görə

Badımcan, pomidor və bibərləri manqal və ya sobada bişiririk. Soğan, cəfəri, reyhanı xırda doğrayırıq. Tərəvəzlərin qabığını soyuruq, dilimlərə doğrayırıq, soğan və göyərtiləri əlavə edib, duzlayıb, istiotlayıb qarışdırırıq.

Şam yeməyi: qatıqla yarpaq dolması

Yuxu zamanı həzm prosesi yavaşlayır, ona görə də yatmadan 3-4 saat öncə şam etmək tövsiyə olunur. Şam yeməyinə zülal və sellülozlər zəruridir. İçərisində düzgün zülal birləşməsi, yağ və üzüm yarpaqlarında sellüloz olan qatıqla yarpaq dolması ideal hesab olunur. 

Üzüm yarpaqları A, C, B vitaminləri, minerallar, manqan, maqnezium, dəmir və kalsiumlarla zəngindir. 30 qram üzüm yarpaqları orqanizmi günlük A vitaminlərilə təmin etmək üçün yetərlidir. Bu yarpaqlar əsasən şişlik və venoz çatışmamazlığından əziyyət çəkənlərə məsləhət görülür.

Azərbaycan dolmasının fərqliliyi onun ölçüsündədir

Dolma nə qədər çox olsa, o qədər yaxşıdır. Dolmanı sarımsaqlı qatıqla süfrəyə veririk.

Bizə lazım olacaq:

  • Üzüm yarpaqları - 50 qr
  • Çəkilmiş qoyun əti - 500 qr
  • Düyü - 50 qr
  • Soğan - 200 qr
  • Duz, istiot - zövqə görə
  • Bitki yağı
  • Keşniş, şüyüd, nanə, tərxun - dəstə

Göyərtiləri yaxşıca yuyun. Düyünü də yuyun. Əti soğanla, bütün inqrediyentlər düyü, doğranmış göyərti və zövqə görə qara istiotu qarışdırın.

Üzüm yarpaqlarını yuyun, qaynar suda 2-3 dəqiqə saxlayın, sonra çıxarın. Geniş dibli qazana biraz yağ tökün (bitki yağı ola bilər), böyük yarpaqları qazanın dibinə düzün.

Yarpaqları bir-bir götütün, əti arasına qoyun və bükün. Dolmanı qazana düzün.

Qazanı ocağa qoyun, dolmanın son sırasına qədər su ilə doldurun, üzərinə kiçik düz bir boşqab qoyun ki qaynadığı zaman dolma qalxıb, açılmasın. Qapağını bağlayın, təxminən 1-1,5 saat yarpaqlar yumşayana qədər bişirin.

Ardı var...

Birinci gün

İkinci gün

2018 saçları: Rəng və kəsim

2018 saçları: Rəng və kəsim

6-7-8 aprel üçün 8 məşğuliyyət

6-7-8 aprel üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top