29.11.17

Bakıda 8 yeni məkan

Məkanlar, Qida
Bakıda 8 yeni məkan

Fermer piştaxtası, mənzildə kafe, quldur şirniyyatları və daha nələr! Baku Afisha mütləq gediləcək yeni məkanlar haqqında danışır:

Mö & Mə

  • Ünvan: Xəqani küç. 25C (Rus dram teatrının yanında)

Hər şey ala biləcəyiniz, maraqlı adı olan orqanik məhsullar mağazası: tərəvəzdən meyvəyə, gürcü pendirinə və Şəki halvasına qədər. Qatıq, kəsmik və süzməni buraya Gəncədən gətirirlər, kənd yumurtalarını isə tək-tək Tərtərdə toplayırlar. Həftə sonundan öncə gedib, hər şeyin ən təzəsini almağı və həftə sonu əsl Azərbaycan səhər yeməyi hazırlamağı məsləhət görürük.

95 Degrees Coffee & Bruschetta

  • Ünvan: Fikrət Əmirov küç. 1

Sakit yerdə oturub bir stəkan qəhvə ilə işləməyi sevirsiniz? Sizin üçün əla xəbərimiz var! Bakıda bir rahat qəhvə məkanı daha oldu. 95 Degreesdə sizi süd köpüklü təzə qaynadılmış latteyə və isti giləmeyvə çayına qonaq edəcəklər. Ancaq oraya ləzzətli bruskettalar üçün getmək lazımdır. Sezonun hiti olan şirin balqabaq dilimləri və qozlu bruskettanı dadmağı məsləhət görürük. İnteryer haqqında bir neçə söz: loft və eksperiment sevənlərin əsl ürəyincə olacaq. Sizi ağ divarlar, qara borular, "qaya" yazıları, retro velosiped və sürətli internet gözləyir.

The Elements Café

  • Ünvan: Cəfər Cabbarlı küç. 41

Elements erkən səhər yeməyi və ya faydalı lanç üçün ideal məkan ola bilər. Sağlam kafedə sizi təzə salatlar, xırçıldayan sendviçlər, qəhvə, təzə sıxılmış şirələr və ətirli çaylar gözləyir. Hər zaman növbəti bir görüşə tələsən işsevənlər və məşğul tələbələr üçün çox uyğundur. Qlütensiz bişintilərə və təzə sıxılmış şirələrə xüsusi diqqət edin. Böyük ehtimal ki, bu kafe sizin lanç üçün gedəcəyiniz sevimli məkanınıza çevriləcək.

Ninka Cards

  • Ünvan: Zərifə Əliyeva küç. 32

Yeni ilə bir aydan da az qalıb, hədiyyələr haqqında fikirləşməyin tam zamanıdır. Ninka Cardsın rahat studiyasına baş çəkin. Doğmalarınız və ya ən sevdikləriniz üçün açıqcalar seçin və ya taxta çərçivələrdə poster-açıqcalar sifariş edin. Bundan əlavə studiyada çox gözəl 2018 təqvimləri, qift-bokslar, yerli brendlərin parlaq aksesuarlarını da almaq olar.

Qootab

  • Çatdırılma telefonu: (050) 688 72 06, (055) 698 73 11

Şam yeməyinə ürəyiniz qutab istədi, ancaq hazırlamağa və ya evdən çıxmağa halınız yoxdur? Qootaba - dadlı içlikləri olan sevimli zərflərimizin ilk onlayn çatdırılmasına zəng edin. Böyük məmnuniyyətlə sifarişinizi qəbul edəcək və vaxtında çatdıracaqlar. Dostlarınızı çağırın, sevdiyiniz filmi seçin və əsl qutab axşamı keçirin. Qətiyyətlə bütün qutabları dadmağı məsləhət görürük: klassik ətlidən duzlu pendirliyə qədər.

Da Massimo

  • Ünvan: Nizami küç. 67A

Al dente pastası, Barbaresko kəndindən şərab, italyan cazı - bütün bunları Bakının mərkəzindən uzaqlaşmadan balaca italyan restoranı Da Massimoda tapmaq olar. Nahar fasiləsi zamanı burada qəlyanaltılar, salatlar, isti yeməklər olan geniş masa açırlar, axşam isə şamları yandırır, rahat və isti abhavada şam yeməyini yeyirlər.

Mənzil 8 House & Café

  • Ünvan: Yusif Məmmədəliyev küç. 20 (Pasha Bankla üzbəüz sarı qapılı bina)

Mənzil 8 - dostlarla görüşmək, son xəbərləri müzakirə etmək və özünü evdə hiss etmək istəyənlər üçün ideal məkandır. Taxta qutu və üçbucaq formasındakı lampalar, gözəl divar, girişdəki soba, «Беларусь» pianosu, balaca balkon, masa və yumşaq oturacaqları olan stullar buraya rahat abhava bəxş edirlər. Menyuda isə şirniyyatlar, ətirli çaylar və yerli şərablar var.

Candy Land

  • Ünvan: Səməd Vurğun küç. 13

Şirniyyat mağazası və pirat gəmisi bir flakonda. Yeməli soxulcanlar, ayılar, ürəklər, şirin meyvə spagettiləri, çiyələkli şüşə konfetlər və çoxlu biyan konfetləri. Bütün yeməli sərvətləri burada sandıqlarda və uzun taxta çəlləklərdə saxlayırlar, girişdə isə qonaqlara kağız paketlər verirlər - yavaş-yavaş gəzib hər şeydən biraz almaq olar.

Do you speak English: Sözləri necə öyrənmək olar?

Do you speak English: Sözləri necə öyrənmək olar?

Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

Növbəti paylaşım
Top