27.11.17

Baku Afisha məsləhət görür: Bakıda ağıl oyunları

Məkanlar, İlham
Baku Afisha məsləhət görür: Bakıda ağıl oyunları

Baku Afisha sizin üçün Bakıda həm dostlarla maraqlı axşamlar keçirəcəyiniz, həm də beyninizi işlədəcəyiniz 9 intellektual oyundan ibarət siyahı hazırlayıb:

  • Fibonacci 

İştirakın qiyməti: qeydiyyat zamanı göstərilir 

Komandada iştirakçıların sayı: 4-8

Qeydiyyat: Facebookda

Bu oyun Bakıda bir il əvvəl Sənan Mahmudov və İsmayıl Əliyevin dostlarla görüşlərə daha da maraq qatmaq istədikləri zaman yarandı. Bu gün Fibonacci təkcə bizim ölkədə yox, yaxın xarici ölkələrdə də oynanılır. Bakıda isə artıq 30-dan çox oyun keçirilib. 

Fibonaccinin əsas məqsədi - əyləncə və istirahətdir! Oyundan KHN tərzdə suallar gözləmək lazım deyil - burada hər şey daha sadə, bəzi yerlərdə isə daha maraqlıdır. Oyun zamanı iştirakçılara həyatın, tarixin və mədəniyyətin fərqli sferalarına toxunan önəmli suallar verilir. Oyunların çoxu işdən sonra barlarda və ya restoranlarda keçirilir, keçirilən tədbirlər haqqında bütün məlumatlar isə Facebook Instagram səhifələrində verilir.

  • İnQUİZitor

İştirak qiyməti: bir nəfər 3 manat

Komanda iştirakçılarının sayı: 4-8 nəfər

Qeydiyyat: Facebookda

İnQUİZitor - artıq iki ildir ki, Bakıda keçirilən əyləncəli viktorinadır. Əvvəlcə oyunlar müxtəlif pablarda və ya restoranlarda ayda bir dəfə rus dillində keçirilirdi. Artıq yarım ildir ki, oyunlar həftədə bir dəfə keçirilir və növbəli olaraq həm rus, həm də azərbaycan dilində olur.

Oyunda təkliflər, şəkillər, musiqilər və bir çox faydalı məlumatlarla 8 müsabiqə oynanılır. İnteraktiv müsabiqələr müxtəlif mövzularda hazırlanır və müxtəlif biliklər tələb edir, hərdən suallara cavab vermək üçün hətta dadbilmə və toxunma orqanlarından da istifadə etmək lazım olur. Komandalar 4-8 nəfərdən ibarət olur, oyunlar cümə günləri işdən sonra keçirilir. Keçiriləcək tədbirlər haqqında ətraflı məlumat Facebook səhifəsində yazılır.

  • MadHead

İştirak qiyməti: Bir nəfər 10 manat

Komanda iştirakçılarının sayı: 4-8 nəfər

Qeydiyyat: info@madheadbaku.com

"Ağılsız baş" - intellektual Kim? Harada? Nə vaxt? və Breyn Rinq oyunlarından yalnız bir fərqi olan miksidir: oyun təcrübəli bilicilər üçün deyil, düşüncəli həvəskarlar üçün nəzərdə tutulub. Burada sizi yüngül abhava və məntiqə və yumor hissinə yönəlmiş asan suallar gözləyir. Oyun dörd turdan ibarətdir: klassik, vizual, aidual, ipucu turu və sürpriz turu. MadHead komanda oyunudur - komandada 4-8 nəfər ola bilər. Keçiriləcək tədbirlər haqqında məlumatlar Facebook səhifəsində yazılır.

  • EXIT

İştirak qiyməti: 15 manat

Komanda iştirakçılarının sayı: 2-4 nəfər

Qeydiyyat: Facebookda

Elə bilirsiniz kvestlərdə ancaq zombilərdən qaçır və qışqırırlar?  EXİT-ə gedin və bunun mif olduğunu görün. Burada siz intellektuallar üçün iki kvest keçə bilərsiniz: Səyahətçi otağ və Portal. Sizi gizli kabinetlər, laborotoriyalar, kodlar, çatışmayan elementlər və bir çox detektiv macəralarına uyğun tapmacalar gözləyir. 

  • Breyn Rinq

Komanda iştirakçılarının sayı: 6 nəfər

Qeydiyyat: Facebookda

İki komandadan ibarət "İntellektual rinq" ideyası Kim? Harada? Nə vaxt? yaradıcısı Vladimir Voroşilovdan 80-ci illərdə gəldi, lakin 10 il sonra teleekranlarda görüldü. O zamandan breyn-rinqi hər yerdə oynayırlar: televiziyada, intellektual klublarda, anti-kafelərdə dostlar arasında.

Oyunun qaydaları sadədir: iki komanda da eyni suallara eyni zamanda cavab verir, birinci düzgün cavabı verən komanda isə rəqib komandanın bu suala cavab vermək haqqını əlindən alır. Əgər sizin 6 nəfərlik komandanız varsa və siz özünüzü yoxlamaq istəyirsinizə, iştirak ərizəsini yazın və Facebook səhifəsində xəbərləri izləyin və ya çəkilişlərə izləyici kimi qatılın. 

Bonus: Melomanlara 23-30 dekabrda İntellekt evində Musiqili oyunu qaçırmamağı məsləhət görürük. Qiymət: bir nəfər 3 manat. Ətraflı məlumat burada.

  • Xəmsə

Komanda iştirakçılarının sayı: 5 nəfər

Qeydiyyat: Facebookda

Xəmsə - Azərbaycanda beyin işlətməyi sevənlər arasında məşhurluq qazanan ilk intellektual oyundur. Oyun beş raunddan ibarətdir, hər raundda beş mövzu, hər mövzuda beş sual, hər komandada beş nəfər olur - bütün bunlar oyunun adının Beşlik olmasına işarə edir.

Oyunda iştirak etmək üçün müxtəlif mövzularda təməl biliklərin olması yetərlidir. Xəmsə bir az "Öz oyununu" xatırladır, ancaq individual deyil, komanda şəklində. Oyunun tapşırığı - aparıcının suallarına rəqibdən daha tez cavab verməkdir. İlk dörd raundda iştirakçıların qazandığı ballar toplanılır. Sonuncu raundda iştirakçılar təkliflər qoyur, məntiq və komanda işi tələb edən bir suala cavab verirlər. Ən çox xal yığan komanda qalib olur.

  • Kim? Harada? Nə vaxt?

Komanda iştirakçılarının sayı: 6 nəfər

Qeydiyyat: saytda iştirak formunu doldurmaqla

Fırfıra, qara qutu, musiqi və çay fasilələri və əlbəttə ki, kristal bayquşlar. Kim? Harada? Nə vaxt? illərdir öz məşhurluğunu itirmir və insanları oyun həyəcanı ilə hər bazar televiziya önünə toplayır. Altı nəfər çox bilən kostyumlu masa arxasında əyləşir və bir dəqiqə ərzində beyin fırtınası nəticəsində izləyicilərin verdikləri istənilən suala cavab verirlər.

Əgər siz həmişə kəpənəyi yoxlamaq və orada əyləşməyi xəyal etmisinizsə, Bakı televiziyası klubuna müraciət edin. Kamera önündə suallara cavab verməyə hazır deyilsiniz? Özünüzü oyunun sport versiyasında yoxlayın. Burada izləyicilər yoxdur, lakin rəqib komandalar var. Turnirdə iştirak etmək üşün İntellektual oyunlar klubu İçərişəhər və Club of intellectual games Ateshgaha getmək olar.

  • Əlaçı

Komanda iştirakçılarının sayı: 12 nəfər

Qeydiyyat: Facebookda

Əlaçıda bilirlər ki, ağıllı olmaq dəbdədir. Artıq beş sezondur ki, ölkənin bütün bölgələrindən məktəblilər verilişdə iştirak edir və öz parlaq zəkaları ilə hamını təəccübləndirirlər. Bu intellektual oyun "Brainest" yarışmasının yerli versiyasıdır.

Oyunda 12 nəfər iştirak edir və 3 mərhələ ərzində ən güclü seçilir. Viktorinada iştirak etmək üçün qeydiyyatdan və Bakıda və ya 8 bölgədən birində seçmə turlardan keçmək lazımdır. Bütün məlumatları isə Facebook səhifəsindən ala bilərsiniz.

  • 61!

İştirakçıların sayı: 3 nəfər

Qeydiyyat: Facebookda

61 - AzTV-dəki intellektual yarışmada iştirakçıları məhz bu qədər sual, daha doğrusu cavab gözləyir. Oyunun iştirakçıları kateqoriyanı və sualların qiymətini seçirlər (10-dan 50-dək), sonra isə aparıcı düzgün cavabı oxuyur. Oyunçunun tapşırığı - bu cavaba düzgün sual vermək, ən çox xalı toplayıb finala çıxmaqdır. Oyunda iştirak etmək üçün qeydiyyatdan keçmək, seçim turları haqqında xəbərləri 61-in Facebook səhifəsində izləmək lazımdır.

Baku Afisha və Anton Zabolotnıy təqdim edirlər: Su pərisi saç düzümü

Baku Afisha və Anton Zabolotnıy təqdim edirlər: Su pərisi saç düzümü

Sweet November festivalına getməmək üçün 5 səbəb

Sweet November festivalına getməmək üçün 5 səbəb

Növbəti paylaşım
Top