01.12.17

Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

Stil, İlham
Baku Afisha məsləhət görür: Mənzildə rahatlıq yaradırıq

Qışda qaynar çay, istilik və rahatlıq, işdən sonra gözəl şalımıza bürünüb, divanda kompyuter arxasında və ya sevimli kitabımızla oturmaq istəyirik. Evinizdə rahatlıq çatışmır? Bizim məsləhətlərimiz sizə evinizdə əsl isti abhavanı yaratmağa kömək edəcək:

Sadə bir şeyi xatırlayırıq: yastıqlar heç zaman çox deyildir! Onları divana, sevimli kreslonuza və ya çarpayınıza qoymaq olar. Böyük, balaca, toxunma, plüş və ya tvid - bəyəndiyiniz rəng və naxışı seçin və materialına baxmağı da unutmayın. Mağazaları gəzin, ZEL Home, Stradivarius, Chelebi, Decoria, Evimiz Coincasaya gedin, ideal printləri seçin.

Toxunma şal sizin otağınıza mütləq rahatlıq və istilik qatacaq. Üstəlik çox soyuq axşamlarda ona bürünüb br stəkan kakao ilə istiləşmək olar. Əgər siz böyük toxunmaları sevirsinizsə, @bytyki-yə müraciət edin. Burada əlvan, isti şallar, örtülər, papaqlar və şərflər var.  

Otağınıza heç olmasa bir canlı bitki qoysanız, o daha da əlvan görünəcək. Evinizi yaşıllaşdırmaq imkanını əldən verməyin - çiçəklər istənilən hər bir şeylə çox yaxşı uyğunlaşar. Sukkulentlərə xüsusi diqqət ayırmağı tövsiyə edirik - onlardan keramik və şüşə qablarda gözəl kompozisiyalar hazırlamaq olar. Birinci sukkulentinizi, şəkilli dibçəkdə çiçək açan kaktusunuzu və ya balaca mandarin ağacınızı evdən çıxmadan Garden ShopBonsai Bakudan əldə etmək olar.

Yeri gəlmişkən, qab-qacaqların da qış üçün olanları var! ZEL Homeda üzərində qar dənəcikləri və marallar olan stəkanlar ala bilərsiniz və qırmızı bayram ornamentli yemək dəstini də unutmayın. Sweetter və ya Toxucuda isə sevdiyiniz termos və stəkan üçün toxunma üzlük də ala bilərsiniz.

İsti sarı rəng - rahat abhava yaratmaqda sizin sadiq dostunuzdur! Fənərlər, yeni il işıqları, lampalar və şamlar tam yerinə düçəcək. Sizə uyğun olan lampaları və ya işıqları Decoria və ya Sədərək TMdə tapa bilərsiniz.

Özünüz və yaxınlarınız üçün yeni il atmosferi yaradın - ilin ən önəmli gününə qədər hər günü advent-təqvimlə sayın! Onu öz əlinizlə yığa bilər (kisələr, konvertlər, qutular, bayram corabları və hədiyyə kağızları lazım olacaq) və ya ASOS Amazondan kosmetikalı advent-dəst online sifariş edə bilərsiniz.

Həftə sonları bişirməyə başlayın. Peçenye formaları üçün Bravoya gedin, xəmirə isə daha çox darçın və vanil əlavə edin - bu ətirlər mətbəxdə rahatlıq yaradır. İsti içkiləri də unutmayın! Bu təkcə ətirli otlar və darçın əlavə edilmiş çay yox, həmçinin punş, qlintveyn və isti şokolad da ola bilər.

Sevdiyiniz musiqini dinləyin, yeni il filmlərini izləyin, dostlarınızı qonaq çağırın və ailəvi şam yeməkləri təşkil edin. Özünüzə yaxşı əhval-ruhiyyə yaradın və başqalarına da bəxş edin!

Bakıda 8 yeni məkan

Bakıda 8 yeni məkan

1-2-3 dekabr üçün 8 məşğuliyyət

1-2-3 dekabr üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top