Yaz artıq bütün haqqları ələ keçirdi və idarə edir – hər şey çiçək açıb və ətri ilə bəzilərini sevindirir, bəzilərini isə məhz allergikləri qorxuya salır. Baku Afisha həkim-allerqoloq Nigar Məmmədova ilə özümüzə antihistamin vasitəsi təyin etmək mümkün olub-olmadığını, hansı analizləri verəcəyimiz və dərmansız allergiya ilə necə mübarizə aparacağımızı öyrəndi:
Allergiya müxtəlif üsullarla özünü biruzə edir: bunlar ağır qaşınmalı və Kvinke ödəmli dəri səpkiləri, allergik rinokonyunktivit (burun tutulması, tez-tez asqırma, burundan yüngül sulu axıntı, qaşınan qırmızı gözlər), bronxial astmadır – bunlar allergiyanın ən yayılmış formalarıdır.
Hər şeydən əvvəl, xəstədən anamnez toplamaq, ətraflı danışıqlar aparmaq və yalnız şikayətlər əsasında analizə göndərmək lazımdır. Bronxial astma və allergik rinit varsa, o halda qızıl standart – dəri testləridir, qida allergiyası varsa, bir yemək allerqopaneli almadan öncə, yemək günlüyü tutmağı tövsiyə edirəm, burada hər gün yeyilənlər yazılmalı və hansı qidaların allergiyaya səbəb olduğu tapılmalıdır.
Mövsümi allergiya üçün ən təsirli müalicə ASİT və ya allergen-spesifik immunoterapiyadır. Bu müalicə, allergen müəyyən edildikdən sonra həyata keçirilir, olduqca çox xərc və səbr tələb edir, çünki sxemə uyğun olaraq bu bir neçə il ərzində davam edir.
Mövsümün başlamasından bir ay öncə həkimə müraciət etmək lazımdır
Öz-özümüzə antihistamin vasitələrini təyin etməmiz əlbəttə ki, yaxşı deyil. Çoxları keçmişdə məşhur olan vasitələrdən istifadə edirlər. Ancaq onların bir çox əks təsirləri var, bunlardan biri də ciyərlərin funksiyasının pozulmasıdır, ona görə də həkim-allerqoloqla konsultasiya mütləqdir.
Ümumiyyətlə mövsümi allergiyası olanlara mövsüm başlamadan bir ay öncə həkimə müraciət etməyi məsləhət görürəm ki, yazı daha yüngül keçirə bilsinlər.
Dərmanlarsız çətindir, ancaq yaxşı profilaktika xəstənin vəziyyətini yaxşılaşdırır və dərmanların sayını azaldır. Yazda eynək, maska taxmağı, tez-tez burun yumağı, küləkli havadan sonra yuyunmağı tövsiyə edirəm.
Xüsusi hipoallergen pəhrizləri var, ancaq bu qida allergiyası olan xəstələr üçündür. Rasiondan sitrus və ekzotik meyvələri, qozu, ədviyyəli yeməkləri çıxarmaq olar. Çiçəkli sprey və ətirlərdən uzaq durmağı məsləhət görürəm.
Yaxşı profilaktika vəziyyəti yüngülləşdirir
Burun tutulmasının bir çox səbəbi ola bilər, sinüzit və digər burun xəstəliklərini istisna etmək lazımdır. Profilaktika kimi burunu dəniz suyu ilə yumaq olar (bu mənim bir xəstəmin etdiyi kimi Xəzər dənizi suyu deyil, apteklərdə satılan hazır bir spreydir).
Yazda eynək, maska taxmaq, tez-tez yuyunmaq, küçədən gəldikdən sonra çimmək, pəncərələri və balkon qapılarını səhər saatlarında və küləkli havada açmamaq, hər şeyin çiçək açdığı botanik bağ və parklara getməmək lazımdır.
Ev tozuna qarşı allergiya olur, xalçaları yığmağı, ədyalları, yastıq və döşəkləri sinteponla əvəz etməyi məsləhət görürəm. Ev heyvanı saxlamamaq – heyvanların tükləri güclü allergenlərdir, ev bitkilərini yığışdırmaq, tez-tez sulu təmizlik etmək, toz girməməsi üçün pəncərələri cuna ilə örtmək, aromatizatorlardan istifadə etməmək lazımdır.
Yüngül qaşıntı, qızartı, səpkilər əsasən qida qəbulu, bio əlavə, vitamin və dərmanların qəbulu ilə əlaqəlidir. İlk növbədə yuxarıda sayılan vasitələrin qəbulunu dayandırmaq, adi isti su ilə təmizləmə imaləsi etmək, hipoallergen pəhrizi saxlamaq olar. Əgər simptomlar keçməsə, antihistamin preparat qəbul edib, allerqoloqa müraciət etmək olar.
Maska, eynək taxmaq və burnu dəniz suyu ilə yumaq
Bəzən səpki və qaşınma neyrogen xarakterli ola bilər, bir antihistamin və pəhrizin effektiv olmayacağını nəzərə alaraq, həkimə müraciət etmək lazımdır.
Kosmetika allergiyası və mövsümi allergiya bir-birindən fərqlənir. Kosmetika allergiyası əsasən lokal xarakterli olur, məsələn, istifadə etdiyimiz krem üzdə ləkə buraxar və konkret olaraq kremin vurulduğu yerdə bir sərhəd yarana bilər. Bu bütün kosmetik vasitələrə aiddir: tonal krem, konsiler, dodaq boyaları, qələmlər.
Həmçinin dermakosmetoloqlara diqqətli olmağı, öz xəstələrindən mütləq allergiyası olub-olmadığını, özünü necə biruzə verdiyini soruşmağı, prosedur və inyeksiyalara başlamağı tövsiyə edirəm.