07.02.18

Be my Valentine: 14 fevralı harada keçirək

Məkanlar, Qida
Be my Valentine: 14 fevralı harada keçirək

Sevgililər gününə tam bir həftə qalıb, paytaxtımızın restoranlarında isə boş yerlər getdikcə azalır. Hədiyyələr, valentinlər alın və romantik axşam ssenarisini öncədən düşünün! Baku Afisha hisslərinizi rahat etiraf edə biləcəyiniz məkanların siyahısını hazırlayıb - həm yeməyə, həm musiqiyə, həm də əlbəttə ki, öz ikinci yarınıza:

  • Hard Rock Baku

Rokçu sevgililər bu günü Hard Rockda qeyd edəcəklər: bayram şərəfinə sizi tematik foto-set, xüsusi menyu (spoyler-böyük bir qabda brauniyə hazır olun), və musiqili proqram gözləyir - həmin axşam sizin üçün Baku Solists Orchestra çıxış edəcək.

  • Buddha Bar Baku

14 fevralda Buddha Bara martini içməyə və Cəmilə Həşimova və Fusion Band-in canlı çıxışını dinləməyə gəlin. Axşamın qonaqlarını şefdən xüsusi bayram menyusu, həzin caz və Dj Ronfoller və Estgamin setləri altında rəqslər gözləyir.

  • Enerji Club

«Здесь так красиво, я перестаю дышать…» Zümzümə etdiniz? Onda mütləq Enerji Cluba Feduk-u dinləməyə gedin və ötən yayın əsas hiti "bənövşəyi pambıq və çəhrayı şərab haqqında" mahnını sevdiyiniz şəxslə qucaqlaşaraq dinləyin. Tədbirdə təkcə cütlükləri deyil, yalnız olub haus və hip-hopa aşiq olanları da gözləyirlər.

  • CHİNAR

Skripkanın ən romantik musiqi aləti olduğunu düşünürsünüz? Heç tərəddüd etmədən CHİNAR-da masa sifariş edin!  Bayram axşamı sizin kokteylə qonaq edəcək, istedadlı skripkaçı Nata Violinin romantik melodiyaları altında menyunun ən dadlı yeməklərini təklif edəcəklər.

  • Port Wine & Grill

14 fevralı qeyd etmək üçün bir seçim daha - sevgilinizin Port Wine & Grill-ə romantik şam yeməyinə dəvət edin. İlin ən romantik gününü burada Emiliya Yaqubova və Mehti Cəbrayılovun ifası altında şərabla qeyd edəcəklər. Şam yeməyindən sonra isə Hamini Vinoteka rəqs meydanında gözləyəcəklər, DJ Bora Borsiczky xüsusi setlə çıxış edəcək.

  • EL PORTALON

Gözəl interyer, şərab və ispan gitarası. 14 fevralda EL PORTALON qonaqlarını şef Enrike Frankodan ispan set-menyu gözləyir. Şam yeməyi zamanı isə Nigar Huseynly Live Band və xarizmatik gitaraçı Yanssel Castellon çıxış edəcəklər.

  • Pasifico

Əgər sizin sevgiliniz bayram "mi-mi-mi"sini sevmirsə, onda Pasificoya gedin! Çərşənbə günü burada Orient Xpress и DJ Kvant çıxış edəcəklər. Dadlı kokteyllər, əla musiqi və rəqslər - həftə ortasında ideal görüş deməkdir.

  • Paris Bistro

Ən fransız-sayağı 14 fevral Paris Bistronun verandasında keçiriləcək.  Bu gözəl gün üçün restoranın baş-aşpazı Tibo əsl romantiklər və fransız mətbəxini sevənlər üçün xüsusi menyu hazırlayıb. Musiqilər isə həmin gün istedadlı Albinaya etibar ediləcək.

  • Nakhchivan

Əgər Sevgililər gününü milli səviyyədə qeyd ediriksə, niyə də bunu ənənəvi tərzdə etməyək? Milli mətbəxi sevən hər kəs Nakhchivan restoranına getməlidir, axşam isə qonaqları Twenty-Five çıxışı gözləyir.

  • KEFLİ Local Wine & Snacks

Kim deyir ki, sevgililər günü yalnız cütlüklər üçündür? Əgər siz təksinizsə, sizi KEFLİ-də gözləyirlər. Heç bir hədiyyə və valentinsiz! Yalnız sevimli şərabınız və əla pleylist (5 qədəh yarı şirindən sonra dj-dən İqor Nikolayevin "5 причин» mahnısını istəmək olar). 

Sosioloqla film: Özün ilə söhbət

Sosioloqla film: Özün ilə söhbət

9-10-11 fevral üçün 7 məşğuliyyət

9-10-11 fevral üçün 7 məşğuliyyət

Növbəti paylaşım
Top