17.11.17

Bələdçi: Bakıda ən dadlı suşilər

Məkanlar, Qida
Bələdçi: Bakıda ən dadlı suşilər

Səhər, günorta, axşam və xüsusilə də gecələr saşimini, rolları və suşiləri harada yemək, sifariş etmək və necə hazırlamaq sualları ilə özünüzü yorursunuz? Baku Afisha sizə kömək edər:

Harada yemək?

  • Buddha Bar Baku

Rahat abhava, yaxşı musiqi və menyuda əsl Asian Fusion - bütün bunlar Buddanın Bakıdakı iqamətgahı haqqındadır. Dadlı rollar və saşimilərdən əlavə, burada tay mətbəxinin vizit kartı - turş-şirin Tom Yamın da dadına baxmaq olar.

  • CHİNAR

Chinarı uzun müddətdir ki, təkcə rollarına və suşilərinə görə deyil, həm də yapon düşbərəsi gyodza, vokda tərəvəzli krevetlərinə görə də çox sevirlər. Bar menyusuna da diqqət etməyi məsləhət görürük: burada yapon pivəsindən müəllif kokteyllərinə qədər hər şey var.

  • Mado Japanese Restaurant

Minimalizm, autentik və dadlı qəlyanaltıları ilə seçilən Bakının ilk yapon restoranlarından biri. Buraya ilk növbədə doyumlu setlər, dadlı kokteyllər və desert rollar üçün gəlirlər. Mütləq "Ağ Orxideya"nın dadına baxın, bu tropik meyvələr və kokos dilimləri ilə zərif düyüdür. 

  • SETO

Yapon-sayağı romantik şam yeməyi təşkil etmək istəyirsiniz? Onda The Landmark Hotel Bakunun birinci mərtəbəsində yerləşən SETO restoranına gedin. Sizi təbii ağac rənglərində autentik interyer, qüsursuz xidmət və əla mətbəx gözləyir. Mətbəxə doğan günəş ölkəsindən olan dörd nəfər aşpazlar cavabdehdirlər.

  • Jasmine

Dəniz yosunu, düyü, narıncı tobiko - Spicy Maguro roll acını və kürünü sevən hər kəsin ağız dadına uyğun olacaq. Biz onun dadına Bridge Plazanın üçüncü mərtəbəsində yerləşən asiya mətbəxli restoran Jasmineda baxmışıq. Buraya şam yeməyinə gəlməyi tövsiyə edirik - axşamlar bura çox rahat, gözəl olur və özünü evindəki kimi hiss edirsən. 

  • Chinese Restaurant Great Wall

Biz Great Walla ilk növbədə əsl çin əriştəsi və vontonlar üçün getməyə öyrəşsək də, restoranın menyusunda geniş roll seçimi olan ayrıca bir bölmə var: qızıl balıqlı acı makidən avokadolu vegeterian makisinə qədər.

  • Eleven

Bakının əsl suşi sevənləri yaxşı bilirlər - cümə axşamları Elevenda çox dadlı keçir.  "Suşi-günü" 19:00-da başlayır və 23:00-a qədər canlı musiqi ilə davam edir. Açıq masada sizi cəmi 25 manata cürbəcür rollar, nigirilər və dadlı miso şorbası gözləyir.

  • Enerji Club Baku

Enerjidə əmindirlər ki, çərşənbə günü - kiçik cümə deməkdir və biz dadlı setlərlə özümüzü sevindirməliyik. Dəniz məhsullarını sevən dostlarınızı çağırın, Enerji və ya Electra set sifariş edin və ikinci seti hədiyyə alın - axı suşi nə qədər çox olsa, o qədər yaxşı olar!

Haradan sifariş etmək?

  • Kyoto

Asiya yeməklərini sifariş etmək üçün ən yaxşı yerlərdən biri - Kyoto. Burada klassik qızıl balıqlı syake maki, isti maguro fyujn və yapon üsulu hazırlanmış pizza var. Bu yaxınlarda isə menyuya ənənəvi yapon şorbaları da əlavə edilib.

  • Rock&Роллы

Rok-n-rol suşi-çatdırılma menyusunda bir neçə növ rollar və saşimilər, dəniz yosunları salatı və düyülü  chukka chukka roll və balıq sevməyənlər üçün toyuqlu cesar roll da var. Burada həmçinin qidalandırıcı salatlar, əriştə və xırçıldayan tempura set də sifariş etmək olar. The Beatles setini sifariş edin, Yesterdayi açın və həzz alın.

  • Yoshi Sushi Baku

Sizin əsas kriteriyanız - böyük porsiyadır? Onda heç düşünmədən Yoshi Sushiyə zəng edin, eyniadlı seti sifariş verin və dostlarınızı da çağırın. İnanın, tək başına setlə başa çıxa bilməyəcəksiniz. Yaddan çıxmamış deyək ki, suşidən əlavə Sweet Chili souslu toyuqlu Funçozanın da dadına baxmalısınız - çox ləzzətlidir. 

  • Yuka Kaiten

Əgər gecənin bir yarısı ürəyiniz suşi istədisə - Yuka Kaiten çatdırılması sizin köməyinizə çatacaq. Noyabrın əvvəlindən burada saat 00:00-dan 06:00-dək çatdırılma işləyir. Night Baku rollarını sifariş edin və aldığınız kaloriləri sabah idman zalında yox etməyə də özünüzə söz verin. 

  • ZAKURA

İsti salatları, əriştələri və rolları sevənlər üçün ideal variant. Menyuda siz hər şey tapacaqsınız: nigiridən tempura rollara qədər. Bizim sevimlimiz çox ləzzətli və doyumlu ZakuraSpecial Tempura Rolldur. 

  • Chio Chio San

Biz Chio Chio Sana cümə günləri melodik cazz sədaları altında sevdiyimiz Filadelfiya və nigiri unagi yemək üçün gedirik. Tutqun, evdən çıxmağa həvəsimizin olmadığı günlərdə isə biz evə sifariş veririk. Cəmi 30 dəqiqə, sonra siz sifarişinizi səbrsizliklə açmağa başlayır, çubuqları götürür və soya sousunu qablara boşaldırsınız. 

  • Japanese Garden

Eynitipli setlərdən bezmisiniz və nə isə yeni bir şey dadmaq istəyirsiniz? Sizə Japanese Gardeni məsləhət görürük. Biz onların De Lux setinə aşiq olduq: isti ebi tempura roll, hisə verilmiş toyuqlu zərif tori maki və tuna ilə göyqurşağı rollu. Bir plus daha - operatorla uzun danışıqlar aparmadan mobil proqramla da sifariş vermək olar.

Necə hazırlamaq?

Evdə suşi hazırlamaq ilk baxışdan göründüyü qədər çətin deyil. Bəli, ola bilər ki, ilk dəfədən rollar o qədər də gözəl alınmasın, lakin bu onların dadsız olacağından xəbər vermir. Narahat olmayın, zamanla siz lazım olan bacarıqlara yiyələnəcəksiniz, və suşini sürətli bir şəkildə bükəcəksiniz. Əsas istək və lazım olan inqrediyentlərin olmasıdır. 

Suşi ilk növbədə təzə balıq deməkdir. Onlar üçün biz Gastronomy Pribaltikaya getdik. Krevetlər, hisə verilmiş qızıl balıq, tuna və incə skumbriya filesi - içliklərlə eksperiment aparın və öz müəllif rollarınızı bükün.

İçlikləri həll etdik, sıra gəldi yumru düyü, dəniz yosunu nori və bambu xalça axtarmağa. Bunları Bravo Supermarket və ya Bee Grossda tapmaq olar. Getmişkən şüşə əriştə və ramen də ala bilərsiniz.

Souslar üçün isə biz İnşaatçılar prospektindəki kiçik koreya mağazası Dream Marta getdik. Koreya sneklərindən və acı əriştədən əlavə burada soya sousu, nori yarpaqları, vasabi və çubuqlar var. Əsas odur ki, balaca kosmetika bölməsinə diqqətiniz yayınmasın və mağazadan növbəti əl kremi və ya göz patçı ilə çıxmayasınız.

İnqrediyent:

  • Suşi düyüsü
  • Düyü sirkəsi
  • Nori
  • Balıq 
  • Xiyar
  • Avokado
  • Kərə yağı

Hazırlayırıq:

  • Su şəffaf olana qədər düyünü yuyun.
  • Düyüyə su tökün və 30 dəqiqə saxlayın. Düyünü ovucunuzla suda bir neçə dəfə yuyun, nişastası təmizlənənə qədər suyu bir neçə dəfə dəyişin.
  • Sousu hazırlayın: 4 yemək qaşığı düyü sirkəsi, 2 yemək qaşığı şəkər, 1 çay qaşığı duz.
  • Sousu qarışdırın, içliyi - balıq, pendir və xiyarı (və ya avokado) ağ toyuğ əti və ya istədiyiniz başqa inqrediyentləri doğrayın.
  • Düyüyə su tökün (1 litr suya 500 qram düyü), qaynadın və altını qısın. Qapağını açmadan, qısıq ocaqda bişirin. Təxminən 20 dəqiqədən sonra altını söndürün və soyumağa buraxın.
  • Xalçanı götürün, nori yarpağını və düyünü üzərinə qoyun və mütləq üzərinə düyü qoyulmamış 2-3 santimetrlik yer saxlayın (özünüzə yaxın tərəfdən).
  • İçliyi yarpağın ortasına və kənarlara yaxın qoyun. Xalçanı digər tərəfindən özünüzə tərəf bükməyə başlayın.
  • Norini son dəfə bükürük və kənarlarında boş olan hissələr (içliksiz və düyüsüz) rollu sararaq açılmasına və dağılmasına imkan vermir. Xalçanı bir daha sıxın və rolla son formasını verin.
  • Alınan "kolbasanı" eyni böyüklükdə dilimlərə bölün. Sizin istədiyiniz dilimin böyüklüyündən asılı olaraq bir "kolbasadan" 6-12 roll almaq olar.
Velosipedlə dünya turu: Tural Abbasovun hekayəsi

Velosipedlə dünya turu: Tural Abbasovun hekayəsi

Baku Afisha və Anton Zabolotnıy təqdim edirlər: Su pərisi saç düzümü

Baku Afisha və Anton Zabolotnıy təqdim edirlər: Su pərisi saç düzümü

Növbəti paylaşım
Top