05.12.17

Bələdçi: Şam ağacını Bakıda haradan almaq olar?

Məkanlar, İlham
Bələdçi: Şam ağacını Bakıda haradan almaq olar?

Dekabrın əvvəli - ən önəmli qış bayramına hazırlaşmaq üçün əsl vaxtdır! Sizdə tamamilə yeni il əhval-ruhiyyəsi olmasa belə, şam ağacını bəzəyən kimi sanki həyat yeni alovlar, işıqlar əlvan oyuncaqlarla canlanır. Baku Afisha artıq eviniz üçün ən gözəl  şam ağaclarını və onun üçün lazım olan bəzəkləri axtarıb tapıb:

  • Evimiz

Evimizdə təkcə yeni il bəzəkləri deyil, ən yaxınlarınıza hədiyyələr də ala bilərsiniz. Balaca dibçəkdən tutmuş iki metr hündürlüyə qədər şam ağacları - göz qamaşdıran işıqlar, bayram stolu üçün çələnglər və maraqlı papaqlarda qar adamlar. Alovlardan ibarət maral dəstəsinə və istiləşdirici içkiləri sevənlər üçün toxunma sviterda böyük stəkan yanında kakao qarışımı, qəhvə və ya yaşıl çay olan hədiyyə dəstlərinə diqqət etməyi tövsiyə edirik.

  • Sədərək TM

Köhnə bir Bakı inancında deyilir ki: Sədərəkdə nə istəsən tapmaq olar.  Ən əsası - düzgün sıranı və satıcını tapmaqdır. Günü-gündən təxirə salmayıb, elə ən yaxın həftə sonunda getməyi məsləhət görürük! Sizi hər cür formada, rəngdə və ölçüdə süni şam ağacları, metrlik bəzək zərləri, şam ağacı oyuncaqları dəsti, Şaxta Baba kostyumları və münasib qiymətlər gözləyir.

  • Lilac

Gözəl buketlərdən əlavə dekabrda Lilaca gözəl şam ağacları və oyuncaqlar üçün getməyə dəyər. Üstəlik burada ətirli çələnglər də yığırlar. Xoş xəbər - bütün ay boyu yeni il əşyalarına 30%-dən 50%-dək endirim olacaq.

  • Bravo

Bravoda yeni ilə hazırdırlar - yetişmiş mandarinlərin ətri yayılır, zərlər və şam ağacları isə bayram əhvalını yaradırlar. Lakin ilk növbədə buraya rəngarəng şam ağacı şarlarına görə getmək lazımdır. Qırmızı, qızılı və ya gümüşü - istədiyiniz rəngi seçin və ekspress-kassaya tələsin.

  • Decoria Store

Alovlar, ağ bayquşlar, şüşə şarlar və şam ağacları - bunlar üçün Decoria Store-a getməyə dəyər. Bizim juk-maşın formalı şam ağacı bəzəkləri və "oxuyan" Şaxta Babalar çox xoşumuza gəldi.

  • ZEL HOME

Minimalizm və yeni ideyaları sevirsiniz? Onda ZEL HOME xoşunuza gələcək: bayram masasını taxtadan olan şam ağacı ilə bəzəyin, evin hər tərəfinə maral formalı işıqları asın və keramik retro oyuncaqlar dəstini alın. Getmişkən dostlarınız üçün münasib qiymətə hədiyyə dəstləri də ala bilərsiniz.

  • Villeroy & Boch

Villeroy & Bocha adətən yeni evlərə hədiyyə almaq və ya ev bayramlarına çini qablar almaq üçün gedirik. Yeni ildə buraya balaca ədviyyəli adamlar, maşınlar, şüşə şarlar, şam ağacları və çoxlu nağıl qəhrəmanları oyuncaqları gətiriblər.  Belə bəzəklər ancaq ən səliqəlilər üçündür - çünki bu cür gözəlliklərin qırılması çox xoşagəlməz bir şey olar.

  • Grafika

Grafikaya ilk növbədə hündür şam ağacı arzusunda olanlar getməlidirlər. Burda Hollandiyadan gətirilmiş üç metr hündürlüyü olan süni şam ağacları satırlar! Yaşıl, ağ, giləmeyvəli, işıqlı, qozalı - evinizin tavanı hansı hündürlüyə uyğundursa, onu da seçin.

  • Gallery gifts and flowers

Əsl yeni il nağılına düşmək istəyirsiniz? Gallery gifts and flowersa gedin. Ev üçün hədiyyə və qab-qacaqlardan əlavə burada tünd göy rəngli şam ağacı və oyuncaqlar almaq olar. Seçimlər heyran qoyur: heyvan, maşın, yeni il personajları formaları ilə tematik kolleksiyalar, hər rəng və ölçüdə şüşə şarlar, keramik aksesuarlar, musiqili qutular və şüşə qar şarları var.

  • Oduvanchik Bouquet

Oduvanchik Bouquetdə əmindirlər ki, yeni il səbəti - bayram stoluna ən gözəl hədiyyədir. Səbətdə şam ağacı budaqları və qozaları, alman şərabı Faber, şam ağacı oyuncaqları, ətirli mandarinlər, şokoladlar, ədviyyəli qlintveyn hazırlamaq üçün  qoz, darçın, qurudulmuş sitruslar var.

  • Milkyway.az

Milkyway.azda sizin üçün ətirli çələng toxuyacaq, qozalardan bayram masası üçün bəzəklər düzəldəcək, bir neçə yumşaq qar adam oyuncağı və iynələrdən şam ağacı oyuncaqları gətirəcəklər. Şam iynələrinin ətri, darçın, portağal və evinizdə bayram əhval-ruhiyyəsinə zəmanət verilir.

  • Yeni il bazarı

Metro stansiyalarının yanında yeni il çadırları - bu bayram işıqları və aksesuarları haqqında son anda düşünənlər üçün əsl xilas yoludur. Burada kiçik şam ağacları, bütün ailə üçün qırmızı ulduzlu baş aksesuarı, bəzək əşyaları və bir çox başqa bayram atributlarını tapmaq olar.

  • Təzə Bazar

Yeni il axşamını təbii şam ağacının iynələrindən gələn ətir olmadan təsəvvür etmirsiniz? Onda Təzə Bazara getməyi məsləhət görürük. Bayram ərəfəsində buraya hər ölçüdə şam ağacları gətirirlər. Böyük dibçəkdə olanını alıb, bayram bitdikdən sonra öz bağınıza da əkə bilərsiniz. Ya da kiçik budaqlar alın, hər bir otaqdan asın və oyuncaqlarla bəzəyin.

  • Bonsai Baku

Balaca və sıx təbii şam ağacları üçün Ganjlik Mallda Bonsai Bakuya gedin və ya Kanadadan olan bu yaşıl gözəl üçün bonsai.az saytına girin.

  • Azalea

Yeni il üçün Azaleada dibçəkdə lazım olan ölçüdə şam ağacı tapmaq olar. Burada təkcə şam ağacları deyil, küknar da var. Yerli floristlərə sual verməkdən çəkinməyin - onlar ağacların saxlanılması haqqında hər şeyi sizə danışacaqlar və evə çatdırmağa da kömək edəcəklər.

  • Alternativ şam ağacı

Siz xoşbəxt pişik və ya it sahibisiniz?  "Alternativ şam ağacları" əla qərardır:

Kağız şam ağacı

Ofis və ya uşaq otağı üçün ideal bəzək. Bunun üçün lazımdır: 

Karton vərəq

Stikerlər və ya rəngli kağızlar

Yapışqan lent

Marker

Qayçı


İşıqlardan şam ağacı 

Ən sadə və effektiv üsul - işıqları yaşıl şam ağacı formasında asmaqdır. İşıqlardan əlavə şam ağaclarını muncuqlar, oyuncaqlar və ya serpantinlərlə də bəzəmək olar. Lazım olacaq:

İşıqlar

Yapışqan lent

Karandaş

Kitablardan şam ağacı

Əsl kitab sevən və ya tələbələr üçün. Lazım olacaq:

Kitab

İşıqlar

Şam ağacı oyuncaqları

MUSIC LAB: “Tezik kimdir?” by DJ AKG

MUSIC LAB: “Tezik kimdir?” by DJ AKG

Bakıda qeyri-adi balı olan 6 yer

Bakıda qeyri-adi balı olan 6 yer

Növbəti paylaşım
Top