24.11.17

Do you speak English: Sözləri necə öyrənmək olar?

İnsanlar, İlham
Do you speak English: Sözləri necə öyrənmək olar?

Now (indi – ing.) – ingilis dili öyrənməyə başlamağın əsl vaxtıdır. Bu dilsiz artıq nə evdə, nə də xarici bir ölkədə qonaq olduğunuz zaman mümkün deyil. Baku Afisha ingilis dilini Rivka Xripunova ilə öyrənir və sizə də məsləhət görür! Bugün o sizə yeni sözləri necə tez və asanlıqla öyrənmək haqqında danışacaq:

İstənilən bir xarici dilin öyrənilməsi sözləri öyrənməkdən başlayır. Əlbəttə ki, dil öyrənmə prosesinə kompleks şəkildə yanaşmaq lazımdır, ancaq bu gün mən sizə lüğət ehtiyatımızı doldurmaq straregiyaları və bu çətin yolda qarşılaşacağımız problemlər haqqında danışacam.

Tez-tez bu cümləni eşidirəm: "Mənim heç yaddaşım yoxdur"

Mən eyni cümlələri tez-tez eşidirəm: "Dilləri öyrənə bilmirəm", "Mənim heç yaddaşım yoxdur", "Öyrənirəm, ancaq yadımdan çıxır" və "İnsan yaşlandıqca yeni informasiyanı daha çətin qəbul edir".

İndidən deyim ki, – bu heç də belə deyil! Mənim 60-65 yaşlı tələbələrim 50-100 söz və söz birləşməsi öyrənirdilər, eyni zamanda gənclər heç 40 söz öyrənə bilmirdilər.

Öyrənə bilməyən insan yoxdur, sadəcə bunu düzgün etməyən və tam başa düşməyən insanlar var. Necə? Lüğət ehtiyatımızı  doldurmaq və hər yeni materialda lüğətə qaçmamaq üçün nə etməliyik?

Gəlin, bir neçə strategiyaya baxaq:

  • ÖZÜNƏ İNAM:

Birinci və ən əsas! Əgər siz durmadan özünüzə bacarıqsız deyəcək, milyon dəfə yoxlayıb alınmadığını və bu dəfə də belə olacağını təkrarlayacaqsınızsa, onda siz özünüzü neqativ nəticəyə hazırlamış olacaqsınız.

Özünüzə inanın! Özünüzə deyin ki, əgər Mamed bacarıbsa, siz də bacaracaqsınız. Əgər 5 yaşındakı uşaq bağçada ingilis dilində cizgi filmlərinə baxır və anlayırsa, siz də anlayacaqsınız.

Axı doğurdan da siz bunu bacararsınız, sadəcə cəhd etmək, özünü ələ almaq və sistematik şəkildə çalışmaq lazımdır. Bu sadə psixoloji variant sizə istədiyinizə çatmağa kömək edəcək.

  • TƏSƏVVÜR:

Uzun və qorxulu yeni sözlər siyahısından uzaqlaşın. Düzünü deyək, onlar yalnızca qorxuludur. Yaddaş kartları düzəldin, şəxsi sxem və söz cədvəlini qurun və aralarında işarələr qoyun. Jurnallardan sevdiyiniz şəkilləri götürün və onun üzərinə görə biləcəyiniz sözləri yazın.

Sözləri yadda saxlaya bilmirsiniz? Hekayə fikirləşin: qısa, gülməli, dəlisov! Beynimiz boş şeyləri yadda saxlamağı xoşlayır. Bundan istifadə edin. Öz təcrübəmdən real bir misal: Tələbəm squirrel (dələ), pine-tree (şam ağacı), teeth (dişlər), smoking (siqaret çəkmək) sözlərini yadda saxlaya bilmirdi. 

Gözlərimizi bağladıq və dələni təsəvvür etməyini istədim:

Göy xallı dələ (squirrel). O yaşlı, kök və pis qoxuludur (uşaq gülür).

- Təsəvvür etdin?

- Bəli!

- Bu xallı squirrel şam ağacının (pine-tree)?budağında oturur, dələnin (dələ necə olacaq? - squirrel), pine-treedən yanları sallanır. Hələ üstəlik (səsimi alçaldıram, pıçıltıyla) onun sarı, iyrənc teeth var, çünki o smoking sevir. Mən nə dedim?

Nəticə: beş dəqiqə fantaziya və sözlər hazırdır. Uşaq gülür, emosiya və təsəvvür isə öz işlərini gördülər.

  • EMOSİYALAR:

Gülüş! O necə də möhtəşəmdir. Mən öz dərslərimdə aktiv şəkildə bu texnikadan istifadə edirəm və hər dəfə nəticəyə heyran oluram. Sizə təsir edən şeyləri oxuyun və ya izləyin. Fərqi yoxdur bu gülməli, qəmli, ciddi və ya qorxuludur.

Əhvalınıza uyğun olan materialı seçin və sözləri emosiyalarla uyğunlaşdırmağa çalışın. Buna öyrəşmək lazımdır, ancaq nəticəni çox bəyənəcəksiniz.

  • TƏCRÜBƏ

Mümkün olan bütün yeni sözləri real hadisələrlə uyğunlaşdırın. Dostlarla söhbətdə, çatlarda, şərhlərdə istifadə edin. İngilis dilli saytlardan sifariş edin. Yoxlamaqdan çəkinməyin. Bu qorxulu deyil!

  • PROQRAMLAR

Proqramlardan istifadə - bu sadədir və heç də çətin deyil. Niyə də yolda işə gedərkən və ya dostunuzu gözləyərkən lüğətinizi zənginləşdirməyəsiniz? LinguaLeo, Memorize proqramlarını məsləhət görə bilərəm, həmçinin slenqli, sözlü və qısa hekayəli Telegram kanallarını da çox bəyənirəm.

İnstagramda sizə maraqlı olan  ingilis dilliləri izləyin. Yoxlayın və sizə uyğun olanı tapın, bunu zövqlə edin və onda hər şey mütləq alınacaq. 

Müəllim haqqında:

Mənim adım Rivkadır və bu mənim tam adımdır. Birinci təhsilim nüvə fizikasıdır. Fizika mənim dünyaya baxışımı dəyişdi, lakin məndən fizikaçı alınmadı. 11-ci sinifdən ingilis dili öyrətməyə başladım və bütün bu zamanlarda ya müəllimə ya da tərcüməçi işləyirdim.

Üç il bundan əvvəl başa düşdüm ki, sevimli işimi - həyatımın işini edə bilərəm və hər şey başladı: Bakıda müəllimlik üzrə magistratura, Arizonada TESOL (dünyanın istənilən nöqtəsində dərs vermək üçün icazə sertifikatı) və indi Moskva Akademiyasında illik ixtisas.

Mən öz işimi çox sevirəm və bu öyrətməkdən çox təcrübə, dostluq və motivasiyadır. Mən daha çox böyüklərlə işləyirəm və hər bir yeni tələbə onun maraqlarını, daxili dünyasını başa düşməyi tələb edir.

Mən rəssamlıqla maraqlanıram, sürrealizm üslubunda çəkirəm və nə vaxtsa qərar verib öz sərgimi açacağam. Artıq 3 ilə yaxındır ki, yoqa ilə məşğulam, qaçıram və ya velosiped sürürəm, öz kitabxanamı toplayıram - burada çoxlu pedaqoji, psixoloji və motivasiya ədəbiyyatı kitabları var. Tortlar və piroqlar bişirməyi çox xoşlayıram. Səyahət etməyi və tanıdığım yerlərə fərqli rakurslardan baxmağı sevirəm.

Soyuq axşamlar üçün 5 kitab

Soyuq axşamlar üçün 5 kitab

Bakıda 8 yeni məkan

Bakıda 8 yeni məkan

Növbəti paylaşım
Top