09.01.18

Hamı rəqs edir: Bakıda harada və necə oynamalı

Məkanlar, İlham
Hamı rəqs edir: Bakıda harada və necə oynamalı

Tanqo, hip-hop, kontemporari-dens və ya ləzginka – Bakıda harada gözəl rəqs hərəkətləri öyrənmək və həftə sonu rəqs medançasını silkələmək haqqında danışırıq:

Harada öyrənək?

  • Show-Balet "Nero"

Veb-sayt: www.nerodance.az 

Neroda sizə bitə düşməyi və müasir küçə rəqslərindən istənilən birini oynamağı öyrədəcəklər. Qeyri-adi bir şey istəyənlər caz-fankı yoxlaya bilərlər, bir neçə tərzi eyni zamanda öyrənmək istəyənlərə isə fristayla yazılmağı məsləhət görürük.

  • R&N-project Dance School

 Facebook: @RNProjectDanceSchoolinBaku

Latinoamerikan rəqslərini öyrənmək və əla formada qalmaq istəyənlər üçün R&N-project Dance Schoolu tövsiyə edirik. Məktəbin proqramında sizi salsa, baçata, kizomba, latina, fitnes və bir çox rəqs növləri gözləyir. Uşaqlara burada xalq rəqsləri və hip-hop öyrədir, həmçinin xoreoqrafiya üçün qruplar yığırlar.

  • Baila Baku

Facebook: @bailabaku

İçərişəhər stansiyası ilə üzbəüz yerləşən bu studiyada ehtiraslı rəqsləri öyrədirlər: salsa və baçata kimi. Üstəlik burada tez-tez diskotekalar və latin-amerikan rəqslərinə həsr olunmuş axşamlar təşkil edirlər.

  • Ilham Osmanov Dance & Art Studio

Facebook: @byilhamosmanov 

İlham Osmanovun studiyasında siz argentina tanqosu öyrənə, özünüzü idman latina və rumbasında yoxlaya, üst breyk və ya helikopterə yiyələnə və ya streçinqlə məşğul olub elastikliyinizi artıra bilərsiniz. Kiçik rəqqaslara isə burada balet öyrədir və yeni başlayanlar üçün açıq dərs keçirilir.

  • Harmony Dance Studio

Facebook: @HarmonyDanceStudiobyFaridMehdiyev

Bakının demək olar ki, hər şeyin olduğu ən məşhur məktəblərindən biri: latinoamerikan rəqsləri, hip-hop, balet, kontemporari-dens və oriental rəqslər. Bundan başqa burada tez-tez tematik axşamlar və açıq qapı günləri təşkil olunur. Həmçinin hissiyatlı piruetlər öyrədəcək, strip-plastika və pole dance ilə plastikanızı inkişaf etdirəcəklər.

  • TanGo ON

Facebook: @tangoon.baku

Tanqo oynamağı xəyal edirsiniz? TanGo ON dərslərinə gəlin və milonq, ehtiras  və tanqo-marafon dünyasına qərq olun. Təcrübəli müəllimlər sizə enerji verəcək və ehtiraslı argentina rəqsinin incəsənətinə yiyələndirəcəklər.

  • Jam SS - Rəqs məktəbi

Facebook: @JamSS.az 

İlk rəqs dərsində bacarıqsız görünməkdən utanmağa dəyməz. Jam SS məktəbinin mehriban müəllimləri sizə rahatlamağı və prosesdən həzz almağı öyrədəcəklər. Məktəbdə sizi azərbaycan, ləzgi və hind rəqsləri ilə yaxından tanış edəcək və müasir küçə rəqslərinin əsas hərəkətlərini göstərəcəklər. Burada həmçinin bəy gəlin rəqsi və toy fleşmobu rəqsləri də qurulur.

Harada oynayaq?

  • Enerji Club

Enerji Club Bakuya yaxşı musiqi dinləmək və ürəkdolusu oynamaq üçün gəlirlər. Enerji dolu rəqslərdən əlavə klubun qonaqlarını zəngin kokteyl xəritəsi, qəlyan menyusu, avropa və asiya mətbəxinin ən yaxşı yeməkləri gözləyir.

  • Buddha Bar

Buddanın Bakıdakı iqamətgahı - elektron musiqi və pan-asiya mətbəxini sevənlər üçün ideal məkandır. Hər cümə və şənbə günləri klubda djlər və professional akrobatlar çıxış edirlər. Dj kabininə istedadlı rezidentlərdən əlavə tez-tez dünya djləri də keçirlər.

  • Sintetik

Sintetikdə əmindirlər: elektron musiqi ilə ən yaxşı qaranlıqda rəqs etmək olur. Proqressiv texno, elektron bluz və minimalizm sevənlər andeqraund klubu çox bəyənəcəklər. Buraya ilk növbədə yerli djlərin orjinal setləri üçün getmək və əlbəttə ki, xarici djlərin gəlişini izləmək lazımdır.

  • La Vida Tequila Bar

La Vidada axşamlar əyləncəli, səs-küylü və parlaq keçir. Buraya cümə günü işdən sonra gəlməyi, heç düşünmədən tekila şot sifariş verməyi və sevimli latinoamerikan melodiyalarının elektron remiksləri ilə rəqs etməyi tövsiyə edirik.

  • BarDuck

BarDuck paytaxtımızın bar xəritəsində yeni bir məkandır. Barın əsas talismanı və sahibi Ördək interyer, musiqi və içki haqqında çox şey bilir - axşamlar burada xüsusi abhava olur, dadlı kokteyllər süzülür, istedadlı djlər çıxış edirlər.

  • Pasifico - Lounge & Dining

Pasifico melomanlar və əyləncə sevənlər arasında çox məşhurdur. Onlarla tanış olmaq istəyirsiniz? Cümə və şənbə günləri gəlin – bu günlər burada müasir musiqilər dinlənilir, şot-setlər xüsusi qiymətə verilir.

  • Chill Point

Chill Pointi rahatlıqla öz rəqs xəritənizə əlavə edin: burada təkcə əla kokteyllər hazırlamır, həmçinin əyləncəli axşamlar və musiqili festivallar keçirirlər. Yeri gəlmişkən, djlər öz setlərilə həftə içi də çıxış edirlər, ona görə də rəqs etmək istəyənlər bunun üçün həftə sonunu gözləmirlər – bu gün Chill Pointdə kimin çıxış etdiyinə baxın və oraya yollanın.

  • LUV Baku

Yaxşı musiqini və eyni zamanda rəqs etməyi sevənlərin yadda saxlamalı olduqları yeni məkan. Burada ən yaxşı djlər və musiqiçilər çıxış edirlər. Əgər siz aşiq olmusunuzsa, sevdiyiniz xanımı dəvət edin və rəqs zamanı hisslərinizi ona açın.

  • Elektra Events Hall

Əgər Bakıda konsertlər Elektrada keçmirsə, konsert zamanı rəqslər də çox aydın olmur. Əgər sizin sevimli musiqiçiniz burada çıxış edirsə, ürəklə rəqs etmək və konsertə sadəcə dayanıb baxmaq üçün gələnlərin baxışlarından çəkinməmək lazımdır.

  • Hard Rock Cafe

Razılaşın, hər bir musiqiyə rəqs etmək olar, xüsusilə sevdiyimiz musiqiyə. Əgər siz melomansınızsa, müasir və fərqli musiqiləri sevirsinizsə, Hard Rock Cafeyə gəlin. Burada bütün həftə əla musiqi var, cümə axşamı, cümə və şənbə isə yerli musiqiçilərin canlı çıxışları ilə rəqs etmək olar.

  • #HASHTAG

Müəllif kokteyllərindən sonra həmişə əyləncəli olur, xüsusilə də rəqs etmək! #HASHTAG-a həftə sonu dostlarla və ya tək gəlin, əminik – burada siz hər zaman birlikdə içib rəqs edə biləcəyiniz bir tanışla qarşılaşacaqsınız.

  • Baku Cafe

Biz yanılmırıq, Baku Cafedə doğurdan da rəqslər və ləzzətli kokteyllərlə əyləncəli axşamlar olur. Ancaq oraya ən inadkar rəqqaslar düşə bilər – İnstagramda @itsbakunights səhifəsini izləyin və əgər sizi qəbul etsələr, yenilikləri və xəbərləri diqqətlə izləyin.

Şifrələri və iştirakları haradan öyrənmək olar?

  • Dance Community of Azerbaijan

Bütün latinoamerikan axşamlarından xəbərdar olmaq və həmfikirlərinizlə tanış olmaq istəyirsiniz? Facebookda Dance Community of Azerbaijan səhifəsinə yazılın. Burada həvəsləndirici videolar və gələcək tədbirləri paylaşırlar.

  • Flashmob Azerbaijan

Klassik myuziklların ən yaxşı ənənəsi ilə rəqs edən kütlənin arasında olmağı həmişə arzulamısınız? Facebookda Flashmob Azerbaijan səhifəsinin xəbərlərini izləyin. Enerjili və istedadlı gənclər tez-tez Bakının mərkəzi küçələrində rəqs fleşmobları təşkil edirlər, iştirakçılara və izləyənlərə xoş əhval və pozitiv ötürürlər.

Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

Top