25.12.17

Kamila ilə bişiririk: Ənənəvi ingilis piroqları

İnsanlar, Qida, İlham
Kamila ilə bişiririk: Ənənəvi ingilis piroqları

Baku Afisha - oxuduğumuz zaman, o dəqiqə təkrarlamaq istədiyimiz reseptləri çox sevir! Rəfiqəmiz Kamila Azizbek bişirməyi çox xoşlayır və bunu elə edir ki, ətrafdakılar da bişirmək (və yemək) istəyirlər. Bu gün o bizimlə ənənəvi ingilis piroqlarının reseptini paylaşacaq:

"Mən həmişə mincemeat pies-ın dadına baxmağı çox istəyirdim. Bricit Consun birinci hissəsində onun valideynlərinin evinə gələrək, bu piroqlardan nə qədər çox yediyini xatırlayırsınız? Bax o vaxtdan mənə maraqlı gəldi, bu nə piroqlardır belə?

Qorxuducu adlı - içlikli piroq - əslində giləmeyvəli və quru meyvəli peçenyelər imiş. Bu qeyri-adi və ətirli ənənəvi ingilis bişintisidir. Və bu il mən onları başdan sona hazırladım:

  • 500-600qr quru meyvə
  • Ədviyyələr 
  • Bal
  • Portağal, limon, alma
  • 175 qr muskovado şəkəri
  • 50-80 qr kərə yağı
  • 3-5 qaşıq konyak və ya rom

Bu "içliyin" hazırlanması üçün hər birindən 100 qr olmaqla 500-600 qr quru meyvə və giləmeyvə lazımdır. Burada dəqiq resept yoxdur, istəyinizə bağlıdır. Mən tumsuz qara kişmiş, ağ kişmiş, qurumuş zoğal tapmadım, BRAVO-dan dondurulmuşunu aldım, elə buradan dondurulmuş qarağat, kuraqa, quru əncir və gavalı aldım.

Kuraqa, gavalı və ənciri elə doğradım ki, hamısı eyni ölçüdə olsun. Evdə xurma var idi, onları da doğradım. Əlbəttə ki, tumsuz. Hamısını qarışdırdım, portağal və limon qabığı və suyunu da buraya əlavə etdim. "Qrenni Smit" almasını qabığı ilə kiçik kub şəklində doğradım və onu da qarışıma əlavə etdim.

Daha sonra ədviyyələr: darçın, qərənfil, qoz, zəncəfil - hər biri bir çay qaşığı. Tünd-qəhvəyi muskovado şəkəri - 175 qr, mən onu hələ yayda təsadüfən BazarStore Xətaidə tapmışdım. İki yemək qaşığı bal da tökürük. Qarışdırırıq, qabın ağzını bağlayıb, bir günlük soyuducuya qoyuruq.

Sonrakı axşam mən bu "içliyi" soba qabına yerləşdirdim, üstünə 50-80qr kərə yağı qoydum, folqa ilə sıx bağladım - 2-3 saatlıq 110˚С sobaya bişməyə qoydum. İngilislər kərə yağı əvəzinə, mal əti piyi - suet qoyurlar, ancaq mən Bakıda onu hardan düzgün formada tapa biləcəyimi bilmədim.

Vaxt tamam olduqdan sonra sobadan çıxardırıq, folqanı açırıq, biraz soyudub, 3-5 qaşıq konyak və ya rom tökürük. Qarışdırırıq və qablara yığırıq. Bu içliyi soyuducuda illərlə saxlamaq olar - nə qədər çox qalsa, o qədər dadlı olur.

12-18 kiçik piroq üçün xəmir:

  • 450 qr un
  • 239 qr yağ
  • 6-8 yemək qaşığı soyuq su

Yağ və unu əlimizlə qarışdırırıq, suyu isə qaşıq-qaşıq tökürük. Balaca toplar düzəldirik və minimum yarım saatlıq soyuducuya qoyuruq. Bütün gecə qalması daha idealdır. Əsas odur ki, piroqların ağızda ovulan olması üçün xəmiri çox  yoğurmayasan. Ona görə toplar hazir olan kimi paketə və soyuducuya yerləşdirin.

Daha sonra açırıq, çox da nazik olmayan 4-5 ml disklər kəsirik, onları maffin formasına yerləşdiririk, üstünə "içlik", bir disklə və ya fiqur ilə üstünü örtürük. Mən fiqur olan variantı daha çox bəyəndim, daha az xəmir alınır.

Üzərinə süd çəkir, ağ şəkər səpirik. Öncədən qızdırılmış 220˚С sobada 20-30 dəqiqə açıq karamel rəngi alana qədər bişiririk.

Soyuduqdan sonra üzərinə pudra şəkəri səpib süfrəyə veririk. Bu peçenyeləri ağzı bağlı qabda aylarla saxlamaq olar.

Çox hərf və çox hərəkət alındı? Nəticə buna dəyər? Əgər siz bir ingilisə bu peçenyelərdən hədiyyə etsəniz o sevincdən göyün yeddinci qatına uçacaq. Bu Amerikada Novruz bayramında bir Azərbaycanlıya ev şəkərburası vermək kimidir. Kulinariya baxışımızın inkişafı üçün də faydalıdır.

Hələ məndə bayram pudinqi də var. Ancaq bu artıq başqa hekayədir."

MUSIC LAB: Do you love me? (VİDEO)

MUSIC LAB: Do you love me? (VİDEO)

Top