02.02.18

Sosioloqla film: Özün ilə söhbət

İnsanlar, Ast&Musiqi, İlham
Sosioloqla film: Özün ilə söhbət

Rabitəni yoxlayırıq. Yeni il? Keçdi. Köhnə yeni il? Keçdi. Nə edirik? Düzdür, Novruz bayramını gözləyirik! Tələbələr kimi bayramdan bayrama keçirik, bayram aralarında isə o - Real bir "məişət" xanımı. Bütün bu məişət döngüsündə insan adekvatlığı mövzusu tez-tez açılır. Bu sirrli qızı kim harada axtarır? Kimisi kitab oxuyur, kimisi kitab yazır, mən isə... film izləyib, qəhvə içirəm.

Reallıq bizə başqa seçim vermir. Ancaq bu yalnız bizə belə gəlir - seçim həmişə var. Bizim hər birimiz öz məişət döngümüzdə sonradan nəticələrini həll etmək üçün məsuliyyət daşıdığımız xoş olmayan qərarlar verməyə hazırıq.

Sizə "İbtidadi həqiqət" rubrikasının ilk "psixoloji" siyahısını təqdim edirəm. Sizi özünüzlə açıq söhbət gözləyir: "Bu cür vəziyyətdə bəs mən nə edərdim?" özü ilə söhbət etməyə hazır olmayanlar narahat olmasınlar. Hələ çox belə siyahılarımız olacaq, hazırlaşın. Mən hər kəsi özünü izləməyə məcbur edəcəm. Əla keyfiyyət olan - özünə istehzanın sahibləri - darıxmayacaqsınız! Getdik:

Bizim kimi insanlar/ People like us
2012, ABŞ

İnsan təbiəti haqqında şişirtməsiz sadə bir film. Təsəvvür edin, siz də hamı kimi yaşayırsınız: biznes, işlər, qayğılar, müflislik çox yaxınınızda... Birdən-birə notariat çıxır və deyir ki: atanız ölüb. "O sizə vəsiyyətnamə qoyub" - deyir və köhnə çamadanı sizə verirlər. Siz hələ fikirlərinizdən tam uzaqlaşmamış çamadanı açırsınız və çoxlu pul görürsünüz.

Bu pullar sizin bütün problemlərinizi həll edə bilər. Ən əsası isə - sizi müflis olmaqdan xilas edə bilər. Üzünüzdə bir gülümsəmə ilə oturur və təsəvvür edirsiniz: "çiçəkli vitrinlərə doğru gedirsiniz, yanınızdan bahalı limuzinlər keçir, içlərində gözlərindən alov çıxan, soyuq ürəkli, qızıl saçlı qadınlar". Nişanlınıza brilliant qaşlı üzük, borcları ödəmək... Elə bu anda məktubu görürsünüz.

Budur - Pandora qutusu. Məktubu açırsınız və yazılanları görürsünüz: "Bilmirəm harasa get (ölkənin digər ucuna), bilmirəm nəyisə apar (həmin pulları), bilmirəm kiməsə ver (hansısa bir oğlana) və onun qayğısına qal.

Və burada fikirləşirsən: "Əgər bu mən olsam nə edərdim?" Öz dünyamın dağıldığı bir zamanda pulu hansısa birinə aparardım? Özünüzü baş qəhrəmanın yerinə qoyduqdan sonra çox maraqlı və gözlənilməz hisslər yaşayacaqsınız.

İdeal yadlar/ Perfetti Sconosciutti
2016/ İtaliya
Hər şey adi başlayır: dostlar cümə şam yeməyinə toplanırlar - şərab, sevimli yeməklər, xoş abhava. Birdən masa arxasında bir ideya yarandı - yeni gələn bütün mesajları birlikdə oxumaq və zənglərə açıq mikrofonla cavab vermək.

Burdan nələr çıxdığını fikirləşə bilirsiniz? Bu filmi qaçırmaq olmaz! O bizim haqdadır, müasir insan - homo contemporaneous, hansı ki, (alimlərin fikrincə) homo sapiens - yəni düşüncəli insan olmalıdır. Əslində təcrübə göstərir ki, düşüncəli olmaq doğurdan da bizdə çatışmır.

"Bəs mən o masa arxasında olsam necə olardı?" Özünüzü qəhrəmanların yerində təsəvvür etdiniz? Necədir? Dostlarınızın yanında bütün mesajlarınızı açıq oxumağa hazırsınız? Bütün zənglərə açıq səslə cavab verə bilərsiniz?

Sadə bir qacet-telefon həyatımızda necə də böyük yer tutur. Biz etdiklərimizik! Ancaq hər şey belə birmənalı deyil - bu süjetin Pandora qutusu rəsmi olaraq açıq elan olunur.

Uvenin ikinci həyatı/ En man som heter Ove
2017, İsveç

Mərhəmət dolu maraqlı bir film üçün darıxanlar - buraya! Burada hər şey var! Kiçik kvartalın bir-birinə açılan pəncərələri və qonşuların diqqətli baxışları, münaqişələr, fərziyyələr, dostluqlar, xəyanətlər ilə dolu həyatı. Sizə heç nəyi xatırlatmır?

Burada kiçik və böyük şəxsi dramlar, fiziki gözəllikdən asılı olmadığı göstərilən insan gözəlliyi. Bəs nədədir bu gözəllik? Bunu düşünməyi sizin öhdənizə verirəm. Film çox maraqlıdır və bir detektiv filmindən heç də az həyəcanlandırmır. Bu süjetdə özünüzü istədiyiniz qəhrəmanın yerinə qoya bilərsiniz.

Pandora qutusu - "mən insanam" mövzusuna həsr olunub. Həyat qayğılarının arxasınca qaçaraq biz insanlığı unuduruq. Razı deyilsiniz? Mübahisə edin, mənim fikrimə əks olan fikirlər həmişə mənə maraqlı gəlib. Hələlik isə filmə baxırıq, homo sapiens, ya da heç olmasa homo olmağı öyrənirik. Və, bəli, mənim artıq yeni bir sevgim var - Bahar Pars.

To be continued...

Qış, soyuq: 5 ətir

Qış, soyuq: 5 ətir

Be my Valentine: 14 fevralı harada keçirək

Be my Valentine: 14 fevralı harada keçirək

Növbəti paylaşım
Top