05.01.18

Otaqdan çıx: Bakıda 7 kvest

Məkanlar, İlham
Otaqdan çıx: Bakıda 7 kvest

"Dizlərim titrədi...", "Özümü əsl Şerlok Holms kimi hiss etdim!", "Düz burnumun dibindəki ipucunu necə görə bilmədim..." və "Aaaa, bu əla idi!!!" - kvest sevənlər hər oyundan sonra bunları deyirlər. Yoxlamaq istəyirsiniz? Baku Afisha sizin üçün Bakıda ən maraqlı kvestlərin bələdçisini hazırlayıb:

  • Phantom Guests

Ünvan: H.Zərdabi küç.74 (Qəbələ dairəsi yaxınlığında)

Vebsayt: www.phantom.az

İştirakçıların sayı: 2-6

Vaxt: 60 dəqiqə

Phantom Questdə gözə dəyən ilk şey - kiçik detallara diqqətdir. İncəliklə düşünülmüş interyer, kostyumlar və süjetin qəfil dəyişimi. Bir dəfə də olsun qapalı otaqda qalıb, açar axtarmayanlara bu kvesti məsləhət görürük. Burada dörd kvestdən birini seçmək olar, əsas odur ki, oyundan nə gözlədiyinizə qərar verəsiniz.

Zombilərdən qaçmaq istəyirsiniz? Onda "Sirrli Laborotoriya"ya getməlisiniz - sizi məntiq, çeviklik tapşırıqları və dəli professorun daha bir çox maraqlı eksperimentləri gözləyir. Yenilərə isə "Qanlı Sirk"dən başlamağı tövsiyə edirik, kloun qorxunuza birdəfəlik qalib gələcəksiniz.

  • Portal Games

Ünvan: Z. Bünyadov küç. 13, Xəqani küç.14

Vebsayt: www.portalgames.az

İştirakçıların sayı: 2-4

Vaxt: 60 dəqiqə

Portal Games yaradanlarının məqsədi oyunçulara parallel reallıq qapısı kimi xidmət göstərməkdir. Hal-hazırda mərkəzin 6 şöbəsi və müxtəlif ssenariləri olan 10 otağı var. "Bunker" və "Mişar" kvestlərini əsl klassika adlandırmaq olar.

Birinci "otaq" - gənc döyüşçülər üçün nəzərdə tutulmuş sovet bunkeridir, ikinci otaq isə qan görəndə özündən getməyənlər üçün nəzərdə tutulub və özündə "Mişar" filminin ən qorxulu səhnələrini birləşdirir. Yeri gəlmişkən cümə və şənbə günləri Portal 24 saat işləyir - axı hamı bilir ki, gecələr daha qorxulu olur. Dostlarınızı toplayın, ənənəvi qorxu filmi izləməkdənsə, "Günah" və ya "Hannibal" oynayın.

  • EXIT

Ünvan: Z.Bünyadov küç.13

Vebsayt: www.exit.az

İştirakçıların sayı: 2-6

Vaxt: 15-90 dəqiqə 

Virtual reallığa düşmək istəyirsiniz? Onda EXİT-də kvestə yazılın. Ənənəvi ekşn-kvestlər "Mumiya", "Cümə 13" və intellektual oyun "Səyahətçi otağından" başqa, burada özünüzü EXİT VR-də yoxlaya bilərsiniz - virtual reallıq eynəklərini taxın və postapokaliptik dünyaya yollanın. Zombiləri öldürün, düşmənlərdən qaçın və komanda yoldaşlarınızı xilas edin - hər şey sizin sevdiyiniz video oyunlardakı kimidir, hətta daha da yaxşısı.

  • Questomania

Ünvan: Aşıq Molla Cümə küç. 9

Sayt: www.questomania.az

İştirakçıların sayı: 2-6

Vaxt: 60 dəqiqə

Questomania - əsl ailəvi kvest mərkəzidir, otaqlar həm böyüklər, həm də balacalar üçün nəzərdə tutulub. Baş "sındırmaq" istəyirsiniz? Sizə qətiyyətlə "Köhnə teatrın sirrləri"ni məsləhət görürük. Boni və Klayd tərzli romantik görüş üçün isə "Böyük cek-pot" uyğun gələcək, burada əsas məqsəd sevdiyin şəxslə soyğunu həyata keçirməkdir. Mərkəzə həmçinin tortla gəlib, doğum gününüzü də qeyd edə bilərsiniz.

  • Phobia VR

Ünvan: Nargiz Mall, 3-cü mərtəbə 

Sayt: www.phobiavr.az

Həmişə keçmişə səyahət etməyi, düşmən orklarla döyüşməyi, açıq kosmosda və ya okeanın dibində olmağı xəyal etmisiniz? Onda virtual reallıq mərkəzi Phobia VR əsl sizin üçündür! Müasir kontrollerlər və cihazlar sizə 360 dərəcə geniş görüntü və oyunun tam dərinliklərinə getməyi vəd edir.

  • Keyzone Baku

Ünvan: ELİT ticarət mərkəzi, 5-ci mərtəbə 

Sayt: www.keyzone.info

İştirakçıların sayı: 3-5

Vaxt: 60 dəqiqə

Keyzone Bakuda "Karantin" haqqında deyilir ki: 30 il əvvəl gözdən uzaq bir yerdə əsrarəngiz bir şəkildə tibb alimləri qrupu yoxa çıxıb. Sizin tapşırığınız - tələlərdən qaçmaqla alimlərə nə olduğunu öyrənməkdir. Bütün bunlar üçün sizin bir saatınız olacaq. Sizcə çatdırarsınız? Onda yaxın dostlarınızdan komanda yığın və ən yaxın həftə sonuna kvest təşkil edin.

  • Encounter Baku

Sayt: www.baku.en.cx

Vaxt: 2 saatdan başlayaraq

Kvestlər təkcə bağlı məkanlarda olmamalıdır - Encounterdə açıq havada kvest keçmək olar. Siti-kvest alışdığımız "otaq" kvestlərinin babasıdır və daha çox real həyatda kompyuter oyununa bənzəyir. Kvestdə iştirak etmək üçün saytda qeydiyyatdan keçib, ən yaxın zamandakı oyuna baş vurmalısınız. Təyin olunan vaxtda (bir qayda olaraq şənbə axşamları) oyun başlayır. Sizin tapşırığınız - bütün kodları tapmaq, tapşırıqları keçmək və finişə birinci çatmaqdır.

17-18-19 noyabr üçün 10 məşğuliyyət

17-18-19 noyabr üçün 10 məşğuliyyət

Öz işim: Hope Lake Guest House

Öz işim: Hope Lake Guest House

Növbəti paylaşım
Top