27.03.18

Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

İnsanlar, İlham, Sağlam həyat
Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

Foto: Elmar Mustafazadə

Sabina Shahi Yoga Shahi-nin qurucusu Baku Afisha oxuyucuları ilə düzgün qidalanma haqqında məsləhətləri paylaşacaq. Bugün o orqanizm və beynimizi təmizləmək üçün 8 əsas alətdən danışacaq:

Özünə laqeyd olmayan bütün oxuyucularımıza Namaste!

Bu gün movzu qədim yoqa alətlərindən və müasir asan üsullardan istifadə edərək, orqanizmi təmizləmək (və ayrılmaz olan ağılı), həyat enerjisini artırmaq və parlaq reallığı qazanmaq haqqında olacaq. Sizin dəyərli həyatınızı daha da keyfiyyətli bir şəkildə yaşamaq üçün mənim fikrimcə səkkiz ən əsas və önəmli alətləri müzakirə edəcəyik. Özümdə təcrübədən keçirmişəm:

Bənzərsiz Prana

Niyə daha çox təzə meyvə və tərəvəz yeməyə başlamalıyıq? Hər bir yoqun cavabı belə olacaq: Prana. Bəli təmiz havada, çiy döldə olan məhz o həyat enerjisi, həmçinin günəş də bizə bu enerjini verir.

Bədənimizdə prana dərəcəsinə uyğun olaraq biz sağlam və ya xəstə, xoşbəxt və ya stresli oluruq. Sirr deyil ki, beynimiz bağırsaqlarımızın idarəsi altındadır. Bədəndə prana dərəcəsi düşdükdə xəstəliklər daha tez inkişaf edir və nəticə etibarilə daha stresli oluruq.

Əgər siz əti çox sevirsinizsə, səhər, günorta və axşam ət yeyirsinizsə, özünüzü hər zaman yaxşı hiss etmək üçün nə etməlisiniz? 

Cavab: Təmizlənmək və balanslı qidalanmaq!

Çoxdan sübut olunub ki, bədənimizin turşu-qələvi balansı ən patogen proseslərə təsir edə bilər.

Turşulu məhsullar – əsasən heyvanlardan alınan məhsullar və bəzi bitkilərdir (bişirmə tələb edən kartof və badımcan kimi nişastalı bitkilər).

Qələvilər demək olar ki, bütün çiy meyvə və tərəvəzlərdir və onların başında isə limon gəlir! Turşu və qələvi məhsullarına 50-50 kimi balans etmək istəyirik və əgər xəstəliyiniz yoxdursa qidalanmanın başlanğıc mərhələsində aşağıda göstərilən 5/7 uyğun gələcək.

T – Təmizlik

Bir qayda olaraq periodik şəkildə "daxili" təmizlənmə, xarici təmizlənmə yuyunmaq, çimmək qədər vacibdir, xüsusilə də əgər orqanizmdə asidlənmə varsa. Turşu-qələvi balansının pozulması artıq 30 yaşdan sonra xoşagəlməz nəticələrə gətirib çıxarır əvvəlcə tez-tez yorğunluq, hər cür soyuqdəymənin sürətlənməsi, ardından xəstəliklər, xroniki xəstəliklər və s.

Kim belə bir şey istəyər? Gəzən aptek olmaq istəmirsiniz? Elə indi hərəkətə keçin təmizlənin və özünüzü alkalizə edin!

Hər zaman üçün məsləhət: həftə içi günlərdə, əsasən nahar zamanı özünüzə böyük bir porsiya təzə salat hazırlayın. Dadlı reseptlər tapın, reseptorlarınızı sevindirin! Səhər yeməyinə əlvan "helsi boul" taxıl, meyvələr, yoqurt qoz-fındıqla dolu bir kasa yemək olar. Şam yeməyinə maksimal dərəcədə az termo dəyişikliyə məruz qalmış sevdiyiniz tərəvəzlər ola bilər. Həftə sonları özümüzə icazə veririk və sevdiyimiz dadlarla içimizdəki uşağı sevindiririk.

Həftədə bir gün ac və ya meyvə günü elan etmək əla olar, öz zövqümüzə görə seçirik: çiy yemək günü – çiy meyvə və tərəvəzlər, şirələr, su ilə və ya susuz ac qalmaq. Və daha çox hərəkət edin!

  • Qərarsız qalanlar

Əgər siz çoxdan "veqoqidalanma" tərəfə keçmək istəyirsiniz, ancaq özünüzü ətsiz təsəvvür etmirsiniz və sağlamlığınızı itirmədən ağıllı hərəkət etmək istəyirsinizsə, məsləhətlər eyni olacaq: təmizlənmək. İdeal olaraq dediyim 5/7 üsulu ilə, yəni 7 gündən 5-i bitki günləri.

Bütün "ət" körpülərini bir anda yıxmaq lazım deyil, mənəvi arzu və ağıl arasında yavaşca hərəkət etmək lazımdır. Həftə içi günlər yüngül (ancaq mütləq dadlı!) veqan-vegeterian, həftə sonları qidalanma planında rahatlıq, hələ ki sevdiyiniz şeyləri yeyin. Bu sizə özünüzü yüngül hiss etdirəcək, enerji və bədənə sağlamlıq, beyinə yaradıcılıq və günlük işlərdə məhsuldarlıq verəcək, həmçinin sevdiyiniz yeməklərdən də imtina etməyəcəksiniz.

  • Qərarlılar

Əgər siz çoxdan ət haqqında düşünmürsünüz, yavaş-yavaş veqanlığa başlayırsınız, ancaq öz keçidinizi necə quracağınızı bilmirsinizsə, cavab yenə eynidir: təmizlənmək!

Əgər məcburi bir vəziyyətdə daha çox incə pəhrizə başlamaq istəyirsinizsə, bədən aktiv olaraq buna müqavimət göstərə bilər. Pis analizlər və yeni və ya çoxdan başlayanlarda narahatlıqlar məhz buradan gəlir. (fikrimcə "aqressiv veqan" termini də məhz buradan meydana gəlir.) Hətta bəzi yeni başlayanlar düşünürlər ki, hər gün frenç-frays yemək veqanlıq deməkdir! #heyvanları yemirəm demək sağlamlıq üçün yetərli deyil.

İndi baxaq görək, mənim şəxsi arsenalımdan olan hansı yoqa alətləri və prosedurlarından istifadə edərək öz "daxili" gigiyena qaydalarınızı qoruya bilərsiniz:

Alət nömrə 1: Detoks-pranayama

Bu əsas məqsədi orqanizmin təmizlənməsinə və prana səviyyəsini artırmağa yönələn, sağlamlaşdıran nəfəs hərəkətləridir. Prana bizim xoşbəxtliyimizə gedən yolda maneələri yox etmək üçün var. Yoqada isə xoşbəxtlik – sağlamlığın sinonimidir. Proses zaman və pranayama yerinə yetirildikdən sonra bədənimizdəki bütün təmizləmə mexanizmləri yeni bir güclə çalışmağa başlayır və toksinlər daha aktiv atılır ki, bu da təbii ki, immunitetin qorunma gücünü yüksəldir, həmçinin orqanizmin imkanlarını artırır – ciyərlərin həcmini artırır, beyin yarımkürəsinin işini, hormonal fonu və endokrinləri, limfatik və digər həyati sistemlərin funksiyalarını balanslaşdırır.

Məsləhət: Orqanizmin və ağılın təmizlənməsi üçün hər gün pranayama. (Videonu izlə və burada mənimlə birlikdə başlanğıc pranayamaları et.)

Alət nömrə 2: Dil qazıyıcısı

Gecə ərzində bir çox şlaklar dilimizdə ağ örtük şəklində yığılır, buna görə də xüsusilə bu məqsədlər üçün yoqa qazıyıcısı və ya arxa tərəfində dişləri olan diş fırçası almaq lazımdır. Ən pis halda iti çay qaşığı və ya barmağa bir parça cuna dolamaq da işə yarayar. Unutmayın sizin qazıyıcınız yalnız sizə aid olmalıdır.

Alət nömrə 3: Cala-Neti

Hər səhər yuyunduğunuz zaman burnunuzu da yüngül duzlu qarışımla yuyun. Yoqlar bu üsulla nəyinki toplanmış çirk və bakteriyaları yox edir (pis ekologiyadan, asidlənən yeməkdən), həmçinin maariflənmənin yeni zirvələrinə qalxırlar! Gündəlik yuyunma praktikası nəyinki nəfəsi yüngülləşdirir, soyuqdəymədən, sinüzit-qaymoritdən qoruyur, həm də beyinə aydınlıq, intuisiya və dərk etmə verir! Razılaşın ki, əla bir metoddur.

Alət nömrə 4: Kuncala

Duzlu su içmək və onu geri çıxarmaq yolu ilə mədənin təmizlənməsi. Patancalinin yoqa-sutralarında deyildiyi kimi alt nəfəs yollarından selikləri çıxararaq, öskürəyi və 20 başqa mümkün xəstəliyin qarşısını alır. Xoşagələn bir məşğuliyyət olmasa da ayda bir dəfə must kateqoriyasına aiddir!

Alət nömrə 5: Şankx-prakşalana

Qalın bağırsaq vasitəsilə böyük bir həcmdə maye boşaltmaqla, illər ərzində yığılmış bağırsaqdan bütün çirkləri aradan qaldıracaq qədim yoqa kriya! Əgər müvəffəqiyyətli olsanız artıq yoqadasınız deməkdir, çox həssas dostlara xəbər verməyib, özünüzlə fəxr edə bilərsiniz!

Ən məşhur və eyni zamanda tövsiyə olunan şatkarm texnikalarına (tərəfimdən yoxlanmış) burada baxa bilərsiniz. Suallarınız olsa mütəxəssislə məsləhətləşin (yoqa müəlliminizlə danışın və ya mənə inboksdan yazın). Fanatizmdən uzaq praktika edin. Göstərişlərə əməl edin və ifratdan qaçmaq üçün əks təsirləri də nəzərə alın!

Alət nömrə 5: Yaşıl dieta

Yoqa Bxadcan üzrə sevimli 40 günlük metod və ya ciyərlərin və dərinin təmizlənməsi üçün xlorofil detoksu. İdeal period: yaz və payız, havaların hələ də isti keçdiyi zamanlar.

Yaşıl və təzə hər şey var, bu təkcə faydalı və maraqlı deyil, həm də həvəsləndiricidir! Bir neçə dadlı yaşıl yemək resepti paylaşmağa söz verirəm, çünki aprel-may bu cür qidalanma üçün əsl sezondur.

Əgər 40 gün sizin üçün çətin bir müddətdirsə, az-az saxlayın və ya özünüzə çağırış edin, sizi möhtəşəm yüngüllük və uçuş hissi, beyin aydınlanması və gözəl dəri gözləyir! Təmizlənmə prosesini sürətləndirmək üçün Kundalini yoqa məsləhət görülür.

Alət nömrə 6: Su

Yetərincə su içmək - bir çox məqalələrin başlığında yazıldığı kimi çox yox, yetərincə! Yetərincə yəni 1,5-2,5 litr (sizin kompleksiyanızdan və ayurvedik tipinizdən asılı olaraq) təmiz su deməkdir, isti olması lap yaxşı olar. Qaraciyəriniz və digər orqanlarınız üçün gününüzü çox isti olmayan su və yarım limonlu böyük bir şüşə ilə başlamağınız xeyirli və "dadlı" olar.

Gün ərzində bu cür su içməyi adət halına gətirməklə orqanizminizi təmizləyə bilərsiniz (əgər aşağı təzyiqiniz yoxdursa). Bizim təmizlənmə işimizdə Sassi suyu da olduqca yaxşıdır, bu gecədən soyuducuda saxladığımız zəncəfil, limon, nanə və xiyarlı detoks suyudur. Onu hər gün içmək əla olar, ancaq hər sezonda bir dəfə yüngül qidalanma və bu mükəmməl su ilə bir neçə həftəlik detoks etmək də olar! Daxili təmizləyəcək, bir neçə kilo atmağa kömək edəcək , həm dənsassi suyunun çox gözəl dadı var.

Həmçinin hüceyrələrin qidalanması və orqanların regenerasiyası üçün isti su lazım olduğu, soyuq suyun tərəfimizdən mənimsənməməsi haqqında fikirlər də var. Mənim məsləhətim, qızdırılmış (qaynadılmış yox) bulaq suyunu hər saat yarım stəkan, kiçik qurtumlarla və xoş fikirlərlə içmək lazımdır. Bu ən yaxşı nəmlənmədir bədəniniz su ilə doyma terapiyası onun təmizlənməsini və sağlamlığını qoruyan asan bir yoldur.

Alət nömrə 7: Sodalı-duzlu vanna

Soda yağların çəkilmədini blok etdirir, duz isə şlakı aradan qaldırır.

Bu əla metodika sizdən çox az cəhd istəyir: sadəcə çox da qaynar olmayan vanna hazırlamaq, bir ovuc adi yemək sodasını və bir ovuc kristal duz səpmək. Öz sağlamlıq vannanıza bir neçə damcı sevdiyiniz efir yağından (mən çay ağacı və başqa iynəyarpaqlı yağlarından istifadə edirəm) əlavə edib, rahatlaşa və həzz ala bilərsiniz.

Sevdiyiniz mantraları açın, ekzotik aroma stiklərinizi yandırın və öz kosmosunuzu hiss edin! Əsl relaks! Neqativ fikirlərdən və stresdən uzaqlaşmağa çalışın. Bu prosedurdan öncə qəhvə pilinqi etmək və ya bunu desertə saxlamaq da mükəmməl olar.

Alət nömrə 8: Soyuq duş

Səhəri soyuq duşla başlamaq Kundalini yoqa Masteri Qərbin mənəvi lideri Yoq Bxadcanın bizə mirasıdır. Onun dediyinə görə su nə qədər soyuq olsa, sizin üçün o qədər yaxşıdır, o immunitet üçün silkələnmə, daxili orqanların, limfaların, oynaqların və kapillyarların təmizlənməsi deməkdir. Bu möcüzəvi praktika itirilmiş sağlamlığı geri qaytarır. Bir dəfə mən soyuqdəyməmi bir neçə dəfə soyuq duş almaqla müalicə etdim, o gündən ətrafımdakı hamıya bu haqda danışıram!

Bir qayda olaraq bu cür duş almağa başladıqdan sonra isə özümü daha yaxşı hissi etdim, infeksiyalara qarşı dözümlülüyüm artdı, həmçinin dərəcədən asılılığım getdi, bədənin təbii termo requlyasiyası yarandı, qışda mənə soyuq olmurdu və mən yalın ayaqla çarıqlarda sərinlənirdim, yayda isə hər zamankı dəhşətli istini hiss etmirdim.

Texnikanı Kundalini yoqa ilə birlikdə həyata keçirmək əla olur. Mütləq yoxlayın! 3-4-5-ci qəbulda soyuq su hissi çox xoşagələn olur, isti su isə (artıü köhnə hesab edilən) əvvəlki kimi xoş hiss bəxş etmir.

Çox "ağrılı" olmaması üçün kontrast duşla başlamaq olar. Bizim qədim İşnan hidroterapiyasından dəqiq göstərişlərimiz var və ona əməl etməyə çalışırıq.

Sizi hansı sualların narahat etdiyini və növbəti sağlamlıq məqalələrimizdə hansı mövzular haqqında oxumağın sizə maraqlı olacağınız bilmək istərdim! Hamıya Namaskar!

Nə oxumaq?

Ağıllı qidalanma sağlamlığa gedən yoldur. Mən artıq sizə Zeland və Sarnonun "Canlı mətbəx"i oxumağı məsləhət görmüşdüm. Bu mövzu ilə tanışlığı davam etdirmək üçün bir neçə kitab daha oxumaq olar (bütün kitabları internetdə tapa bilərsiniz).

Mənim sevimlilərim:

  • Arnold Eret "Qidalanmasız pəhrizin müalicəvi gücü"
  • Kolin Kempbell "Çin əməyi"
  • Frederik Patenod "Çiy yeməyin sirrləri"
  • Stoleşnikov A.P. "Həyata necə qayıtmaq"
  • Casmuxin "Allahların yeməyi"
Baku Afisha məsləhət görür: Yaxşılıq edək

Baku Afisha məsləhət görür: Yaxşılıq edək

Baku Afisha məsləhət görür: Yanğın zamanı davranış qaydaları

Baku Afisha məsləhət görür: Yanğın zamanı davranış qaydaları

Növbəti paylaşım
Top