08.01.18

Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

İnsanlar, İlham, Sağlam həyat
Sabina Şahi: Zövqlərimizdə şüurlu olmaq

Foto: Timur Nəcəfov

Sabina Şahi – yoqa məşğələləri üçün Yoga Shahinin yaradıcısı – Baku Afisha oxuyucuları ilə düzgün qidalanma haqqında faydalı məsləhətlər paylaşmağa qərar verdi. Bu gün o şüurlu və təmiz qidalanmaya necə gəlməsi haqqında danışacaq:

İndi hər yerdə SHT (sağlam həyat tərzi) və keyfiyyətlu DQ (düzgün qidalanma) haqqında olduqca çox məlumat var. Nə edək, necə edək və ya ümumiyyətlə edək mi? 

Bu gün şüurluluga gedən yolda ilk addımlar (böyük yemək dünyasında necə azadlıq qazanmaq), lazımsız etiketlər (#axısənveqansan) və məişət məcburiyyəti (MƏN ETMƏLİYƏM), sadəcə VAR OLMAQ həzzi və dünya həzzləri arasında ən sadə qaynaq – YEMƏK haqqında danışacağıq.

Ondan başlayım ki, sizlərdən heç kimə NECƏ ETMƏK LAZIM olduğunu öyrətməyə hazırlaşmıram. Orqanizmdə olan kimyəvi proseslər və ya mikroelementlər haqqında ağıllı söhbətlər də gözləməyin. Sadə yoqa təcrübəsi mənə hər şeyə bir az qeyri-ciddi yanaşmağı, ancaq detallara diqqət etməyi öyrətdi.

İlk öncə, ŞƏXSİ təcrübəmi paylaşmaq istəyirəm. Və məcburi mənəviyyatı. Ancaq yadda saxlayın – həm təcrübə, həm də mənəviyyat yalnız SİZƏ aiddir və sonsuz parlaq YEMƏK dünyasına artıq çox gəzilmiş yolla (BELƏ LAZIMDIR) və ya öz cığırınızla (MƏN KƏŞF EDƏCƏM) gedəcəyinizi də SİZ seçirsiniz.

Şəxsi təcrübəmi və məcburi mənəviyyatı paylaşmaq istəyirəm

Mini-lüğət: Şüurlu var olma – özümüz və başqalarıyla bağlı bütün faydalı işlərin tamamlanmasını, həmçinin vegeterianlığı, veqanlığı, yoqanı və digər faydalı fiziki aktivlikləri mən bu terminlə adlandırıram.

Artıq mənim bu "şüurlu var olmada" mutasiyamın necə meydana gəldiyini xatırlamıram. Hesab edirəm ki, bu, əla bir işarədir: hər şeyin harmonik və müqavimətsiz olması deməkdir.

Yadımdadır, quş qripi yayıldığı zamanlarda birdən-birə toyuqdan imtina etdim. Daha sonra anladım ki, qırmızı ətdən artıq bezmişəm – sadəcə bezmişəm, bu qədər! Bu vaxtlar mən artıq yoqa ilə məşğul olurdum, ancaq tələbə kimi. İlk dərslərdən beynimdə bir sətir yanıb-sönməyə başladı: "nə isə dəyişmək lazımdır, bu ki çox maraqlıdır!".

İş orasındadır ki, mən də bir çoxları kimi heç bir səbəbsiz özümdən və öz həyatımdan razı deyildim. Günlər, həftələr, illər keçirdi və hər gün heç bir hərəkətsiz milyonlarca fikirlər olurdu. İndi isə mən beynimdə "özümə aid olmayan" fikirlər oxuyurdum: "Dünya necə gözəldir, insanlar mərhəmətlidir, planetdə nə gözəl şeylər baş verir, bu gün bir dənə də olsun siqaret çəkməyəcəm, görəsən bir az ac qalsam nə olar" – və bir çox bunlara bənzər fikirlər.

Mən heç bir səbəb olmadan özümdən razı deyildim

Əvvəlcə, bunu dilə gətirməyə belə çəkinirdim. Ancaq xoşbəxtliyi gizlətmək olmur – mən emosional olaraq çiçək açırdım! Bu bənd çox vacibdir: əgər sən məyussan və boş yerə öz təbiətinə qarşı gəlməyə çalışırsansa, onda yeməklə də heç nə alınmayacaq.

Özümə qadağa qoymadan və şüurlu bir şəkildə bir il ətsiz qaldıqdan sonra artıq qəbul etdiyim qidaların balansına diqqət etməliydim. Hər yerdə və hər şeydə mən öz hisslərimə inanmağa başladım. Bu bir uşağın ilk addımlarına bənzəyirdi – özünə əmin olmursan, çünki hər zaman adət etdiyin qaydalara qarşı gedirsən, daha sonralar mənim həyatımda daha aydın və hiss olunan "möcüzələr" baş verdi.

Təmiz sabit analizlərdən zövq hissinə və reallıqda uçuşadək – hər şey deyirdi: sən doğru yoldasan. Hər şeyi doğru etdiyim haqqında fikirlər məni tərk etmirdi.

Sonra mənə yoqa instruktorluğunu öyrənmək üçün təklif gəldi və mən bunu böyük sevinclə qəbul etdim. Dərslərdən başqa müəllim mənə etiketlərdən uzaqlaşmağı (#axısənyoqsan, #axısənveqansan), öz imkanlarımı və arzularımı qəbul etməyi, stereotiplərdən, adət olunmuş fikirlərdən imtina edərək onları izləməyi öyrətdi.

Ona görə də mən artıq öz fikirlərimi durmadan irəli sürməkdən əl çəkdim və qidalanma pilləsində yeganə yolu təşviq etməyə başladım. Əgər siz ŞÜURLULUQ VƏ TƏMİZ QİDALANMA yolunda gedirsinizsə, sizə də eynisini məsləhət görürəm – çox sıx yemək haqqında mübahisələrlə rastlaşıram və artıq mənə elə gəlir ki, başqalarının NƏ YEDİYİ çox maraqlandırır.

Müəllimim məni etiketlərdən uzaqlaşmağa yönəldirdi

Ən qaynar mübahisələr böyük skandallarla adətən vegeterianlıq və ət yemək arasında baş verir. Mübahisələrə sərf olunan vaxtı bu mövzunun dərin araşdırmasına həsr etmək lazımdır, məsələn, dünyada baş verənlərə qarşı çəhrayı gözlüyünüzü çıxarmaq üçün "Dünyalı" filmini izləyin və ya orqanizmin birdən-birə niyə süddən imtina etdiyini öyrənmək üçün "Çin əməyi"ni oxuyun.

Budur əzizlərim və dəyərlilərim, yoqanın və vegeterianlığın faydaları haqqında mən günlərlə danışa bilərəm, ancaq sizi yormaq istəmirəm, bir dəfə görməyi və eşitməyi təklif edirəm!

Xüsusilə sizin üçün mən son günlərdə mənim çox bəyəndiyim və ilk başlardan məni yönəldən film və kitablardan ibarət bir siyahı hazırlamışam:

  • NƏ İZLƏMƏK:

Dünyalı

Sülh savaşçısı

Dünya insanı

Sansara

Key-paks planeti

Sirr 1 və 2: dovşan çuxuru

  • NƏ OXUMAQ:

“Ruh gücü haqqında 50 möhtəşəm kitab" - Tom Batler-Boudon (oxumaq barədə qərar verəcək qısa hekayələr toplusu)

"Yeni dünya" - Ekhart Tolle

"Şüurun qüvvəsi" - Co Dispenza

"Canlı mətbəx" - Zeland, Sarno

5-6-7 yanvar üçün 7 məşğuliyyət

5-6-7 yanvar üçün 7 məşğuliyyət

Hamı rəqs edir: Bakıda harada və necə oynamalı

Hamı rəqs edir: Bakıda harada və necə oynamalı

Növbəti paylaşım
Top