28.11.17

Soyuq axşamlar üçün 5 kitab

İlham
Soyuq axşamlar üçün 5 kitab

Soyuqların gəlişi ilə rahat və xoş kitab oxumalar istəyirik - çox çətin, uzun olmayan və ilham verən. Baku Afisha xüsusilə ədyala bürünüb, bir neçə saatını xəyali qəhrəmanların əhatəsində keçirmək istəyənlər üçün 5 kitabdan ibarət siyahı hazırlayıb:

  • Böyürtkən şərabı // Coan Harris

Kim oxumalıdır: rahatlıq və ilham axtaranlar

Uşaqlıq, xatirələr və səhflərin düzəlməsi haqqında sehrli, isti və bir qədər də sərxoş bir roman. Bu kitab şəraba bənzəyir. Oxuyucuya sirrlərini o dəqiqə deyil, yudum-yudum, yavaş-yavaş açır. Heyran qoyur və özünə aşiq edir. 

  • Sarıköynək quşu// Donna Tartt

Kim oxumalıdır: Kəskin süjet və incəsənət sevənlər

Sarıköynək quşu - dərinliklərə aparan bir romandır. Dərin nəfəs alın və Fabritsusun əllərində oğranmış rəsmlə yetim qalan Teo adlı oğlanın böyümə hekayəsinin dərinliklərinə gedin. Onun bütün həyatı rəsm və orada çəkilmiş quşla bağlı olur. Gözəllik, incəsənət, bir-birini əvəz edən şəhərlər və sualtı daşlar - bütün bunlar oxuyucuları müəllifə Pulitzer mükafatı gətirən ağır, eyni zamanda həyəcanlı romanın səhifələrində gözləyir.

  • Qarpız şəkərində // Riçard Brotiqan

Kim oxumalıdır: məntiqin olmamasına diqqət etməyən cəsurlar

Mister Brotiqan oxuyuculara öz romanında ifadələrdən və yarımçıq cümlələrdən ibarət çox şirin siropun dərinliklərinə yüklənməyi təklif edir. İncəsənətdə və ədəbiyyatda sürrealizmi sevirsiniz? Onda bu kitab sizlikdir. Hər cümləni yavaş-yavaş oxuyun, hər bir ifadədən zövq alın və təsəvvürünüzdə əlvan natürmortlar çəkin.

  • Küçə pişiyi Bob // Ceyms Bouen

Kim oxumalıdır: pişik sevənlər və pessimistlər, dəyişmək istəyənlər

Bu hekayədə iki baş qəhrəman var - küçə musiqiçisi Ceyms Bouen və narıncı Bob - london küçə pişiyi. İkisi də evsiz və tək idilər, bir gün bir-birini tapana qədər. Bu möcüzəvi, isti kitab oxuyucuya yaxşı əhval və möcüzələrə inam bəxş edir və pişik sevənlər üçün əla Yeni il hədiyyəsi ola bilər.

  • Rey Bredber // Xoşbəxtlik mexanizmi

Kim oxumalıdır: ruhiyyə çatışmayanlar

Soyuq havalarda Bredberi kitablarsız olmaz. Bredberisiz payız - yulaflı peçenyesiz kakao kimidir. Dadlıdır, ancaq nə isə çatışmır. Bu kitabdaki hər bir hekayə istilik, parlaq günəş şüaları və xoşbəxtliklə doludur. 

23-24-25-26 noyabr üçün 10 məşğuliyyət

23-24-25-26 noyabr üçün 10 məşğuliyyət

Do you speak English: Sözləri necə öyrənmək olar?

Do you speak English: Sözləri necə öyrənmək olar?

Növbəti paylaşım
Top