27.12.17

Yeni il əhvalı üçün 5 film

Ast&Musiqi, İlham
Yeni il əhvalı üçün 5 film

Yeni il əhvalı yaratmaq və onu bayrama qədər qoruyub saxlamaq üçün  "Evdə tək" filminin 100-cü yubileyini izləmək kifayət etməyə bilər. Baku Afisha sizə sehrli bir əhval bəxş edəcək və bayram həftə sonlarına rəng qatacaq bir siyahı hazırlayıb:

  • Sehrbazlar

Struqatskiy qardaşlarının nağılı əsasında baş rolda Aleksandr Abdulovun oynadığı iki seriyalı sovet komediyası məşhurluqda "Taleyin istehzası" qədər olmasa da, yeni il tətillərinin ayrılmaz hissəsidir. "Sehrbazlar" həm müzikal, həm komediya, həm də möcüzəyə və sehrə inam haqqında nağıldır - ailənizlə baxmaq üçün idealdır.

  • Əsl sevgi

İngilislər nəyi daha çox sevir? "Bridcit Consun gündəliyi"? Əlbəttə ki, "Əsl sevgi"ni! Filmdə bizi baş nazirdən rok ulduzlara, aşiq olmuş məktəbliyə kimi tamamilə fərqli personajlarla tanış edəcək və onların hər birinin hekayəsini bayram ərəfəsində bir araya gətirəcəklər. Bu filmi əsl yeni il klassikasına çevirən təkcə süjeti deyil, həm də ulduz aktyorlardır: Alan Rikman, Kolin Fert, Hyu Qrant, Kira Naytli, Emma Tompson, Liam Nison, Martin Frimen, Rouen Atkinson və Klaudiya Şiffer. Və əlbəttə ki, saundtrekdə The Beach Boysdan God Only Knows.

  • Qıvrımsaç Syu

Yeni il bayramı ərəfəsində bu yalançı və onun balaca qıvrımsaç köməkçisi haqqında film əsl yerinə düşər. Onda sevgi və möcüzəyə inam var. İzlədiktən sonra isə yaxınları və doğmaları bərk qucaqlamaq istəyirsən.

  • Qremlinlər

Sevimli qremlinlər 80-ci illəri və Stiven Spilberqi sevən qatı kinomanlarda əsl nostalji  hissi yaradacaq. Filmin paradoksu - hətta ən qorxunc səhnədə belə sevimli, bayram əhvalını hiss etdirən və bununla bərabər adət etdiyimiz Santa Klaus və maral atributlarına qaçmayan mövzunun olmasıdır.

  • Yerləri dəyişmək

Əminik, siz bu filmi ilk kadrdan xatırlayacaqsınız: Milad, Nyu-york və bir saat içində evsiz birindən milyonerə çevrilən Eddi Mörfi. Bu film əslində "Şahzadə və kasıb" haqqında klassik bir hekayədən danışır, ancaq bunu çox maraqlı və yumorla edir. Bu yeni il filmini izlədikdən sonra yaxşı əhvalın zəmanəti sizdə olacaq.

Yeni il hədiyyələrini bağlamaq üçün 7 ideya

Yeni il hədiyyələrini bağlamaq üçün 7 ideya

22-23-24 dekabr üçün 10 məşğuliyyət

22-23-24 dekabr üçün 10 məşğuliyyət

Növbəti paylaşım
Top