05.02.18

Qış, soyuq: 5 ətir

İnsanlar, İlham
Qış, soyuq: 5 ətir

Yaza çox az qalıb, ancaq kəskin şaxta hələ də özünü hər gün xatırladır! Bloqer Random Choicez xüsusilə Baku Afisha üçün yazın gəlişini daha ətirli edəcək beş parfüm seçdi:

Əgər ən isti geyim belə istilədir, ancaq əhvalı artırmırsa, vanilli, ballı, karamelli və ənbərli ətirlərlə eksperiment aparmaq olar. İlin soyuq günlərində yayı xatırladacaq və hava temperaturuna uyğun olan 5 ətir seçdim:

  • Velvet Haze, Byredo – İsveç markası Byredo soyuqları yaxşı tanıyır: özünəməxsus xarakterli ətirlər yaradır və onları skandinav-sayağı flakonlara yerləşdirirlər. Velvet Haze tərkibindəki kokos suyu notları, kompozisiya başlanğıcında ambretta və kakao akkordları sayəsində isti ölkələr və okean sahilində fevral istirahətini xatırladır.
  • Soir du Lune, Sisley – bir çox qış keçirmiş Sisley bu siyahıya təsadüfən düşməyib. 2006-cı ildən o bizi heyran edir və istiləşdirir.  Onun tərkibində bal notları var və buna çox az ətirdə rast gəlirik. Səndəl ağacı, paçuli və mimoza ilə birləşmiş əsl qış və nağıllardakı kimi bir hekayə alınır.
  • Twilly d’Hermes, Hermes – 2017-ci ildə buraxılan bu ətir bizi əlvan tvillilərə haqqında "Necə taxmağın 10 üsulu" kitablarının yazıldığı kiçik şərflərə aparır. Başlıqdakı zəncəfil akkordu yavaşca açılır, bayram çaylarını və qlintveynləri xatırladır, sonra isə yerini tuberoza və səndələ verir. 
  • Fucking Fabulous, Tom Ford – bax burda sözlərlə görülən işlər bir-birindən heç ayrılmır, parfümün tam da adlandığı kimi ətiri var. Qısa və etika çərçivəsində desək, çox yaxşı. Bu isə onun tərkibindəki vanil, acı badam və irisin isti notları sayəsindədir.
  • Vanille Insensée, Atelier Cologne – öz ətirləri üçün "xammalı" Atelier bütün dünyadan gətirir. Kiçik bir şüşədə Rusiyadan olan keşniş, İtaliyadan sidr, Misirdən yasəmən, Haitidən vetiver, təbii ki, Madagaskar vanili və İngiltərədən palıd ağacı birləşir. Ətiri heç də narahat olmadan iki nəfər istifadə edə bilər və əgər hansısa bir ətirin istifadəsində sirrli kod varsa, yoxlayın!
2-3-4 fevral üçün 8 məşğuliyyət

2-3-4 fevral üçün 8 məşğuliyyət

Sosioloqla film: Özün ilə söhbət

Sosioloqla film: Özün ilə söhbət

Növbəti paylaşım
Top