24.01.18

Qış üçün 5 qulluq vasitəsi

İnsanlar, İlham, Sağlam həyat
Qış üçün 5 qulluq vasitəsi

Soyuq vaxtlarda dəriyə, saça və dırnaqlara biraz daha çox sevgi lazımdır. Bloqer Random Choicez xüsusilə Baku Afisha üçün həyatımızı yüngülləşdirəcək beş qulluq vasitəsindən ibarət siyahı hazırlayıb:

Qış dəri üçün ən çətin zamanlardandır: soyuq, şaxta, nəm və Bakı küləyi. Öz şansınızı və dərinizin dözümünü ölçməmək üçün kritik hava şərtlərini keçirmək və yenilənmiş olmasa da əziyyət görməmiş bir şəkildə yeni sezona başlamağınıza kömək edəcək qulluq vasitələri var.

  • Energetik essensiyalar yəni busterlər

Vitaminli kokteyllər sizə yayı xatırlatsa da, qışda dərinizin onlara daha çox ehtiyacı var. O sizə çox nadir hallarda yeməkdən tam ala biləcəyiniz bir porsiya vitamin üçün çox sağol deyəcək.

Mikroelementlərin həm sağlamlıq, həm də dəri üçün kifayət etdiyi bir zamanda qəlyanaltılar və düşüncəli qidalanma dövrü deyildir. Onları kremlə qarışdırmaq, ya da səhər və ya axşam kremin altından vurmaq olar.

Serumlar və busterlər özünə qulluq proqramlarının sadəcə bir hissəsidir. "Əgər ayrıca istifadə etsək nə effekt verər?" sualına cavab olaraq düzünü deməliyik ki: "demək olar ki, heç nə!". Möcüzə gözləməyin - özünə qulluq proqramını sistematik və düşünülmüş bir şəkildə qurun və nəticəni yaxın zamanda görəcəksiniz.

  • Dodaq balzamları

Dodaq balzamı hər bir qızın hələ məktəb vaxtından tanıdığı (dodaq boyası yerinə "gigiyenik" balzamlardan istifadə edənlər) elementar bir vasitə olsa da onun haqqında hələ də unudanlar və sual verənlər var: "dodaqlarımız quruyur və çartlayır, nə edək?". Cavab sadədir: içində yüksək faizli şi yağı, kokos, bal və ya hamısı bir yerdə olan gigiyenik balzamlardan istifadə edin.

  • Qidalandırıcı gecə maskaları

Əgər yayda biz nəmləndirmə haqqında danışırdıqsa, indi isə qidalandırmadan danışırıq. Tez bir zamanda effekt almaq üçün maskalardan istifadə edin - 2017-ci il nəticələrinə görə məhz onlar byuti-trend oldular. Niyə? Çünki effekt o dəqiqə görsənir. Maskalardan həddindən artıq istifadə etmək olmaz, onları krem yerinə istifadə etmək - düzgün deyil, ancaq gözəl oyanmaq üçün həftədə bir neçə dəfə etmək sizin ən təbii haqqınızdır.

  • Dəri, bədən və saç yağları

Əslində yağlar - byuti dünyasında kiçik addımlarla irəliləyən bir vasitədir. Yağların istifadəsi çox asandır və hər şeyə uyğundur - saç, bədən və üz dərisi üçün. Önəmli bir funksiyanı yerinə yetirir - nəmləndirir və yumşaldırlar, öz teksturası sayəsində isə bir çox qızlara qışı xatırladırlar. Bu da heç pis bir əlamət deyil. Qışda başlayın, kremlərin altından istifadə edin və yumşaqlıq və parlaqlıqdan həzz alın.

  • Bədən və üz balzamları

Qışda bədənə qulluğu unutmaq olmaz: əgər onlar şaxtanın aqressiv təsirinə məruz qalmırsa, bu o demək deyil ki, hər şey yaxşıdır. Balzamları və zəngin teksturaları heç olmasa gündə bir dəfə duşdan sonra istifadə edin, losyon və südləri isə yaza qədər saxlayın.

Necə qurulub: Çörəkçi

Necə qurulub: Çörəkçi

Bakıda səhər yeməkləri

Bakıda səhər yeməkləri

Növbəti paylaşım
Top