03.04.19

Bakıda 10 yeni məkan

Məkanlar, Qida, İlham
Bakıda 10 yeni məkan

İllüstrasiya: Priya Sundram

Bakıda demək olar ki, hər gün yeni qəhvə məkanları, restoranlar və mağazalar açılır. Baku Afisha sizin üçün mütləq gedilməli ən dadlı və maraqlı məkanların siyahısını hazırlayıb:

Nugasfries

  • Ünvan: Yusif Məmmədəliyev küç.13

Kartof fri dünyada böyük məşhurluq qazanır. Xüsusilə də əgər kartof təzəlikcə yığılıbsa və təzədirsə. Çünki bu çox dadlı bir yeməkdir. Ancaq buna baxmayaraq hamını razı salmaq çətindir: axı kimsə incə olanlarını sevir, kimsə qalın dilimlərə və ya xırçıldayana üstünlük verir. Nugasfries-da bu yeməyin hansı növünün və dadının sizə uyğun olduğunu yaxşı bilirlər. 

Safabaku

  • Ünvan: Üzeyir Hacıbəyli küç.26D

"Safabaku" menyusunda zəngin nahar və ya ayaqüstü qəhvə fasiləsi üçün hərşey tapmaq olar: doyumlu ət yeməkləri, müxtəlif içlikli sendviçlər, klassik salatlar. Üstəlik burada təzə giləmeyvə, şokolad və karamelli şirniyyatlar da hazırlayırlar.

Tavadabaku

  • Ünvan: Mərdanov qardaşları küç.

“Tavada” restoranının konsepsiyası unikaldır, çünki özündə azərbaycan, türk və dünya mətbəxlərini birləşdirir. "Tavadabaku" bütün doğma və yaxınlarınıza məsləhət görəcəyiniz və dəfələrlə qayıtmaq istəyəcəyiniz qonaqpərvər bir ev kimidir. Dadlı yeməkdən əlavə, restoran komandasının xidməti də bunda böyük rol oynayır, buraya səhər yeməyi, nahar, şam yeməyi və ya sadəcə bir stəkan qəhvəyə gəlməklə buna əmin ola bilərsiniz.

Caffetteriabaku

  • Ünvan: Asəf Zeynallı küç.24

Son zamanlar qəhvə dalğası böyüyüb və Bakını da bürüyüb. "Caffetteriabaku" yeni açılsa da ləziz desertləri və baristaların hazırladıqları ətirli və gümrahlandırıcı içkiləri artıq çoxları tərəfindən sevilir. Ruhunuz espresso tələb edir? Düşünmədən "Caffetteriabaku"ya üz tutun.

Məhəlləmiz

  • Ünvan: Asəf Zeynallı küç.65

Əlvan divarlar və süfrələr, divarlarda nərdlər - Məhəlləmizdə sizi ev yeməkləri və ailə reseptlərilə hazırlanmış ləzzətli milli yeməklərlə doyuracaqlar. 

Manipura Ethic Local Food

  • Ünvan: İçərişəhər, Qəsir küç.4

Sizə sevindirici xəbəri verməyə tələsirik. Çoxlarınızın sevdiyi "Manipura" yenidən paytaxtın mərkəzində açıldı. “Manipura"da yeməklər həm alternativ ləzzət çalarları, həm də rəngarəng palitraları ilə heyran qoyur. Burada süni əlavələrdən, mass-market məhsullarından, rafinə edilmiş və işlənmiş məhsullardan istifadə etmirlər.

Sorokabaku

  • Ünvan: Lev Tolstoy küç.172

Soroka hər zaman vintajla maraqlanır və maraqlı şeylər tapmağı bacarırdı. İndi o tarixi olan bu əşyaları Bakıya, rahat köşəyə gətirir. Əgər siz də keçmişin əşyalarına laqeyd deyilsinizsə, onda "Sorokabaku"ya baş çəkin. Orada siz mütləq ürəyinizə yatan birşey tapacaqsınız.

Merano Baku

  • Ünvan: Müzəffər Nərimanov küç.2048

"Merano" - istehsalçı qiymətinə təzə və keyfiyyətli məhsullar ala biləcəyiniz yerli multibrend onlayn mağazadır. Bir neçə kliklə siz bütün şəhər mağazalarını gəzərək axtardığınız məhsulları tapa bilərsiniz.

Tezal.az

  • Sifariş üçün nömrə: (+99460) 299 63 30

Buxarlı süd, təbii bal, kənd toyuqları və şirin kompotları artıq Tezal.az saytında onlayn ala bilərsiniz. Poçt ünvanınızı, mobil nömrənizi yazın - bir neçə kliklə məhsulları evə sifariş edin. Bir neçə saat - və qapınızın önündə sizi ən təzə fermer məhsullarının olduğu qutu gözləyəcək.

Barista Shop Baku

  • Sifariş üçün nömrə: (+99450) 499 91 41

"Barista Shop Baku"da siz ideal qəhvə hazırlanmasını asanlaşdıracq bütün barista aksesuarlarını tapa bilərsiniz. Puş-temperlər, nok-bokslar, pitçerlər və daha nələr.


Dinlə: Bakıda 6 alternativ ifaçı

Dinlə: Bakıda 6 alternativ ifaçı

Oxşar paylaşımlar

Top