#SUMMER
07.03.18

Uzun həftə sonları üçün 10 məşğuliyyət

Afişa, Məkanlar
Uzun həftə sonları üçün 10 məşğuliyyət

Belə bir xalq inancı var: əgər cümə axşamı istirahət olursa, cümə günü heç kim işləmir! Baku Afisha sizin üçün bu uzun istirahət günlərində ən maraqlı hadisələri toplayıb:

Qadınlar gününü qeyd etmək:

Uzun istirahət günləri hamı üçün var, amma unutmayaq ki, ilk növbədə xanımlarımız var. Bu fürsətdən istifadə edib günlərinizi rəfiqələrlə, ailənizlə və ya özünüzlə baş-başa keçirməyi təklif edirik:

  • 8 martda bütün velosipedçiləri qadınlar gününə gözləyirlər. Qeydiyyat buradadır. 16 yaşdan yuxarı bütün xanımlar iştirak edə bilərlər, özünüzlə kaska götürməyi unutmayın. Əgər öz velosipediniz yoxdursa, bir saat öncədən gəlin.

Harada: Azneft meydanı

Nə vaxt: 8 mart, 12:00

Necə: Əlavə məlumat (994 51) 491 6778

Bütün həftə sonları Yoga Shahidə qadınlar üçün bir çox maraqlı şeylər olacaq:

  • 8-9 martda burada Moskvadan gələn 10 illik iş təcrübəsi olan xoreoqraf Lera Valium ilə Women Power Dance üzrə master-klass olacaq. Lera sizə qadınlığınızı oyadıb, diqqət mərkəzində olmağı öyrədəcək. Qeydiyyat burada.

Harada: Yoga Shahi, C.Cabbarlı küç.609, Globus Center, 13-cü mərtəbə, (994 70) 597 55 57

Nə vaxt: 8 mart 15:00 - 9 mart  20:30

Qiymət: 15 manat

  • İdeal qadın praktikasını - pilatesdən streçinqə, kundalini yoqadan sakral rəqslərə qədər 10 martda Yoga Shahi Studioda seçmək olar. Həmin gün 3 mühazirə də olacaq, ona görə də hazır olun, olduqca dolu bir gündür. Proqramla burada tanış olmaq olar. Rahat geyim götürməyi və öncədən burada qeydiyyatdan keçməyi unutmayın və çalışın gecikməyəsiniz.

Harada: Yoga Shahi, C.Cabbarlı küç.609, Globus Center, 13-cü mərtəbə, (994 70) 597 55 57

Nə vaxt: 10 mart, 10:30-16:30

Necə: Giriş qeydiyyatla sərbəstdir

Yeniliklər öyrənmək:

Uzun istirahət günləri yeni şeylər öyrənmək üçün də əla səbəbdir:

  • Görkəmli Azərbaycan qadınları - qorxusuz, güclü, zərif, əsl xanımlar haqqında daha çox öyrənmək istəyirsiniz? 10 martda Baku Sightseeing ilə birlikdə interaktiv Bakı turu zamanı onların həyatlarından ilham ala bilərsiniz. Siz 6 yer - muzeylər, teatrlar, tarixi binaları gəzəcəksiniz, əgər biliklərinizdən istifadə etsəniz, xüsusi hədiyyələr qazana bilərsiniz.

Harada: Azərbaycan Dövlət Kukla Teatrı (Bulvar)

Nə vaxt: 10 mart, 11:00

Necə: Biletləri Baku Sightseeing saytında və ya telefonla ala bilərsiniz

Qiymət: Bir nəfər üçün 10 manat

  • Java öyrənmək istəyən hər kəsi 10 martda STEP İT Acadamey-də gözləyirlər. Əgər bunun nə olduğunu bilirsinizsə, mütləq buradan qeydiyyatdan keçin. Yox əgər bilmirsiniz, ancaq çoxdan öyrənmək istəyirsinizsə, yenə də qeydiyyatdan keçin və STEP İT Academy-də "Proqram təminatının inkişafı" kafedrasının müəllimi Rüstəm Sultansoyla açıq dərsə gəlin.

Harada: STEP İT Academy, K.Rəhimov küç. 70

Nə vaxt: 10 mart, 19:00-21:00

Qiymət: Giriş qeydiyyatla sərbəstdir

  • Şəhərin mağazalarında arzularınızdakı korsetləri tapa bilmirsiniz? Dəb məktəbi M.Fashion Schoolun master-klassında öz əllərinizlə tikin. Usta Mənzər Zəkizadə başdan sona korset tikməyi sizə öyrədəcək və bütün materiallarla təmin edəcək. Qeydiyyat burada.

Harada: M.Fashion School, S.Vurğun küç. 34

Nə vaxt: 10 mart, 15:00

Qiymət: 60 manat

Musiqi dinləmək:

  • 8 martda bütün Bakı restoranlarından musiqi səsləri gələcək. Əgər siz hələ də hara gedəcəyinizi seçməmisinizsə, onda bizim "8 marta 8 məkan" materialımızı burada oxuyun.
  • 9 martda musiqili həftə sonları YARAT-da davam edir - burada nadir kontralto səs tembrli gənc müğənni Ləman Dadaşovanın konserti olacaq. O klassik Azərbaycan musiqilərinin kaver versiyalarını, caz janrında xarici mahnılar və Anar Yusifovun qrupunun müşaiyəti ilə pop oxuyacaq. Yerlər məhduddur, mütləq bu nömrələrdə qeydiyyatdan keçin: (994 12) 505 1414 (10:00-18:30).

Harada: YARAT, şose E119

Nə vaxt: 9 mart, 19:00

Necə: Giriş qeydiyyatla sərbəstdir

  • 9 martda bütün dünya djlər gününü qeyd edir, ona görə də tanıdığınız disk jokeylərini təbrik edin və Buddha Bara Ronfoller, Estgamin və Bunbeckin çıxışları ilə və ya Sintetikə Directe, Replicant, Ataev, Rufatın setləri ilə rəqs etməyə gedin.
  • Əgər muğam sevirsinizsə, onda Beşinci beynəlxalq  muğam festivalına getməlisiniz. 8-9-10-11 martda Beynəlxalq muğam mərkəzində və Milli Konservatoriyada (giriş sərbəstdir) Azərbaycanın ən yaxşı muğam ifaçıları çıxış edəcəklər. Biletləri onlayn və ya şəhərin kassalarından alın.

Nə vaxt: 8-11 mart

Sevdikləriniz (və özünüz) üçün hədiyyə almaq:

Düşünürsünüz ki, 8 mart təkcə hədiyyə demək deyil? Onda sevdikləriniz üçün heç bir səbəb olmadan hədiyyə alın:

  • 10-11 martda Bunker Artgroundda yerli dizayner və rəssamların yarmarkası keçiriləcək. Təşkilatçılar söz verir ki, 20-dən çox rəssam öz əlləri ilə hazırladıqları aksesuar, geyim, şəkil, print və stikerləri təqdim edəcəklər.

Harada: Bunker Artground, L.Tolstoy küç.13

Nə vaxt: 10-11 mart

  • Özünüzə və ya başqasına hədiyyə etmək istəyirsiniz? Alt geyim dəsti sifariş edin, həm də yerli istehsala dəstək olun - ətraflı məlumat burada.

Gümrahlanmaq:

  • Yaz gəlir, yaza yol açın! Baku Afisha burada yuxudan necə oyanmağ artıq yazdı və burada da evimizi necə dəyişməkdən danışdı. Sizə isə yalnız dostlarla gəzib, yazdan həzz almaq qalır. Dostlarınızla və rəfiqələrinizlə səhər yeməyinə getməyi tövsiyə edirik, biz isə burada ən dadlı səhər yeməklərinin harada verildiyini deyəcəyik.
Qadınlar günü: 8 mart üçün 8 məkan

Qadınlar günü: 8 mart üçün 8 məkan

Azərbaycanda feminizm varmı?

Azərbaycanda feminizm varmı?

Növbəti paylaşım
Top