02.05.19

3-4-5 may üçün 10 məşğuliyyət

Afişa
3-4-5 may üçün 10 məşğuliyyət

İllüstrasiya: Mark Conlan

Baku Afisha redaksiyası bu vikend nə edəcəyinizi dəqiq bilir:

  • Harada: Sintetik
  • Nə vaxt: 3 may
  • Necə: Girişdə qiymət - 5 manat

Demək olar ki, üç il ərzində qaranlıq zirzəmi Sintetik Bakı andeqraund elektron musiqisi evi oldu. Burada çıxış edən hər bir master və cəsur istedad gənc nəslin düşüncəsini və ruhunu dəyişdi. Sintetik zirzəmi ilə vidalaşır və irəli davam edir. Son dəfə bu meydança ilə görüşək. 

Özünüzə və yaxınlarınıza "Mavi Ayın" tam ortasında unudulmaz anlar hədiyyə edin. Şənbə axşamı Seymur Əliyevin canlı çıxışı ilə siz sehrli abhavaya qərq olacaqsınız.

Bilmək istəyirsiniz rəqs necə sizin həyatınızı dəyişə bilər və sağlamlığa necə təsir edir? Bütün bunlar haqqında cümə günü şəhərin ən yaxşı müəllimlərindən biri ilə danışmaq olar. 

Bu yaxınlarda YARAT Teatr Klubu özünü səhnədə yoxlamaq istəyən uşaqlar üçün də əlçatan oldu. İki ay ərzində gənc aktyorlar hazırlaşdılar ki şənbə günü "Prometey - mənim dostum" adlı tamaşa ilə çıxış etsinlər.


  • Harada: Hola Baku
  • Nə vaxt: 3 may
  • Necə: Giriş sərbəstdir

Hola Bakuda masa sifariş edin və ağır iş günündən sonra dadlı ispan mətbəxi, həmçinin Albinanın canlı musiqisindən həzz alın. 

Cümə günü andeqraund bar Le Chateau Music Bar meydançasında NOİR qrupu çıxış edəcək. Şənbə axşamı isə N'Surreal Band ilə baş döndürən musiqi və rəqs dünyasına düşəcəksiniz.

Fank, caz və məkan atmosferinin qarışımı birbaşa rəqslərlə əlaqəlidir. Etud Café & Bar hərkəsi "fank" tərzdə rəqs etməyə dəvət edir, çünki onlar musiqi ənənələrinə sadiqdirlər! Bütün axşam DJ Killa Jazz və Slim Skillz çıxış edəcəklər.

Bütün dünyada keçirilən K-pop festivalı artıq 6-cı dəfə Bakıda keçiriləcək. Cənubi Koreyada yaranmış musiqi janrı özündə qərb elektropopu, hip-hop, rəqs musiqisi və müasir ritm-n-bluz elementlərini birləşdirir. İlk zamanlar musiqi janrı kimi yaranmış K-pop dünyada milyonlarla fanatı olan böyük bir musiqi mədəniyyətinə çevrildi.

  • Harada: Bayraq Meydanı
  • Nə vaxt: 5 may
  • Necə: Bir nəfər üçün qiymət - 20 manat

Bazar günü Bakı marafonu keçiriləcək və məqsəd idman inkişafı, sağlam həyat tərzini dəstəkləmək və insanları xeyirxah işlər ətrafında toplamaqdır. "Külək üzərində qələbə" şüarı ilə təşkil olunmuş Bakı marafonu artıq 4-cü ildir keçirilir və 21 kilometri əhatə edəcək. Marafona biletləri buradan almaq olar.

  • Harada: ZION Hostel
  • Nə vaxt: 5 may
  • Necə: Girişdə qiymət - 5 manat

Yaz öz qaydası ilə davam edir, bu da o deməkdir ki, ZİON hostelin damı tədbirlərlə sevindirəcək. Artıq bu bazar günü hərkəs gözəl havadan, içkilərdən və əlbəttə ki, Hazi Karim və SHARGİYYA musiqilərindən həzz ala bilər.

Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Qarderobumuzu/həyatımızı səliqəyə salırıq və ya Mari Kondo fəlsəfəsiı

Top