15.03.18

16-17-18 mart üçün 12 məşğuliyyət

Afişa
16-17-18 mart üçün 12 məşğuliyyət

Qabaqdan uzun həftə sonlarının gəlməsi həyatı daha da gözəl, daha əyləncəli edir! Baku Afisha bayram öncəsi həftə sonlarını keçirmək üçün 12 ideya toplayıb:

Yaza hazırlaşırıq:

  • Novruz bayramına öncədən hazırlaşmaq lazımdır - və sonuncu həftə sonları da tam buna uyğun gəlir. Qışdan sonra mənzilə fərahlıq verin, bayram xonçasının günəşi qoğalı Sahil restoranının baş aşpazı Simuzər Süleymanovanın resepti ilə hazırlayın - resept, və gəzməyə çıxın!
  • 17 martda tarixi-etnoqrafik "Qala" qoruğuna şəkərbura hazırlamağı öyrənməyə, yeni bayram mərasimləri öyrənmək və keçirməyə, "papaq atdı", "qapı pusdu", "fala baxma" kimi ənənələrin təqdimatına baxmağa gedirik. Günün musiqi müşayiəti muğam triosu olacaq.

Harada: "Qala" tarixi-etnoqrafik qoruğu 

Nə vaxt: 17 mart, 14:00

Qiymət: Bir nəfər üçün 10 manat

  • Həftə sonu tətillərdə incəsənətlə məşğul olmayıb, başqa nə vaxt olacağıq?  Bütün bayram günləri 15 martdan başlayaraq Port Baku Mallda sizi Artlab studio ilə birlikdə "Spring Art Classes" master-klassları gözləyir. Master-klasslar, tarixlər haqqında tam məlumat burada.

Harada: Port Baku Mall

Nə vaxt: 15 martdan 31 martadək

  • Uşaqları 17 martda USL Cluba yumurta bəzəməyə göndərin. Burada altı yaşdan yuxarı uşaqları gözləyirlər, öncədən qeydiyyat mütləqdir!

Harada: USL Club

Nə vaxt: 17 mart, 13:00

Necə: Telefonla qeydiyyat: (99451) 604 0008, (99412) 492 6718

Qiymət: 15 manat

İncəsənət və özünü tanımanı birləşdirmək istəyən qızlara SASHA SASHA Bureau-nun qurucusu, art-direktoru, illüstratoru Saşa Qodyaeva ilə master-klassa getməyi tövsiyə edirik. Siz şüurlu nəfəsi, Koreya enerji təcrübəsini tətbiq edəcək, həssaslığınızı inkişaf etdirəcək və mənəviyyatdan danışacaqsınız. Tədbir yalnız WoWoman və YARAT Friends üzvləri üçündür. WoWoman üzvü olmaq üçün buraya klikləyin.

Harada: YARAT Contemporary Art Space

Nə vaxt: 17 mart, 17:30-20:30

Necə: İştirak haqqında suallar - lamiya.k@wowoman.org; (994 50) 363 58 80

Hindistana səyahət:

  • 13 martdan 16 marta kimi Bakıya Amay ticarət mərkəzinə ənənəvi "Best of İndia" sərgisi gələcək. Bu il sərgidə nələr almaq olar: elektronika, velosiped, qida məhsulları, suvenirlər, əl işi əşyalar, tekstil, geyim, kosmetila, zərgərlik əşyaları və hətta dərmanlar. Keçən sərgidən sonra hind çayınız bitibsə, tələsin!

Harada: Amay TM, Nobel pr. 23

Nə vaxt: 15-16 mart, 10:00-dan 18:00-dək

Necə: Giriş sərbəstdir

Mədəni həftə sonları:

İşdən sonra sərgilərə getməyə vaxtınız olmur? Həftə sonları gedin:

  • 16 martda sizin ARTIM LAB 2017 proyekti çərçivəsində Buraxılış sərgisini görmək, rəssamlarla söhbət etmək və yaxşı musiqi dinləmək şansınız var.

Harada: ARTIM Proyekt Məkanı, İçərişəhər, Böyük Qala küç. 30

Nə vaxt: 16 mart, 19:00

Necə: Giriş sərbəstdir

  • 10 martdan 8 aprelədək Kapelhausda alman rəssam Mişa Kuballın «Space – Speech – Speed» quraşdırmasını izləyərək meditasiya edə bilərsiniz.

Harada: Kapelhaus, 28 May küç. 35

Nə vaxt: 8 aprelədək, şənbə və bazar 14:00-dan 20:00-dək

Necə: Giriş sərbəstdir

  • Əgər siz hələ də baş döndürən "Vertigo" səs quraşdırmasında olmamısınızsa 31 martadək zamanınız var. Nə gözləmək olar: dəyişdirilmiş şüur, emosional sərxoşluq  və eyforiya, güclü hisslər və nəzarətsiz həyəcan.

Harada: Şirvanşahlar Sarayı

Nə vaxt: 31 martadək, bazar ertəsi-bazar, 10:00-dan 18:00-dək

Necə: Biletləri sarayın kassasından almaq olar

Musiqi dinləyirik:

  • 16 mart görkəmli musiqiçi Vaqif Mustafazadənin doğum günündə Bakı musiqi akademiyasında caz-muğam yaradıcısının əsərini dinləməyə gəlin. Bundan əlavə konsertdə Mustafazadənin bütün əsərlərinin notları olan kitab təqdim olunacaq.

Harada: Bakı musiqi akademiyası, Ş.Bədəlbəyli küç. 98

Nə vaxt: 16 mart, 18:00

Necə: Giriş sərbəstdir

Patrikə salam göndəririk:

  • Əgər siz bütün bayramlara sevinirsinizsə, onda İrlandiya himayəçisi müqəddəs Patrikin ən yaşıl gününü də qeyd edirsiniz. Bakıda pivə alıb, The Dubliners və U2 mahnılarını həmfikirlərinizlə birlikdə Pivnaya Aptekada söyləyə, Enerji Club Bakuda isə - dərəcəni İrlandiya viskisi Jamesona qədər qaldıra bilərsiniz.
2018 yazın 6 trendi

2018 yazın 6 trendi

Bələdçi: Bakıda 10 oteldə səhər yeməyi

Bələdçi: Bakıda 10 oteldə səhər yeməyi

Növbəti paylaşım
Top