09.05.19

9-10-11-12 may üçün 12 məşğuliyyət

Afişa
9-10-11-12 may üçün 12 məşğuliyyət

İllüstrasiya: Bett Norris

Hava yavaş-yavaş isinir, bu da o deməkdir ki, rahatlıqla həftə sonu planları qurmaq olar. Baku Afisha redaksiyası sizin üçün ən maraqlı vikend məşğuliyyətlərini toplayıb:

Meridian qrupunun ifasında rok-n-roll hitlərindən həzz almaq və paytaxtın ən müasir və əfsanəvi kafesində enerji almaq fürsətini qaçırmayın!

"Moon Blue" caz fanatlarını sevindirməyə dəvət edir. Bu axşam sizin müəllif kompozisiyalarını və məşhur kompozisiyaların improvizasiyalarını Elbey Mammedzade qrupunun ifasında dinləmək şansınız olacaq! Şənbə günü isə "Moon Blue" sizin üçün unudulmaz axşam hazırlayır, ona görə başqa iş planlamayın! İstedadlı pianoçu Afşin Əlizadə və gitaraçı Əli İbrahimzadə səhnədə çıxış edərkən, caz dueti gecəsində sizin əhval-ruhiyyənizi yüksəldəcəklər! 

  • Harada: Gazelli Cafe
  • Nə vaxt: 9 may
  • Necə: Bir nəfər üçün bayram şam yeməyi qiyməti - 50 manat

Dünya tarixi və Azərbaycan oğullarının bunda rolu ilə maraqlanan hamını Fuad Axundovdan maraqlı müəllif mühazirəsi gözləyir. İyirmi ildən çox zamanını Azərbaycan tarixini və onun seçilən sakinlərinin nailiyyətlərini öyrənməyə həsr edən insandan yeni maraqlı faktlar və hekayələr.

«Too Much Beer&Wine» Qələbə gününü əla musiqi, rəqs, əyləncə və əlbəttə ki, pozitiv və gülümsəmələrlə qeyd edir! Cümə axşamı günləri isə "Too Much Beer&Wine" romantik Bachateros və Salseros rəqsləri üçün məkana çevrilir! Əyləncə üçün çox yer olmur, ona görə də öncədən masa sifariş edin! 

  • Harada: Hola Baku
  • Nə vaxt: 10 may
  • Necə: Giriş sərbəstdir 

Bu cümə «Hola» hərkəsi məşhur, istedadlı və maraqlı Albinanı dinləməyə dəvət edir. Gəlin və həzz alın, həmçinin ləzzətli ispan və latın mətbəxini də dadın.

Havalar isinir, bu da o deməkdir ki, terrasda rəqslərin zamanı gəldi. Bu səbəblə də "Pasifico - Lounge & Dining" qətiyyətlə tövsiyə edir: güc toplayın, qış geyimlərinizi bir kənara qoyun, rəfiqələrinizi götürün və günəş doğuşunu storisə çəkin.

  • Harada: Madrid Bar
  • Nə vaxt: 11 may
  • Necə: Giriş sərbəstdir

Rəvayətə görə kiçik bir şəhər olub və hər şənbə günü o məğlub edilməz və qaçılmaz əyləncə istəyi ilə qarşılaşıb. Sakinlər çılğın əyləncə axtarışında bir klubdan başqa bir kluba qaçır, bu istəyi növbəti dəfəyə qədər keçirməyə çalışırdılar. Bu şənbə DJ AYZK, ESTGAMİN və ED bu şəhərə necə əylənməyi göstərəcəklər! Madrid barda onlara qoşulun, öz əyləncə əfsanənizi yazın.

Yoqa sinir sistemini bərpa edir, ürək ritmini normalaşdırır, əhvalı yaxşılaşdırır və bel və oynaq ağrılarından xilas edir. Üstəlik, arıqlamağa da kömək edir. Ona görə də hərkəsi Heydər Əliyev mərkəzi yanındakı yaşıllıqda açıq yoqa dərsinə dəvət edirik. Dərsi Svami Divyatec keçirəcək.

Azərbaycan Xalça Muzeyi "Bir eksponatın hekayəsi" layihəsi çərçivəsində sizi muzeyin kolleksiyasında olan "Bağ" qobelenin hekayəsində səyahəti tamamlamağa dəvət edir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalçaçılıq" kafedrasının professoru Tamilla Məmmədova ilə birlikdə səyahəti tamamlayın. 

  • Harada: L'Avenue
  • Nə vaxt: 11 may
  • Necə: Giriş sərbəstdir

Bu şənbə L'Avenue restoranı öz yay terrasını açır. Onun terrası - açıq havada istirahət üçün, gözəl mənzərəsi olan əla yerdir. Əlvan rənglər, yaşıllıq və dadlı yemək - isti yay axşamları üçün ideal plandır! Masanı əvvəlcədən sifariş etməyi məsləhət görürük.

  • Harada: EL PORTALON
  • Nə vaxt: 12 may
  • Necə: Giriş sərbəstdir 

Bazar günü "EL PORTALON" ənənəvi ispan Día de La Madre, Analar gününü qeyd edəcək! Bu da o deməkdir ki, anaları sevindirmək üçün bir səbəbimiz var, axı onlar büyün həyat boyu bizim qayğımızı çəkirlər. Bugün sizi və analarınızı xüsusi menyu, canlı musiqi və uşaqlar üçün əyləncə gözləyir.

Yalnız "Cello Cafe & Lounge"da ailəvi səhər yeməyi ənənəyə çevrilir. Siz səhər yeməyindən həzz alarkən, "Cello Cafe & Lounge" komandası uşaqlarınızı əyləndirəcək. Onlar üçün master-klasslar, kvestlər, sizin və uşağınızın istəyinə görə ekskursiyalar keçirəcəklər.

Baku Afisha məsləhət görür: Baku Food Festival müsabiqəsində iştirak etmək

Baku Afisha məsləhət görür: Baku Food Festival müsabiqəsində iştirak etmək

 İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

Növbəti paylaşım
Top