#AUTUMN
08.05.18

Təbii məhsulları olan 13 yer

Məkanlar, Qida
Təbii məhsulları olan 13 yer

İllüstrasiya: Scanner Photography By Ellen Hoverkamp

Təzə süd, qozlu pasta, qurudulmuş xurma, eko-çantalar və təbii kosmetika – Baku Afisha Bakıda təbii fermer məhsullarını haradan almaq haqqında danışır:

Bazarlar

Hər bir bakılı bilir ki – ən təzə qoyun əti və ya ağ pendir, pomidorlar, xırçıldayan xiyarlar, şirin kök və "Qızıl Əhməd" almaları üçün bazara getmək lazımdır. Biz artıq paytaxtın səs-küylü bazarları üzrə bələdçi hazırlamışıq, sizə sadəcə gün seçib, eko-bazarlıq etmək qalır.

Saf Qida

  • Harada: Şəmsi Bədəlbəyli küç. 96

Safqida-da hər zaman təzə süd, yağ və pendir, həmçinin bir çox növ yağ, cem və çay növləri var. Ancaq buraya məqsədli bir şəkildə qlütensiz şirniyyatlar üçün getmək lazımdır. Doyumlu bazar səhər yeməyi üçün lazım olan hər şeyi İnstagram səhifəsindən onlayn almaq olar – 25 manatdan yuxarı sifarişləri pulsuz çatdırırlar. Əgər almadan öncə məhsullara baxmaq istəyirsinizsə, konservatoriyanın yanında yerləşən Safqida mağazasına baş çəkin. 

Scanner Photography By Ellen Hoverkamp

Fermer İvanovka 

  • Harada: Təbriz küç., Naxçıvani küç.15

İvanovka - eyniadlı kənddən ən təzə məhsulları olan ənənəvi fermer mağazasıdır. Buraya ilk növbədə süd məhsulları - kəsmik, süzmə, brınza, ev leçosu və ballı biskvit üçün getməyə dəyər. Buraya mütləq Bakıya qonaq gələn dostlarınızı, xüsusilə də orqanik məhsulları sevənləri aparın.

DAF Orqanik

  • Harada: Mir Cəlal küç.72, Bolmart Supermarket

Zeytunlu, kətənli, küncütlü, zirəli, kokoslu, balqabalı, qozlu və üzüm tumlu - DAF Orqanik rəflərində təbii və faydalı yağlar, dadlı pastalar tapmaq olar. Həmçinin burada orqanik kosmetikalar, saç və bədən üçün vasitələr var. Bütün bunları Bakı Sirki yanındakı Bolmart supermarketində axtarın .

Orqanik yumurtalar

  • Çatdırılma nömrəsi: +994 55 380 04 61

Həftə sonu piroq bişirməyə hazırlaşırsınız, ancaq soyuducuda yumurta yoxdur? Vəziyyətdən asan çıxış yolunu yada salırıq - İnstagrama giririk və @orqanik_yumurtalar-dan təzə yumurta sifariş veririk. Ən qısa müddətdə sizə Siyəzən quş fermasından əsl kənd yumurtaları gətirəcəklər. Əgər üç düjün yumurta sifariş etsəniz şəhər üzrə çatdırılma pulsuz olacaq. 

Scanner Photography By Ellen Hoverkamp

Balkhoorma

  • Harada: Bizim market, Bolmart, Favorit market, Port Bazar

Şirniyyatsız bir gün də yaşaya bilmirsiniz? Mütləq dadlı və faydalı desert – Balkhoorma-nın dadına baxın! Əlvan bağlamadakı yarı quru və quru xurmanı böyük supermarketlərdə – Port Bazar, Favorit Market, BeeGross-da asanlıqla tapmaq olar. Bu cür xurma təkcə çayın yanında deyil, yarı quru qırmızı şərabla da əla uyğunlaşır.

QayMaq

  • Harada: Azadlıq pr.189A

Ən təzə süd məhsulları üçün rahatlıqla QayMaq mağazasına gedin. Nəsimi bazarı yaxınlığında inək südündən nehrəyə, kəsmik, qatıq, günəbaxan tumlu qara "Bakı" çörəyinə qədər hər şey tapmaq olar. Yerli eko-markanın məhsullarını şəhərin böyük marketlərindən də ala bilərsiniz – tam siyahı saytda.

FitDiet

  • Sayt: fitdiet.az
  • Sifariş üçün: +99455 708 60 18

Şirin sevənlər keflərini pozmasınlar, onlar üçün də orqanik desertlər var! FitDiet-də sizi faydalı şirniyyatlar – enerji batonları, peçenye və kekslər gözləyir. Baku Afisha xüsusilə quru meyvəli batonları dadmağı məsləhət görür – onları rahatlıqla çantanıza ata, qaçışda və ya məşqdən sonra yeyə və ya fasilə vaxtı çayla içə bilərsiniz.

Scanner Photography By Ellen Hoverkamp

ObaNatur

  • Sayt: obanatur.az
  • Çatdırılma nömrəsi:+994 50 373 70 60, +994 12 493 67 66

ObaNatur – təkcə təbii fermer məhsulları ala biləcəyiniz internet-mağaza deyil. Burada faydalı reseptlər, maraqlı faktlar, hər bir məhsul və onu qayğı ilə yetişdirib, hazırlayan fermer haqqında ətraflı məlumat oxumaq olar. Saytdakı bütün məhsullar şirinləşdirmək və ədviyyə qatmaq; yay üçün ideyalar; bişirmək, hazırlamaq kateqoriyalarına ayrılır, bəziləri isə tez-tez aksiyalarla satılır.

 Green Baku

  • Sayt: greenbaku.az

Bu gün "eko" sözünə təkcə qida məhsullarında rast gəlmirik. Parçalar, qacetlər, kosmetikalar, nəqliyyat və hətta kağız kitabçaları belə ətraf mühitə ziyan vurmadan hazırlamağa çalışırlar. Yeri gəlmişkən, təkrar istehsaldan keçmiş kraft kitabçaları, bloknotları və ya çantaları Green Baku-dan sifariş edə bilərsiniz.

Medical City

  • Harada: Fizuli küç. 49, Heydər Əliyev pr. 66-68

Burada təbii kosmetikaya – Dr Organic və Dr.Santedən Yaşıl kosmetikaya və Ev həkiminə qədər həsr olunmuş ayrıca bir bölmə var. Lazım olan hər şeyi evdən çıxmadan da almaq olar - kuryer üz üçün köpük və ya sabunu sizə pulsuz gətirəcək. Bütün məhsullara baxmaq istəyirsinizsə, istədiyiniz vaxt gedin – aptek 24/7 işləyir.

Scanner Photography By Ellen Hoverkamp

Organic life

  • Çatdırılma nömrəsi: +994 12 596 66 60, +994 70 218 66 66

@organiclife.az ofislərə və evlərə sağlam nahar və şam yeməkləri çatdırır. Menyudakı bütün yeməkləri keyfiyyətli məhsullardan hazırlayırlar və sağlam qidalanmaya üstünlük verib, ancaq özü ilə bulqur və yaşıl salatlı lanç boks götürməyi hər zaman çatdırmayanlar üçün çox uyğundur. Sifariş vermək üçün WhatsApp-a yazmaq kifayətdir.

Organic Shop

  • Harada: Ağa Neymətulla küç. 52

Organic Shop – təbii kosmetikanın büdcəli bir markasıdır, onun məhsulları Avropa eko-sertifikatı və beynəlxalq veqan birliyi Vegan Society tərəfindən təsdiqlənib. Bu firmanın maska, yağ və skrablarını hər kosmetika mağazasının rəfində tapmaq mümkün deyil. Ona görə də boş yerə vaxt itirməyib, Nərimanov metrostansiyası yanındakı eyniadlı mağazadan istədiklərinizi alın. Organic Shopdan əlavə burada markanın böyük bacıları "Natura Siberica" və "Рецепты бабушки Агафьи" məhsullarını da tapa bilərsiniz.

Video: Gəlin tanış olaq – El Portalon (1-ci hissə)

Video: Gəlin tanış olaq – El Portalon (1-ci hissə)

20-21-22 aprel üçün 8 məşğuliyyət

20-21-22 aprel üçün 8 məşğuliyyət

Növbəti paylaşım
Top