#WINTER
15.11.18

16-17-18 noyabr üçün 13 məşğuliyyət

Afişa
16-17-18 noyabr üçün 13 məşğuliyyət

Həftə sonu nə ilə məşğul olmalıyıq ki, həm dincələk, həm əylənək və həm də faydalı vaxt keçirək? Cavablar məqaləmizdə:

Bizimkilərə pərəstiş edirik:

  • Nə vaxt: 17-18 noyabr, 12:00
  • Harada: Milli Gimnastika Arenası
  • Necə: Biletləri buradan almaq olar

17-18 noyabrda Milli Gimnastika Arenasında ilk dəfə gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən olan - akrobatika üzrə Dünya Kuboku keçiriləcək. İkigünlük müsabiqə müddətində Azərbaycan, Belarusiya, Qazaxıstan, İsrail, Portuqaliya, Rusiya və Ukraynadan olan idmançılar qadın cütlüklər, kişi cütlüklər, qarışıq cütlüklər və həmçinin kişi və qadın qrupları olaraq yarışacaqlar.

Bilənlər cavab verirlər:

  • Nə vaxt: 18 noyabr
  • Harada: Crazzybear.az
  • Necə: Başlanğıc ödəniş - hər komandadan 50 manat

Siz "Üzüklərin hökmdarı" trilogiyasını bilirsiniz, Piter Ceksonun rejissor versiyalarını izləmisiniz və "Hobbit" sizin sevimli qəhrəmanınızdır? "60 saniyə" kvizində bildiklərinizi ortaya çıxarın. Komandanızı yığın və bazar gününü maraqlı keçirin.

Sərgilərə gedirik:

  • Nə vaxt: 17 noyabr
  • Harada: Muzey mərkəzi
  • Necə: Giriş sərbəstdir

Bu şənbə günü Muzey mərkəzində müasir Portuqaliyalı rəssam Karlos Motun sərgi açılışı olacaq. "Found and findings" ekspozisiyası Portuqaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub, interpretasiya və müxtəlif duyğulara həsr olunub.

  • Nə vaxt: 14-17 noyabr
  • Harada: İçərişəhər, Qüllə küç.6
  • Necə: Giriş sərbəstdir

İnna Kostina - istedadlı və uğurlu Azərbaycanlı rəssamdır. Onun işləri dünyanın müxtəlif ölkələrində özəl kolleksiyalarda, həmçinin  Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk İncəsənət Muzeyində, "Old Gallery" qalereyasında, Karvasl Muzey Mərkəzində (Gürcüstan), "Il Leone" incəsənət mərkəzində (İtaliya) saxlanılır. İnnanın yeni sərgisi Tabula Poiesis 14 noyabrdan 17 noyabradək Cult Baku Private Members Clubda keçiriləcək.

Səsdə əriyirik:

  • Nə vaxt: 17 noyabr
  • Harada: iN
  • Necə: Biletin qiyməti - 10 manat

Etno motivlər və berlin texnosu. Ben Rau - qana əsilli alman dj və musiqi prodüseridir. Öz ritmik dinamikası və emosional melodiyaları ilə Ben zəngin, dərin və hipnotik səslər yaradır. Onun trekləri müxtəlif musiqi leyblları tərəfindən səslənilir, bu şənbə isə onu canlı dinləyə bilərsiniz.

  • Nə vaxt: 17 noyabr
  • Harada: Hard Rock Cafe Baku
  • Necə: Giriş sərbəstdir

Həftə sonu Coda Band uşaqları növbəti dəfə rokun bütün canlılardan daha canlı olduğunu sübut edəcəklər! Sevdiyiniz mahnıları dinləyin, şirəli burger və əlvan kokteylləri də unutmayın.

  • Nə vaxt: 16-17-18 noyabr
  • Harada: Moon Blue Jazz Club
  • Necə: Giriş sərbəstdir

Əsl caz fanatları və müəllif mətbəxi fanatlarını Moon Blue Jazz Clubun rəsmi açılışında gözləyirlər. Qonaqlar arasında məşhur incəsənət xadimləri: Salman Qəmbərov, Rain Sultanob, Nuru Əhmədov, Cahangir Səlimxanov və Emil Afrasiyab olacaqlar.

Özümüzü yeni şeylərdə yoxlayırıq:

  • Nə vaxt: 17 noyabr, 16:00
  • Harada: Baku Oxford School

Gil yoğurmaq - faydalı və maraqlı bir məşğuliyyətdir. Baku Oxford School master klassında özünüzü əsl sənətkar kimi hiss edəcəksiniz. Həm uşaqları, həm də böyükləri gözləyirlər.

  • Nə vaxt: 18 noyabr, 12:00
  • Harada: Feniks Art Studio
  • Necə: Master klassda iştirak qiyməti 15-20 manatdır

Çayı sevirsiniz? Stəkan düzəltməyi də sevin. Bazar gününüzü yeni sevimli qabınızı hazırlamağa həsr edin və polimer gillə işləməyi öyrənin.

  • Nə vaxt: 17 noyabr
  • Harada: Cubic School of Fine Arts
  • Necə: Master klassda iştirak qiyməti 20 manatdır

Endi Uorhol kimi çəkirik! Bu şənbə günü Cubic School of Fine Arts aylıq art-seminarlara start verir. Dərsin praktik hissəsində siz seminarda yaradıcılığı müzakirə olunan rəssamın rəsmlərini çəkəcəksiniz. Bütün rəssamlıq ləvazimatları: molbertlər, kətanlar, palitralar, fırçalar və boyalar əlinizin altında olacaq - sizə yalnız ilhamlanmaq və öyrənmək arzusu qalır.

  • Nə vaxt: 18 noyabr, 14:00
  • Harada: Provence boutique de fleur
  • Necə: Master klassda iştirak qiyməti 35 manatdır.

Əgər floristlərin dünyası sizə maraqlıdırsa, buket yığmağın başlanğıc texnikalarını öyrənmək istəyirsinizsə və gününüzü çiçəklər və əyləncəli təcrübəli floristlər əhatəsində keçirməyə qarşı deyilsinizsə, onda şansınızı qaçırmayın! Master klass təşkilatçıları söz verirlər ki, günün sonunda bütün həftə bəs edəcək qədər əla əhval və öz əlinizlə topladığınız gözəl payız buketi ilə ayrılacaqsınız.

  • Nə vaxt: 17 noyabr
  • Harada: Highflyoga
  • Necə: Burada qeydiyyatdan keçmək olar

Bu şənbə istəyən hər kəs hava yoqası studiya və məktəbi Highflyoganın təklif etdiyi hər şeyi yoxlaya bilər. Sizi müxtəlif praktika və meditasiyalarla dolu bir gün gözləyir - əsas odur ki, tənbəlliyə qalib gələsiniz və xalçanın üstünə çıxasınız.

  • Nə vaxt: 17 noyabr
  • Harada: STEP İT Academy
  • Necə: Burada qeydiyyatdan keçmək olar

17 noyabrda məşhur kommersiya və sənaye fotoqrafı Çingiz Səmədzadə xüsusilə foto incəsənəti ilə maraqlananlar və öz bacarıqlarını yeni səviyyəyə çıxarmağa çalışanlar üçün seminar keçirəcək. Seminar zamanı növbəti mövzulara toxunulacaq:

  • Şəkil bir janr kimi
  • Kameranı necə düzgün seçmək olar?
  • Portret şəkil
  • Sənaye foto
  • Art şəkil
  • Kurs təqdimatı
  • "Professional rəqəmsal şəkil"


SAĞLAM OL: QRİP VƏ SOYUQDƏYMƏ İLƏ NECƏ MÜBARİZƏ APARMAQ OLAR?

SAĞLAM OL: QRİP VƏ SOYUQDƏYMƏ İLƏ NECƏ MÜBARİZƏ APARMAQ OLAR?

Top