#WINTER
29.11.18

30-1-2 dekabr üçün 13 məşğuliyyət

Afişa, Qış
30-1-2 dekabr üçün 13 məşğuliyyət

Cümədən bazaradək haralara gedək? Cavabı bizim siyahımızda oxuyun.

İncəsənəti seyr edirik:

Nə vaxt: 30 noyabr

Harada: Akademik Milli Dram Teatrı

Necə: Biletlərin qiyməti - 6-10 manat

Akademik Milli Dram Teatrında "Ölülər" tamaşası olacaq. Quruluş zamanı ssenaristlər Cəlil Məmmədquluzadənin hər sözündə dərin məna və sərt sosial kontekst daşıyan ədəbi tərzini maksimal dərəcədə qorumağa çalışıblar. Tamaşa Azərbaycan dilindədir.

Nə vaxt: 30 noyabr

Harada: Azərbaycan Dövlət Musiqi Teatrı

Necə: Biletlərin qiyməti - 6-10 manat

"O olmasın, bu olsun" - inqilabdan öncəki Azərbaycanda ictimai və daxili münasibətlər haqda operettadır. Bu klassik tamaşanı hələ də görməyənlər, mütləq getsinlər.

Nə vaxt: 30 noyabr

Harada: Azərbaycan Dövlət Filarmoniyası

Necə: Biletlərin qiyməti - 4-15 manat

Bu cümə günü Filarmoniyada Dövlət simfonik orkestri çıxış edəcək. Konsert xalq artisti Azad Əliyevin 90 illiyinə həsr olunub.

Nə vaxt: 30 noyabr

Harada: Teatr ADO

Necə: Bilet qiyməti - 10 manat

"Göydən üç banan düşdü" - fikirlərimizin bizi qaranlıq yerlərə götürə biləcəyi haqda bir tamaşadır. Hərdən qurtulmağın tək yolu var - öz tabundan qurtulmaq. Tamaşada sosial problemlər, xalq motivləri və Azərbaycan nağıllarının müəllif oxunuşu yer tapıb.

Nə vaxt: 30 noyabr

Harada: ARTIM

Necə: Giriş sərbəstdir

Müasir İncəsənət Mərkəzi YARAT "Çəhrayı gələcəyin utancaq oğlanı" adı altında sərgiyə və performans-mühazirəyə dəvət edir. Müəllifinin Aqil Abdullayev olduğu "Çünki biz gələcək nəsilik" performans-mühazirəsi instagram video-blogerlərini və stend-ap şou iştirakçılarını araşdırır. O komik kişilərin və sosial şəbəkə istifadəçilərinin özləri haqqında danışmadan, gender mövzusuna və qadınların qəribə vərdişlərinə şərhlərini analiz edir. Lektor qadın və kişi izahında tənqidin yoxluğunu nəzərdən keçirir və diskriminasiyadan uzaqlaşmaq üçün mövzuya mümkün yanaşmaları təklif edir.

Bütün ailə ilə istirahət edirik:

Nə vaxt: 30 noyabr

Harada: StudyLand

Necə: Bilet qiyməti - 25 manat

Tədbirdə yeni il kulinariya master-klassında iştirak etmək, dekor etmənin əsaslarını öyrənmək və kukla tamaşasına baxmaq olacaq. Həmçinin uşaqları rəqslər və köpük şousu gözləyir.

Nə vaxt: 2 dekabr

Harada: SeaBreeze Resort

Necə: Bilet qiyməti - 20 manat

Bu bazar günü SeaBreeze-də LOL kuklaları və Roadbaster avtobotların maraqlı şousu olacaq. Bundan başqa balaca qonaqları köpük şousu, müxtəlif müsabiqələr və virtual reallıq kvestləri gözləyir. Valideynlər üçün isə giriş pulsuzdur.

Canlı dinləyirik:

Nə vaxt: 30 noyabr

Harada: Buddha Bar

Necə: Bu nömrədə masa sifariş etmək olar: (+994 12) 404 82 09

Qırıq ritmlər, titrədən sempllar və alman texnosu - bu cümə günü Buddha Barda noyabr olmasına baxmayaraq isti olacaq. 21:00-dan burada Devid Mayer çıxış edəcək. Almaniyanın cənubunda doğulan musiqiçi gəncliyinin böyük bir hissəsini Norveçdə keçirib, daha sonra Berlin onun evinə çevrilib. Qeyri-standart düşünməyə üstünlük verən Devid hər zaman öz unikal səslərini yaradaraq müxtəlif musiqi formalarıyla eksperiment aparırdı.

Nə vaxt: 1 dekabr

Harada: ETUD Cafe & Bar

Necə: Bilet qiyməti - 5 manat

70-ci illər soul fyujn və müasir fank sevənlərə həsr olunur. Şənbə günü Etuddə bütün axşam istedadlı Ahmedowsky Trio və Ra Malik çıxış edəcəklər.

Nə vaxt: 1 dekabr

Harada: iN

Necə: Bilet qiyməti - 10 manat

Stefan Vinseny - Amsterdamdan olan dj və musiqi prodüseridir. Onun treklərinin böyük hissəsini proqressiv texno adlandırmaq olar. Stefano Stiv Rahmad, Surgeon və Ceff Mills kimi musiqiçilərdən həzz alır. Canlı çıxışlar isə xüsusilə seçilir. Dərin, dolu və dinamik olacaq.

Nə vaxt: 30 noyabr - 2 dekabr

Harada: Moon Blue Jazz Club

Necə: Giriş sərbəstdir

30 noyabrda Moon Blueda "Jazz Dueti" axşamında hamı tərəfindən sevilən cazz standartlarını istedadlı musiqiçilər Təranə Mahmudova və Elbəy Məmmədzadənin ifasında dinləmək fürsətiniz olacaq. 1 dekabrda burada Nicat Aslanovun qrupundan latino ritmində cazz səslənəcək, 2 dekabrda isə klubda Əfqan Rəsulun qrupunun ifasında bütün zamanların cazz musiqisini sevənləri gözləyirlər.

Sevincimizi paylaşırıq:

Nə vaxt: 1-2 dekabr

Harada: Landmark hotel/Rotunda hall

Necə: Giriş sərbəstdir

1 və 2 dekabrda Landmark oteldə “Winter bazar” xeyriyyə yarmarkası olacaq. Yarmarkada 60-dan çox yerli və xarici brendlərin məhsulları təqdim olunacaq: geyim, baş aksesuarları, suvenirlər, kosmetika, parfümeriya, oyuncaqlar, həmçinin maraqlı master-klasslar. Tədbirdən əldə olunan gəlirin bir hissəsi məhdud imkanlı uşaqlara kömək üçün istifadə olunacaq.

Qastro-tripə yollanırıq:

Nə vaxt: 30 noyabr

Harada: Green

Necə: Wedding Art House səhifəsinə mesaj yazın

Azərbaycana dəvət olunmuş şef Konstantin Stolyarov qonaqlara yerli zeytun yağıyla hazırlanmış vegeterian və çiy yeməklərı təqdim edəcək. Furşet masasında iştirakçılar qastronomik şedevrlər dequstasiya edəcək və təmiz zeytun yağının faydalarını öyrənəcəklər.

DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

ÖZ İŞİM: WOWOMAN

ÖZ İŞİM: WOWOMAN

Növbəti paylaşım
Top