#WINTER
22.11.18

23-24-25 noyabr üçün məşğuliyyət

Afişa
23-24-25 noyabr üçün məşğuliyyət

Bu həftə sonları biz konsertə gedirik, dağlara çıxırıq, yaxınlara yeni il hədiyyələri almaq haqda düşünürük, uşaqlarla zaman keçirir və bir çox başqa şeylər edirik:

Rəqs et, rəqs et:

  • Nə vaxt: 24 noyabr, 23:00
  • Harada: Enerji Club Baku
  • Necə: Bu nömrədə masa sifariş etmək olar (+994 50) 700 70 57

Hələ də Rami Malekin “Bohemian Rapsody”-də oyununun təəssüratları altındasınız və bütün gün «Oh mama mia, mama mia, mama mia let me go» oxuyursunuz? Mütləq Enerji Club Bakudakı tematik axşama gəlin! Ən əlvan kostyumlarınızı geyinin və Freddi mahnıları altında doyunca əylənin.

  • Nə vaxt:
  • Harada: Sintetik
  • Necə: Giriş sərbəstdir

Bu şənbə Sintetik öz iki illiyini qeyd edir və texno və eksperimental musiqini sevən hər kəsi bu xoş hadisəni paylaşmağa, klubun yerli rezidentlərinin bitləri ilə qeyd etməyə çağırır.

  • Nə vaxt: 24 noyabr
  • Harada: Sektoreight
  • Necə: Qiymət bileti - 15 manat

The Mekanism - Parisli haus-dj və musiqi prodüseridir. Onun Play It Say It, Needwant və 2020 Vision leybllarındakı relizləri, həmçinin bir çox məşhur remiksləri onu İbiza axşamlarının arzulanan qonağına çevirdi. Bu şənbə isə o Sektoreightdə çıxış edəcək.

Listen to the Fastest:

  • Nə vaxt: 24 noyabr, 19:00
  • Harada: Konqress Mərkəzi
  • Necə: Biletləri buradan almaq olar

Bu şənbə günü fortepiano dünyasının əsl Fleşi Peter Bentse Konqress Mərkəzində çıxış edəcək. Peter öz kariyerasına 4 yaşında başlayıb - o seçilən pianoçu, bəstəkar, mahnı müəllifi və musiqi prodüseridir və bir klavişin təkrarlanan basılması sürətinə görə (dəqiqədə 765 not) rekordçu-pianoçu kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Hal-hazırda musiqiçi öz solo albomu «Awesome Piano»  üzərində işləyir. («Möhtəşəç Fortepiano»).

Polşa filmi izləyin:

  • Nə vaxt: 22-28 noyabr
  • Harada: Landmark
  • Necə: Giriş sərbəstdir

Bu il Bakı şəhərində üçüncü Polşa film festivalı "Visla" keçiriləcək. 22-28 noyabrda Landmarkda son illərin 7 Polşa filmi (dram, komediya, tarixi və bioqrafik filmlər) göstəriləcək. Filmlərin çoxu beynəlxalq festivallarda mükafatlara layiq görülüb, kritiklərin, tamaşaçıların sevgisini qazanıb.

Qara pauza:

  • Nə vaxt: 23 noyabr
  • Harada: L'avenue
  • Necə: Giriş sərbəstdir

Özünüzü əsl çay manyakı hesab edirsiniz? Onda yaxınlarınızın əhatəsində bir çay axşamı keçirmək şansını qaçırmayın. 24 noyabr L'avenue restoranı hamını УнциЯ çay mağazasının sahibi, çay eksperti Mikayıl Abdulkərimovla ikinci çay axşamına dəvət edir. Sizi çay mədəniyyətinin dərinliklərinə düşmək və çay masteri ilə xoş bir axşam gözləyir. Siz çay dəmlənməsi, hazırlanma texnologiyaları və ənənələri haqda maraqlı bir çox şey öyrənəcəksiniz.

Black Friday dinner:

  • Nə vaxt: 23 noyabr, 20:00
  • Harada: Port Wine & Grill
  • Necə: Bu nömrədə masa sifariş etmək olar  (+994 50) 246 14 14

Port Wine & Grill restoranının komandası Qara Cümədən uzaq qalmamaq və hərkəsə 5 kokteyl və 4 növ yemək olan fuddi menyunu xüsusi qiymətlə hədiyyə etmək qərarına gəldi! Başdan ayağa qara geyinən qonaqları isə qara kokteyl sürprizi gözləyir. Bu axşamın musiqisinə Mehdi Cəbrayılov və The Miles qrupu cavabdeh olacaq.

Yeni il yaxınlaşır:

  • Nə vaxt: 23-24 noyabr
  • Harada: Kapellhaus 
  • Necə: Giriş sərbəstdir

23 və 24 noyabrda Kapellhaus oteldə Əl işləri festivalı keçiriləcək. Burada siz yeni il bəzəkləri və ailəniz, dostlarınız, kolleqalarınız və uzaq tanışlarınız üçün hədiyyələr tapacaqsınız, əgər istəsəniz yaradıcı qrupa qoşula, məsələn, toxumağı öyrənə bilərsiniz.

  • Nə vaxt: 25 noyabr
  • Harada: Park Bulvar Mall
  • Necə: Giriş sərbəstdir

Bu bazar günü Park Bulvarda «Rotary Winter Charity Festival» xeyriyyə festivalı keçiriləcək. Festivalın balaca qonaqlarını maraqlı oyunlar, feys-art, kapkeyk dekorları və əsl Santa gözləyir. Onların valideynləri isə maraqlı hədiyyələr olan viktorinalarda şanslarını yoxlayacaqlar: mobil telefondan restoran və otel vauçerlərinə qədər hədiyyələr olacaq.

  • Nə vaxt: 24 noyabr, 18:00
  • Harada: Evimiz
  • Necə: Giriş sərbəstdir

24 noyabr Evimiz yeni il yarmarkasına start verir və istəyən hərkəsi «Щелкунчик» baletini izləyərək ilin ən gözlənilən bayramını qarşılamağa dəvət edir. Baletdən sonra tamaşaçılar bayram şirniyyatlarının dadına baxa biləcək, yeni il kolleksiyasını görəcək, bayram bəzəkləri və maralları ilk ala biləcəklər.

Yola düşürük:

  • Nə vaxt: 25 noyabr
  • Necə: Camping Azerbaijan və Backpack Azerbaijan səhifələrinə yazmaqla tura yazıla bilərsiniz.

Çantalarınızı hazırlayın, qalın sviterlərinizi və ayaqqabılarınızı geyinin - həftə sonları Camping Azerbaijan uşaqları səyahətçilər qrupunu ləzgi kəndləri Laza və Kuzuna aparacaqlar, Backpack Azerbaijan bekpekerləri isə Dübrar dağını fəth edəcəklər.

Ən maraqlı şeylər - uşaqlar üçün:

  • Nə vaxt: 23 noyabr, 18:00
  • Harada: Senator Restaurant
  • Necə: Bilet qiyməti - 30 manat

23 noyabrda Moms&Kids klubu bütün ana və uşaqları Senator Restaurantda Thanksgivingə çağırırlar! Sizi tərəvəzli hinduşka, balqabaq şorbası, kök piroqu və kartoflu hamburgerlər gözləyir! Bütün axşam professional animatorlar, master klasslar və ənənəvi oyunlar balaca qonaqları əyləndirəcək! Uşaqlar master-klassda olduğu zaman isə anaları əyləncəli diskoteka gözləyir.

  • Nə vaxt: 25 noyabr, 15:00
  • Harada: İntellekt evi
  • Necə: Bilet qiyməti - 10 manat

Uşaqlarınıza komandada işləməyi, suallara tez cavab verməyi öyrətmək və ən əsası "ağıllı" tapşırıqlardan həzz almaqlarını istəyirsiniz? Onda onları InQUIZitor-Children oyunlar seriyasına yazdırın. Bu bazar gün olan oyun isə təkcə uşaqlar yox, həm də böyüklər üçün maraqlı olacaq - siz də öz aranızda yarışa və məşhur Rövşən Əskərovdan hədiyyə ala bilərsiniz.

İldə bir dəfə: Black Friday

İldə bir dəfə: Black Friday

6 ən yaxşı səhər yeməyi məkanı

6 ən yaxşı səhər yeməyi məkanı

Növbəti paylaşım
Top