18.03.19

18-26 mart üçün 19 məşğuliyyət

Afişa
18-26 mart üçün 19 məşğuliyyət

Yazın gəlişi Azərbaycanda Novruz bayramı ilə qeyd olunur. Gözlənilən bayram, əla hava, şirniyyatlar, qoz-fındıq və quru meyvələr - xoşbəxtlik üçün başqa nə lazımdır? Əyləncə çatmır! Baku Afisha sizin üçün 18-26 mart tarixlərində ən maraqlı hadisələrin siyahısını hazırlayıb ki, Novruz tətiliniz əyləncəli və aktiv keçsin:

Xalq gəzintiləri:

  • Bayram şərəfinə Sahil parkı dörd təbiət ünsürü: od, su, torpaq və hava adları ilə istirahət hissələrinə ayrılacaq. 18-24 martda parkın qonaqlarını suvenirlər, aktyorların çıxışları, əyləncələr və daha bir çox şey gözləyir.

Harada: Sahil parkı

Nə vaxt: 18 mart

Necə: Giriş sərbəstdir

  • Hardasa min yaşı olan Novruz bayramını harada qeyd etmək olar? Əlbəttə ki, İçərişəhərdə! "İçərişəhər" AQFETM paytaxtımızın qonaqları və sakinlərini ənənəvi "Yaz qalası" festivalına dəvət edir. 20-26 martda siz sehrli dünya festivalına düşəcəksiniz, burada bayram şirniyyatları, təndir çörəyi və isti qutablar bişirəcək, əlvan suvenirlər düzəldəcək və balacalar üçün tamaşa göstərəcəklər.

Harada: İçərişəhər 

Nə vaxt: 20 mart

Necə: Giriş sərbəstdir

  • Əgər xaricdən qonaqlarınız gəlibsə, onları mütləq Qala qoruğuna festivala aparın! Burada hərşeyə paxlava ətri, bayram və əyləncə həkk olunub. 20-21 martda tarixi-etnoqrafik Qala qoruğundan bayram şirniyyatları, isti qutablar bişirəcəklər, festivalın ulduzları isə bayramın qəhrəmanları Kosa, Keçəl və Bahar qızı olacaqlar. İçərişəhər "Qoşa Qala"dan yola çıxan avtobuslarla bayram günləri qoruğa pulsuz getmək olar.

Harada: Qala tarixi-etnoqrafik qoruğu 

Nə vaxt: 20-21 mart

Necə: Giriş sərbəstdir.

Gəzmək, yemək və oynamaq:

  • Dolce Vita hərkəsi Novruz bayramına həsr olunmuş xüsusi yaz menyusunu dadmağa dəvət edir! Onların əziz rəfiqəsi Sevda Yəhyayeva baş aşpaz Luçanonu yerli reseptlər və təzə italyan məhsulları ilə yeni yeməklər hazırlamağa ilhamlandırıb: parmezanlı fondü ilə ənənəvi dolma, Aralıq dənizi sousu ilə balıq qutabı və daha nələr.

Harada: Dolce Vita

Nə vaxt: 20 mart

Necə: Giriş sərbəstdir 

  • Restoran BeeArif sizi Baku Tango School ilə birlikdə Milonga Night Argentina tanqosu axşamına dəvət edir. Siz nahardan sonra xoş və sehrli abhavadan, rəqs edən cütlüklərin enerjilərindən həzz alacaqsınız! Həmçinin sizi məktəbin ditektorları İlham Osmanov və Elfiya Sultanovadan master-klass gözləyir.

Harada: BeeArif

Nə vaxt: 20 mart

Necə: Giriş sərbəstdir

  • Özündə cazın bütün aspektlərini, xüsusilə də müasir cazı birləşdirən görüşlər yorucu iş günündən sonra əhvalınızı daha da yüksəldəcək. Dostlarınızı Bakının ən rahat caz məkanına çağırın və musiqidən həzz alın. Müxtəlif musiqi alətlərində ifa edən musiqiçilər Jam Sessiona qoşulacaq və ayrı bir abhava yaradacaqlar.

Harada: ETUF CAFE & BAR

Nə vaxt: 19 mart

Necə: Giriş sərbəstdir

  • Nə vaxtsa biz oda sitayiş edirdik. Onda gəlin, ayın 21-ni keçmişimizə və oda həsr edək. Henri tərzli Novruz xüsusi olur. Axı Barfly sizin üçün sürpriz hazırlayıb - xüsusi şəkərburalı içki. Beləsini siz heç bir yerdə dadmamısınız! Həmçinin bu axşam sizi welcome shots və kokteyllər, əfsanəvi DJ Pancho-nun musiqisi gözləyir.

Harada: Barfly Social Hub

Necə: Giriş sərbəstdir

  • Bayram axşamı Flora hostelin həyətində odda zefir qızarda, samovardan çay içə və Azərbaycan qrupu DədəBabanın bayram konsertlərində mahnılarını dinləyə bilərsiniz. 

Harada: Flora Hostel Baku

Nə vaxt: 21 mart

Bir nəfər üçün qiymət: 2 manat

Gəzintiyə hazırlaşırıq:

  • Qalaalti Hotel & Spa-da Novruz bayramı çox əyləncəli və maraqlı olacaq. Novruz bayramı 20 və 21 mart tarixlərini əhatə edir. O özündə qonaqlarla milli oyunları, yumurta döyüşünü, canlı musiqi, açıq havada barbekyu və bir çox şey gözləyir. 

Harada: Qalaalti Hotel & Spa

Nə vaxt: 20 mart

İki nəfər üçün qiymət: 690 manat

Ətraflı məlumat: (+99 451) 225 28 00

  • "Keçid" ailəsi düşündü ki, Novruzun gəlişi ilə bir macəranın da vaxtı çatdı - İsmayıllı təbiətində limitsiz əyləncə. 4 gün, 3 gecə canlı elektron musiqi, filmlər, teatr təqdimatları, rəssamlıq sessiyaları, yoqa və meditasiya, ocaq, samovar çayı, meşə gəzintiləri, təbiətdə rahat yemək və içkilər. Bayramı qeyd etmək üçün başqa nə lazımdır?

Harada: İsmayıllı 

Nə vaxt: 22 mart

Bir nəfər üçün qiymət: 45 manat

Ətraflı məlumat: (+99 450) 561 66 33

  • Bakıdan birgünlük səfərlərin ən məşhurlarından biri - paytaxtın 60 km cənubunda yerləşən Qobustandır. Qobustan turu Azərbaycanın ən qədim insanların yaşayış yeri olduğunu görmək üçün ideal tədbirdir. Üstəlik sizin Qobustan və Atəşgah yaxınlığında palçıq vulkanlarını görmə və qədim petroqliflərlə tanış olmaq fürsətiniz olacaq!

Harada: Qobustan

Nə vaxt: 22 mart

Ətraflı məlumat: (+99 450) 303 36 88

  • Bu dəfə Mountain Host Azerbaijan Novruz bayramı ərəfəsində cənub bölgəsinə yola düşür. İki gün ərzində onlar Daştatük kəndində Xirkan Milli parkında gecə keçirəcək, Xirkan meşəsi təpələrində və Xanbulan gölü boyunca gəzəcəklər. Apu və  Daştatük kəndləri Lənkəran meşələrində, Xirkan milli parkında yerləşirlər. Xanbulan gölü - 1976-cı ildən fəaliyyətdə olan 5 km en və 2 km uzunluqlu bir su anbarıdır.

Harada: Lənkəran 

Nə vaxt: 22 mart

Bir nəfər üçün qiymət: 140 manat

Ətraflı məlumat: (+99 455) 896 37 67

  • CycleMania.az həvəskar və professional velosipedçiləri Azərbaycan milli bayramı Novruza həsr olunmuş velosiped sürməyə dəvət edir. 24 mart 10:30-da başlayacaq, toplanma vaxtı 10:00-dır. Velosipedçilər yalnız üst geyimdən ibarət milli Azərbaycan geyimlərində (qadınlar və kişilər üçün) olacaqlar. Kostyumlat tədbir günü sizə təqdim olunacaq.

Harada: Cyclemania.az / Azərbaycan Dövlət Kukla Teatrı

Nə vaxt: 24 mart

Bir nəfər üçün qiymət: 6 manat

Ətraflı məlumat: (+99 450) 346 06 90

Bonus:

  • Restoran SAHİL bayram ərəfəsində balaca qonaqları şəkərbura hazırlamaq üzrə master-klassa dəvət edir. Master-klass zamanı uşaqlar milli şirniyyatları maraqlı formalarda hazırlayacaqlar. Tədbirin sonunda bütün qonaqlar masaya yaxınlaşıb, hazırlanmış yeməklərin dadına baxa bilərlər.

Harada: SAHİL

Nə vaxt: 20 mart

Bir nəfər üçün qiymət: 20 manat

  • Yaz bayramı ərəfəsində Azərbaycan xalça muzeyində tarixi kvestlər keçirilir. Muzeydə  yetərincə çox eksponat var, ancaq təşkilatçılar hər bir uşaq və böyüyün bilməsi gərəkən Azərbaycan mədəniyyətinin ən vacib anlarını seçiblər. Uşaqlar ölkəmizin ən qədim xalçaları ilə tanış olacaq, hansı bölgələrin öz xalçaları ilə məşhur olduğunu öyrənəcək, xalçalardakı naxışları və ornamentləri anlayacaq, orta əsrlərdə xalçaların nə məqsədlə istifadə olunduğunu və hətta xalça sapını düzgün toxumağı öyrənəcəklər.

Harada: Azərbaycan Xalça Muzeyi 

Nə vaxt: 22 mart

Bir nəfər üçün qiymət: 18 manat

  • Heydər Əliyev sarayı uşaqları bayram günlərində musiqili, əyləncəli maraqlı proqramla sevindirəcək. Hər il olduğu kimi Novruzun əsas personajları Bayram Festivalının qəhrəmanları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz, yazın gəlişi və başqa ənənələr haqda danışacaq, müxtəlif oyunlar oynayacaqlar. Bundan başqa uşaqlar Keçəl və Kosa tamaşasını, rəqs kollektivinin ifasında müasir və milli rəqsləri, musiqili çıxışları və illüziya şoularını izləyəcəklər. 

Harada: Heydər Əliyev Sarayı

Nə vaxt: 22 mart

Bir nəfər üçün qiymət: 6-25 manat

  • Çoxdan gözlənilən bayramın gəlişi ilə Şirvanşahlar muzeyində uşaqlar üçün tarixi kvest hazırlayırlar. Kvestlər şirvanşahlar həyatına, tarixinə həsr olunub. İştirakçılar asanlıqla önəmli Şirvanşahlar dövrü hökmdarları, məhkəmə həyatı, bu dövrün mədəniyyəti, orta əsrlərdə Azərbaycanda hazırlanan yeməklər və Şirvanşahlar həyatı haqqında bir çox başqa faktları öyrənəcəklər. 

Harada: Şirvanşahlar muzeyi

Nə vaxt: 24 mart

Bir nəfər üçün qiymət: 15 manat

  • EngineeringForKids gələcək nəsil mühəndis və alimlərini təşviq etməyə davam edir. 5 günlük düşərgədə balaca mühəndislər təyyarələr, robotlar, maraqlı mexanizmlər quracq , fixika və kimya eksperimentləri aparacaqlar! İnanırıq ki, bu düşərgədən sonra uşaqların məktəb və texnikaya marağı daha da artacaq!

Harada: Metropark 

Nə vaxt: 25 mart

Ətraflı məlumat: (+99 450) 388 66 70 

  • Əgər bayramda sizə xaricdən qonaqlar gəlibsə, onda İçərişəhər üzrə tur almağı unutmayın. Bakusightseeing komandası ilə köhnə şəhər üzrə ekskursiya zamanı siz və qonaqlarınız özünüz üçün kalliqrafik fasadları olan ənənəvi məscidləri, köhnə hamamları, tacir evləri və gün-gündən qeyri-adi kiçik qalereyalar və xalça mağazaları ilə rənglənən möhtəşəm ticarət küçələrini kəşf edəcəksiniz.

Harada: İçərişəhər 

Nə vaxt: 19 mart

Ətraflı məlumat: (+994 50) 291 11 03

Şəkərbura-paxlavanı haradan alaq?

Şəkərbura-paxlavanı haradan alaq?

Like a local: Praqa

Like a local: Praqa

Növbəti paylaşım
Top