#SUMMER
30.07.18

İngilis dili üzrə 3 imtahan

İnsanlar, İlham
İngilis dili üzrə 3 imtahan

Now (indi-ingl.) - ingilis dilini öyrənmək üçün əsl zamandır. Bu dil olmadan nə evdə, nə də xarici bir ölkədə mümkün deyil. Baku Afisha Rivka Xripunova ilə birlikdə ingilis dilini öyrənir və sizə də məsləhət görür!

Keçən məqaləmizdə biz sizinlə İELTS imtahanını necə və nə üçün vermək haqqında danışmışdıq, bu gün isə ingilis dili üzrə məşhur imtahanlardan danışacağıq.

Bu cür imtahanları nə üçün verirlər?

Sizin bilik səviyyənizi təsdiqləyən sertifikatı almaq üçün. Bu cür sertifikatla siz beynəlxalq ali məktəblərə qəbul ola, xaricdə işə düzələ, başqa ölkəyə köçə bilərsiniz və ya sadəcə özünüzü təsdiqləyər və inkişaf etdirərsiniz.

IELTS (İnternational English Language Testing System)

Britaniya ingiliscəsi biliyinin yoxlanması testi. Əgər siz Avropa, Kanada, Avstraliya  və s. universitetlərində oxumağa və ya bu ölkələrə köçməyə hazırlaşırsınızsa, bu test sizin üçündür.

Testin növləri:

  • Academic
  • General

Maksimal bal:

  • 9 bal

Adətən təhsil üçün 7-7,5 bal, yaşamaq üçün 5-6 bal tələb olunur. Bu diaqnostik testdir, ona görə də siz 0 balı yalnız imtahana gəlmədikdə alırsınız.

Sertifikatın qüvvədə olma müddəti:

  • Verilmə vaxtından 2 il ərzində

Testin qiyməti:

  • 335 manat

Bakıda harada vermək olar:

www.ielts.az

www.britishcouncil.az

Özünüz hazırlaşmaq üçün faydalı resurslar:

www.britishcouncil.az

www.ieltsnow.ru

TOEFL (Test Of English as a Foreign Language)

Amerika üçün ən məşhur test. İELTS-dən fərqli olaraq siz burada amerikan ingiliscə biliyinizi nümayiş etdirməlisiniz.

ABŞ və Kanadanın 2400-dən çox ali məktəbi təhsil və yaşamaq üçün məhz bu sertifikasiyanı tələb edirlər.

Testin növləri:

  • PBT (Paper based test) – yazılı kağız testi 
  • IBT (Internet based test) – onlayn test

Maksimal bal:

  • 120 bal

Prestijli bir ali məktəbə qəbul üçün adətən təxmini olaraq 80 bal tələb olunur.

Sertifikatın qüvvədə olma müddəti:

  • Verilmə tarixindın 2 il ərzində

Testin qiyməti:

  • 160 dollar

Bakıda harada vermək olar:

www.exams.az

Özünüz hazırlaşmaq üçün faydalı resurslar:

www.linguatrip.com

www.hotcourses.ru

Kembric imtahanları:

Kembric imtahanları deyilən bir seriya daha mövcuddur: KET, PET, FCE, CAE, CPE. İmtahanı verdikdən sonra siz bütün dünyada işverənlər və ali məktəblər tərəfindən tanınan ömürlük sertifikat alırsınız, sertikatın kimlər tərəfindən tanındığını buradan öyrənə bilərsiniz.

İmtahanın keçirilmə yeri və qiymətini burada tapmaq olar.

KET (Key English Test) – Təməl ingiliscə bilikləri. A1 səviyyəsi ilə eynidir.

PET (Preliminary English Test) – Orta ingilis dili səviyyəsi, B1, təhsil, iş və səyahətlər üçün öz biliklərinizdən istifadə edə bilərsiniz.

FCE (First Certificate in English) –­ Ortadan yuxarı ingilis dili səviyyəsi, B2, öz fikirlərinizi işdə və ya təhsildə həm yazılı, həm də şifahi ifadə edə bilərsiniz.

CAE (Cambridge English Advanced) – Yüksək ingilis dili səviyyəsi, C1.

CPE (Certificate of Proficiency in English) – Professional ingilis dili səviyyəsi, C2.

Odur ki, dostlar, ingiliscə öyrənin, imtahanlar verin, sertifikatlar alın, axı onlar sizin şəxsi və ya professional həyatınızı dəyişə bilərlər.

Müəllim haqqında:

Salam, adım Rivkadır və bu mənim tam adımdır. Birinci təhsilimə görə mən nüvə fizikaçısıyam. Ona görə də formul, sxem və qrafik formalarında izah etməyi yaxşı bacarıram. 11-ci sinifdən mən ingilis dili dərsləri verirəm və indi İngilis dili pedaqoqu Moskva diplomum, öyrətmə metodikası üzrə Bakı magistraturası, ingilis dili müəllimliyi üzrə Arizona TESOL sertifikatı, öyrətmə və pedaqogika psixologiyası üzrə çox sayda beynəlxalq treninqlərim var və bu hələ hamısı deyil, mən öz maraqlı müəllimlik qutumu daha da doldurmağa çalışıram.

Müasir öyrətmə sahəsində yeni ideya və layihələrin həyata keçirilməsi mənə yaratmağa, hərəkət etməyə və yaşamağa həvəsli olan maraqlı insanlarla tanışmaq imkanı yaradır. Mən hər zaman kolleqalarımızla buraxdığımız yeni keyslər üzərində işləyirəm. Onlar arasında məsafəli kurs, intensiv marafonlar, tematik dərslər, oyun-dərslər kimi layihələr var.

Mən öz işimi sevirəm və bu adi öyrətmədən daha artıq bir şeydir, bu dostluqdur, təcrübədir və motivasiyadır. Mən daha çox böyüklərlə işləyirəm və hər bir tələbə onun maraqlarını, daxili aləmini anlamağımı tələb edir. Uşaqlar isə - hər zaman sevgi, oyun və duyğular dənizi deməkdir. Onların hər bir qalibiyyəti, hər bir imtahanı insanda bir çox hissləri və xoşbəxtlik oyadır.

Mən rəssamlıqla maraqlanır, sürrealizm və qrafika üslubunda çəkirəm və nə vaxtsa sərgi açmağa tam qərar verəcəm. Öz şəxsi kitabxanamı toplayıram, burada bir çox pedaqoji, psixoloji  və motivasiya ədəbiyyatı var. Yoqa və qaçışla məşğul oluram və ya velosiped sürürəm.

Amaro ilə hazırlanan 3 yay kokteyli

Amaro ilə hazırlanan 3 yay kokteyli

Növbəti paylaşım
Top