#AUTUMN
24.08.18

24-25-26 avqust üçün 4 məşğuliyyət

Afişa, Yay
24-25-26 avqust üçün 4 məşğuliyyət

Bilirdiniz ki, bu həftə sonları - yayın son vik-endidir?! Hətta planlarınız olmasa belə, bu günləri yadda qalan etməlisiniz! Bunun üçün biz artıq siyahı hazırlamışıq:

Kokteyl proqramı:

Bir iş günü və həftə sonları davam edir! 24 avqust biz cümə gününü Marqarita qədəhi ilə şəhərin yeni terrasında - Dinamo Hoteldə qarşılamağı təklif edirik. Bu axşam  (19:00-dan) burada üç müəllif içkisi - Bubble Gum, Berry və Blue Curaçao Margaritanı - 19 manata təklif edirlər. DJ Baydin çıxışı da daxildir. Ətraflı məlumat: + 994 12 377 2000

Bu axşam PORT Wine & Grill-də də sizi kokteylə gözləyirlər. Xüsusi menyuda Twenty Five Band и DJ Orkhanın müşayiəti ilə sizə 10 içki təklif edəcəklər. Ətraflı məlumat: +994 50 246 1414

24-25 avqust Buddha Barda 21:00-dan başlayaraq bütün gecə Ronfoller & Mehrajın musiqilərilə rəqs edəcəklər! Ətraflı məlumat: +994 50 404 8209

Bağda olanlar isə 25 avqust (21:00-dan) Bilgah Beach Hoteldə Buddha Bar Beachdə DJ Bunbeck & Ronfoller setləri altında rəqs edəcəklər. Ətraflı məlumat: +994 50 289 7422

Mədəni proqram:

24 avqust 19:00-da abstrakt rəssamlıq üzrə işləyən YAY qalereyasında rəssam Əmrulla İsrafilovla görüşə gedin. Görüşdən əvvəl siz rəssamın bu qalereyada keçirilən "Cismani peyzajlar" sərgisində işlərinə baxa bilərsiniz.

24 avqust 19:30-da Landmark Hoteldə kinorejissor Əli İsa Cabbarovla birlikdə Jan Lyuk Qodarın "Öz həyatını yaşamaq" filmini fransız dilində (ingiliscə subtitrlarla) izləyin.

24-26 avqustda təbiət qoynunda - çadırlarda yatmaq, ocaq ətrafında oxumaq və musiqi dinləmək, dostlarınızla əylənmək, meşədə gəzmək, dənizdə üzmək, yoqa, rəqs, meditasiya üzrə master-klasslarda iştirak etmək və hətta açıq havada rəsm çəkmək olar.  Bir nəfər üçün qiymət - 45 manatdan 95 manatadək. Ətraflı məlumat: +994 50 561 6633, +994 55 991 0290.

26 avqust poeziya sevənləri Barrel Playgroundda gözləyirlər. Səhf eşitmədiniz, şair və bədii deklamasiya janrı ifaçısı - Əli Xəyyam məhz burada çıxış edəcək. Giriş sərbəstdir. Ətraflı məlumat: +994 50 273 1414

25-26 avqust uşaqlıq arzumuzu həyata keçiririk - Gilavar Air & Extreme Sports Club instruktoru ilə birlikdə paraplanda uçuruq. Uçuş qiyməti - 120 manat. Hava şəraitindən asılı olaraq uçuş vaxtı dəyişir. Mütləq uçuşu öncədən sifariş edin ki, sizə ətraflı məlumat versinlər: +994 55 633 1497, +994 51 637 7491

Parkda vik-end:

25 avqust Heydər Əliyev Mərkəzi parkında milli motivli - muğamlı caz dinləmək olacaq. 20:00-da başlayırıq, giriş sərbəstdir.

26 avqust (15:30-da) avtoprom sevənləri 1980-ci ilədək buraxılan klassik maşınların çıxışına gözləyirlər. Maşınlar Heydər Əliyev Mərkəzindən hərəkət edəcək, şəhərin küçələrindən keçəcək, konsert baş tutacaq parka gələcəklər. Giriş sərbəstdir.

Daha sonra isə Azərbaycan estradası konsertinə gəlin - sizin üçün Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Faiq Ağayev, Manana Caparidze, Zülfiyyə Xanbabayeva, Rauf, ABD Malik, Röya, Miri Yusif və Murad Arif çıxış edəcəklər. 20:00-da başlayır (öncədən gəlib, rahat yer tutmağı tövsiyə edirik). Giriş sərbəstdir.

Dostlarla gəzirik:

Ürəyinizcə olan bir məşğuliyyət tapmadınızsa, dostlarınızı masaüstü oyun oynamağa toplayın - tam siyahı burada - və ya kvest keçiin - ən maraqlı kvest siyahısı - burada.

Yaxşılıq et: kömək əlini uzat

Yaxşılıq et: kömək əlini uzat

Back to school: özümüzlə dərsə nə götürməliyik

Back to school: özümüzlə dərsə nə götürməliyik

Növbəti paylaşım
Top