#SUMMER
02.08.18

3-4-5 avqust üçün 4 məşğuliyyət

Afişa, Yay
3-4-5 avqust üçün 4 məşğuliyyət

İllüstrasiya: Sara Andreasson

Həftə sonları üçün ən maraqlı məşğuliyyətlər:

Açıq havada musiqi dinləyirik:

  • 30 iyuldan 8 avqustadək Qəbələdə dirijorların, ifaçıların və bütün dünyadan kollektivlərin iştirakı ilə açıq havada və konsert zallarında onuncu yubiley beynəlxalq musiqi festivalı keçiriləcək. 3 avqust 18:00-da Bakı musiqi akademiyasının Kamera orkestri, 21:00-da Budapeştdən Gaytaghi ansamblı, 4 avqust 12:00 və 18:00-da Azərbaycan kamera orkestrləri, 21:00-da Yerusəlim Simfonik orkestri çıxış edəcəklər. 5 avqust 18:00-da Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçiriləcək, 21:00-da isə Tbilisidən musiqiçilər çıxış edəcəklər. Ətraflı məlumat saytda: www.gabalamusicfestival.com.

Harada: Qəbələ, Heydar Aliyev Congress Hall

Nə vaxt: 3-4-5 avqust 

  • 3 avqust musiqiyə toxunmaq olacaq, Tbilisidən olan dj TADE ilə o enerji dolu və hiss edilən olacaq.

Harada: Luna Project, Nobel pr. 57

Nə vaxt: 3 avqust, 21:00-06:00

Necə: Bir nəfər üçün qiymət (18 yaşdan yuxarı) - 5 manat (23:00-dək). 23:00-dan 06:00-dək - 10 manat

  • 4 avqust Bakıdan çıxmadan musiqi dinləmək olar, 20:00-dan 21:30-dək Diana Hacıyeva öz Dihaj qrupu ilə bulvarda çıxış edəcək.

Harada: Ağ şəhər Bulvarı

Nə vaxt: 4 avqust, 20:00-23:00

Necə: Giriş sərbəstdir

Açıq havada film:

  • Nə vaxtsa sevdiyiniz filmi böyük ekranda və bağlı zalda deyil, isti yay səması altında izləməyi xəyal etmisiniz? 3 avqust Landmark Hotel Bakuya artistlər və rəssamlarla birlikdə film izləməyə gəlin. Bu cümə günü Mixael Xanekenin "Sevgi" filmini teatr və filmin aktyoru Firdovsi Atakişiyevlə birlikdə izləyə bilərsiniz. Filmi fransız dilində ingiliscə subtitrlarla göstərəcəklər.

Harada: Rotunda Hall Landmark, Nizami küç.90A

Nə vaxt: 3 avqust, 19:30

Necə: Giriş sərbəstdir

Yaxşılıq edirik:

  • 4 avqust İSR Plazada neyroblastoma xəstəliyindən əziyyət çəkən balaca Şəmsin müalicəsi üçün xeyriyyə yarmarkası keçiriləcək. Qıza kömək etmək üçün yarmarkadan dizayner geyimləri, ayaqqabı və ya aksessuar almağınız yetərlidir.

Harada: İSR Plaza, Nizami küç. 69

Nə vaxt: 4 avqust, 09:00-21:00

Necə: Giriş sərbəstdir

Yeni şeylər öyrənirik:

Tətil evdə boş oturmaq üçün bir fürsət deyil, birlikdə yeni şeylər öyrənirik:

  • 4 avqust Yoga Shahi ilə birlikdə gözəl Dübəndi çimərliyində oyanmağı öyrənəcəyik. Güc və akva yoqa öyrənin, günəşlənin və istirahət edin. Mütləq qeydiyyat - saytda.

Harada: Yoga Shahi, C.Cabbarll küç. 609

Nə vaxt: 4 avqust, 14:00-23:15

Qiymət: bir nəfər üçün 35 manat

  • 4 avqust sparrinq üzrə ikiqat Bakı çempionu, Tao Lu çempionu, həmçinin 65 kq çəkiyə qədər çempionatda respublika çempionu Ayaz Qurbanovla birlikdə çin döyüş sənəti Vin-Çunu öyrənirik. Mütləq qeydiyyat - saytda.

Harada: Yoga Shahi, C.Cabbarli küç. 609

Nə vaxt: 4 avqust, 12:00

Necə: Giriş sərbəstdir

  • 4-5 avqustda Little YARAT layihəsi çərçivəsində Ülviyyə Tağızadə ilə vorkşopda uşaqlarla ortaq dil tapmağı öyrənirik. Seminarda siz münasibətlərin təməlini möhkəmləndirməyi və valideynlərlə uşaqlar arasında sağlam bağlılıq yaratmağı öyrənəcəksiniz. Mütləq qeydiyyat bu nömrədə +994 50 246 9292.

Harada: Yarat! Contemporary Art Space, Dənizkənarı bulvar

Nə vaxt: 4-5 avqust, 11:30-13:00

Necə: Qeydiyyatla: +994 50 246 9292

  • 3-4 avqust Manipura Ethic Cafe&Barda qarpızdan nələr hazırlaya biləcəyimizi öyrənirik. Menyuda freş, smuzi, qarpızlı sanqriya, səhər yeməyi və nahar üçün salatlar, qarpız və reyhanlı qaspaço şorbası, qarpızlı sorbet və hətta duzlu və şirin qarpız pizzası var. Qarpızlı menyuda cəmi 11 manata siz 1 içki, 1 salat, şorba, 1 pizza və bir top sorbet ala bilərsiniz.

Harada: Manipura Ethic Cafe&Bar, C.Cabbarli küç. 609, 13-cü mərtəbə

Nə vaxt: 3 avqust, 09:00-22:00

Qiymət: Bir nəfər üçün 11 manat

Qarpızı necə seçmək haqqında isə buradan oxuya bilərsiniz - Şirin qarpız seçirik.

  • 4 avqust Heydər Əliyev Mərkəzinin parkında idman rəqsləri üzrə ölkə çempionu İlham Osmanovla latinoamerikan  rəqsləri öyrənirik. 
  • 5 avqust kişi voleybol yığmasının baş məşqçisi Fərid Cəlalovla voleybol oynayırıq.

Harada: Heydər Əliyev Mərkəzi parkı

Nə vaxt: 4 avqust 20:00, 5 avqust 18:00

Necə: İştirak pulsuzdur

Sağlam ol: Depressiyalı uşağa necə kömək etmək olar?

Sağlam ol: Depressiyalı uşağa necə kömək etmək olar?

Top