#AUTUMN
07.09.18

7-8-9 sentyabr üçün 4 məşğuliyyət

Afişa, Yay
7-8-9 sentyabr üçün 4 məşğuliyyət

Deyəsən, bu il payız bizə həzz almaq imkanı yaradacaq! Bütün həftə ofisdə oturanlara həftə sonu evdə oturmağı məsləhət görmürük:

Film izləyirik:

  • 7 sentyabr rəssam və kinorejissor Teymur Daimi Leo Karaksın «Korporasiya “Müqəddəs motorlar”» refleksiyasını təqdim edəcək. Yaş məhdudiyyəti: 18+ Tamaşa fransız dilində ingiliscə subtitrlarla olacaq.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 7 sentyabr, 19:30

Necə: Giriş sərbəstdir

  • 8 sentyabrda Polşalı rejissor Matsey Pepşitsin Yaşamaq arzusu dramını izləyirik. Film azərbaycanca subtitrli olacaq.

Harada: Caspian Plaza, C.Cabbarlı küç. 44

Nə vaxt: 8 sentyabr, 19:00

Necə: Giriş sərbəstdir

  • 9 sentyabr Adriano Çelentano və Ornella Muti ilə birlikdə inadkarı əhliləşdiririk. Siz bu klassik komediyanı daha öncə izləmisinizsə, indi orjinal dildə rusca subtitrli izləməyə gəlin.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 9 sentyabr, 21:00-23:00

Necə: Giriş sərbəstdir

Musiqi dinləyirik:

  • 7 sentyabr La Vida Tequila Barda latinoamerikan musiqilərini dinləyir və rəqs edirik. Bir neçə hərəkət öyrənin və qız dəvət etməyi də unutmayın.

Harada: La Vida Tequila Bar

Nə vaxt: 7 sentyabr, 20:00

Necə: Giriş sərbəstdir

  • 7 sentyabr CoffeenMoffiedə Bakı Musiqi Akademiyası məzunu Pərviz Məmmədovdan caz dinləyirik.

Harada: Coffee Moffie

Nə vaxt: 7 sentyabr, 20:00

Necə: Giriş sərbəstdir

  • 8 sentyabr BAİLA BAKU-nun üçilliyini qeyd edir və professionallardan latın rəqslərini öyrənirik.

Harada: Vertical 29 Restaurant and Lounge 

Nə vaxt: 8 sentyabr, 19:00

Qiymət: Giriş 5 manat

  • 8 sentyabrda Röya & Rizvanla birlikdə açıq havada "Xəzərin Sahilində" musiqi festivalı keçirir və səhnədə çıxış edirik!

Harada: Ağ Şəhər Bulvarı

Nə vaxt: 8 sentyabr, 20:00

Necə: Giriş sərbəstdir

Yeni şeylər öyrənirik:

  • 8 sentyabr Medina Gallerydə ebru çəkirik. Master-klassda sizə hər şeyi öyrədəcəklər, hazır olan incəsənət əsərlərini isə evə aparmaq olacaq! Mütləq qeydiyyat: +99412 437 31 82

Harada: Medina Gallery, Köhnə şəhər, Firdovsi küç.14

Nə vaxt: 8 sentyabr, 12:00

Qiymət: 10 manat

  • 8-9 sentyabr sizin uşağınız əz əllərilə fənər düzəltməyi öyrənəcək! Mütləq qeydiyyat: +994 51 388 66 70

Harada: MEGAFUN & METROPARK

Nə vaxt: 8-9 sentyabr 

Qiymət: 25 manat

Təbiətə gedirik:

  • 9 sentyabr (7:30-22:30) Camping Azerbaijan ilə birlikdə Köhnədaxar - Dərə - Kənəyəni kəşf edirik. Mütləq qeydiyyat: +99451 400 9091
  • 9 sentyabr (6:30-22:30) Hiking Azerbaijan ilə birlikdə Qrızdəhnə şəlaləsinə gedirik. Mütləq qeydiyyat:+ 99455 896 3767
  • 9 sentyabrda (9:00-18:00) Ecotourla palçıq vulkanlarını kəşf edirik. Mütləq qeydiyyat: +99455 742 08 20
31 avqust, 1-2 sentyabr üçün 7 məşğuliyyət

31 avqust, 1-2 sentyabr üçün 7 məşğuliyyət

14-15-16 sentyabr üçün 5 məşğuliyyət

14-15-16 sentyabr üçün 5 məşğuliyyət

Növbəti paylaşım
Top