#SUMMER
07.08.18

Çimərlik üçün 5 kitab

İlham, Yay
Çimərlik üçün 5 kitab

Tətilə hazırlaşır və ya həftə sonu dənizə gedirsiniz? Özünüzlə bir neçə kitab götürməyi unutmayın! Baku Afisha sizi rahatlaşdıracaq, beyin üçün faydalı vaxt keçirəcəyiniz və başqa reallığa aparacaq beş əsərdən ibarət siyahı hazırlayıb:

Böyük və kiçik bütün yaradılışlar haqda

Ceyms Herriot

Herriot Ceyms britaniyalı yazıçı və baytar öz professional təcrübəsi əsasında bir kitab yazıb. Nağıllar toplusunda sizi insanlar və heyvanlar haqqında bir çox səmimi hekayələr gözləyir. Hərdən qəmli, hərdən gülməli, hərdən isə təsiredici, Herriotun hər bir hekayəsi işıqla və dərin mənayla doludur. Bu kitabdan sonra hər şeyi atıb, kəndə getmək və baytar olmaq istəyirsən.

Huliya xala və yazıçı

Mario Varqas Lyosa

Yay latinoamerikan ədəbiyyatı vaxtıdır. Əgər 20 yaşına qədər onunla tanış olmamısınızsa, tanışlığa "Huliya xala" ilə başlamağı təklif edirik. Bu gəncliyə və onun daimi: kim olmaq və kimlə olmaq suallarına həsr olunmuş sonsuz mənalı və maraqlı bir romandır. Süjet iki xətt üzrə qurulur: tək başlıqlarda söhbət baş qəhrəmanın həyatından,  Marito və onun Huliya xala ilə sevgi hekayəsindən gedir, cüt başlıqlar isə Pedro Kamaçonun radio-şoularından parçalardır.

Duzlu külək

Sara Cio

Bu detektiv romanda hadisələr İkinci Dünya Müharibəsi zamanı Bora-Bora adalarında baş verir. Sizi oddan, sudan, müharibə və zamandan keçmiş əsl sevgi hekayəsi gözləyir. Bir şüphəsiz müsbət daha, kitab çox asan və tez oxunur, ona görə də bir neçə dəfə dənizə getməklə onu bitirərsiniz.

Xoşbəxtliklər ölkəsi

Stiven Kinq

Kitabın özünəməxsus xüsusiyyəti hətta ən həyəcanlı qorxu və trillerdə belə o aydın, isti, işıqlı bir şeylər üçün yer saxlayır. "Xoşbəxtliklər ölkəsi" də əyləncə parkı, yay ətri və əyləncəli uşaq gülüşünü özündə əks etdirir. Əgər çoxdandır böyümək haqda yaxşı bir hekayə oxumurdunuzsa, bunu düzəltməyin əsl vaxtıdır.

Lavandalı otaq

Nina George

Nina George əsl söz rəssamıdır, o nəyinki Provansın misilsiz təbiətini təsvir edir, hətta gözünüzün önündə onun rəsmini çəkir. Elə ki, siz özünüz göz qamaşdıran mavi səmanı görür, lavanda və rozmarin ətrini, günəş şüalarını hiss edirsiniz. Romanın baş qəhrəmanı Eqare "Ədəbiyyat aptekinin" sahibi və kitabları dərmanlar kimi professionallıqla seçən "əczaçı". O inanır ki, kitab ən dərin mənəvi yaraları sağalda bilər, ancaq o öz yarasını evindəki lavandalı otağa saxlayaraq müalicə etməyib. Süjetdə tragik notların olmasına baxmayaraq, roman özündən sonra bir istilik və səyahət etmək istəyi buraxacaq.

Kübra ilə bişiririk: Tərəvəzli toyuq budları

Kübra ilə bişiririk: Tərəvəzli toyuq budları

Hələki hamı tətildədir: yay üçün 5 bilikləndirici kurs

Hələki hamı tətildədir: yay üçün 5 bilikləndirici kurs

Növbəti paylaşım
Top