#WINTER
15.01.19

Oxunması zəruri olan meditasiya haqda 5 kitab

İlham, Qış
Oxunması zəruri olan meditasiya haqda 5 kitab

İllüstrasiya - Lina Leusenko

Ətrafda çox səs var, ancaq hərəkətlərdə dərrakə çatışmır? Yoga Shahinin qurucusu Sabina Şahinin seçdiyi kitablar sizə özünüzə qulaq asmaqda və cavab tapmaqda kömək edəcək.

"İndinin gücü" // Ekxart Tolle

Bütün problemlər, dərdlər və ağrılar bizim yalançı "mən"də ilişib qalan eqoist ağlımızdan əmələ gəlir. Onun əsirliyindən yalnız əsl İndiki zamanda - həyatın tək real anında olmaqla qurtulmaq olar. Məhz İndiki zamanda biz öz əsl məqsədimizə çatırıq və anlayırıq ki, dürüstlük və mükəmməllik bir məqsəd deyil, bizim üçün artıq mövcud olan bir həqiqətdir.

"İndini bağışlamaq, keçmişi bağışlamaqdan daha önəmlidir. Əgər sən hər keçən anı bağışlayırsansa - ona olduğu kimi qalmağa icazə verirsən - və səndə bir müddət sonra bağışlanması gərəkən kin toplanmır."

"Maxarişi Maxeş Yoginin transendental meditasiyası" // Robert Rotx

Kitab intellekt, sağlamlıq, dərin rahatlama vəziyyətinə (relaksiya) çatmağı yaxşılaşdıran, bütün dünyada milyonlarla insanın istifadə etdiyi güclü alət haqda danışır. 350-dən çox elmi tədqiqatın nəticələrində də göstərildiyi kimi, TM insanlara istədiyinə nail olmağa kömək edərək, dərslərin başlanğıcından gözlə görünən nəticələr verir:

  • Adi rahatlamadan daha dərin istirahət vəziyyəti;
  • Stressin tez atılması;
  • Daha məhsuldar əmək;
  • yaradıcılıq xüsusiyyətlərinin artması;
  • sağlamlıq vəziyyətinin, həmçinin qan təzyiqinin düşməsinin yaxşılaşması;

Robert Rotxun "Transendental meditasiya"sı - təbiətin ən dərin və ən güclü səviyyəsi - təbiət qanunlarının vahid sahəsi və TM praktikasında əldə etdiyimiz insan şüurunun ən dərin səviyyəsi arasında olan əlaqəni aşkar etməyə kömək etmiş, müasir biofizikanın nailiyyətlərini həqiqi şəkildə izah edən ilk kitabdır. Kitab bütün kateqoriyalar və statuslar üçün tövsiyə olunur: həkimlər, ev xanımları, həvəskar idmançılar və gündəlik iş yerlərində TM-yə daxil olan həvəskarlar. Uğurun sirri çətin işlərdə deyil, öz üzərinizdə işləməkdədir!

"Daxili mühəndislik" // Sadxquru

Bu nə din, nə də fəlsəfə deyil. Bu xoşbəxtlik əldə etmək üçün bir texnologiyadır. Sizdən inam tələb etmir. Siz sadəcə ondan istifadə etməyi öyrənməlisiniz. Texnologiya sizin kim olduğunuzdan asılı olmayaraq nəticələr verir.

Sadxquru - "Daxili mühəndislik" həyatınızı sizin istədiyiniz kimi etmək üçün alətlər tələb edir. Kitab oxuduqdan sonra olduqca gözəl təəssüratlar buraxır. Sadxquru mistiklər üçün nadir olan bir xüsusiyyətə malikdir: çətin şeylər haqda açıq və aydın danışmaq. O dediklərinin mənasını çətinləşdirmir, əksinə, bəzi yerləri bilərək sadələşdirir ki, daha anlaşılan olsun. Və bu semantik deyil, formal bir sadələşmədir. Kitab düşünməyə, ətrafa baxmağa, alətlərdən istifadə etməyə vadar edir. Bu növ ədəbiyyatdan da məhz bu tələb olunur.

"Meditasiya" // Şri Aurobindo və Materi

“Bütün həyat - yoqa" seriyasından olan "Meditasiya" kitabında meditasiya və konsentrasiyanın əsas prinsiplərindən danışılır, bu fənlərin müxtəlif növləri təsvir olunur və onları mənimsəmənin praktiki üsulları verilir; bundan əlavə dinamik və kollektiv meditasiya məsələlərinə toxunulur, meditasiya üzrə praktik dərs tövsiyələri verilir. Kitabdan bir parça:

Meditasiya nə üçün lazımdır

İnsan individuallığı ilə seçilən bir varlıq kimi, özünü, öz əsl varlığını tapmalıdır: o bunu yalnız özünə qərq olmaqla, daxildən və xaricdən yaşamağı öyrənməklə edə bilər: xarici və ya daxili şüur və həyat daxili Ruhdan ayrılıb, Cəhalət sahəsini təmsil edirlər; onlar özlərini və bu Cəhaləti daxili "mən" və daxili həyatın genişliyi və böyüklüyünü kəşf edərək aşa bilərlər. Əgər bizdə hər hansı yüksək transendental varlıq varsa, onda o məhz bizim sirrli "mən"imizdə gizlənməlidir; səthdə yalnız kənar məhdudiyyətlər və şəraitlərdən yaranan bir efemeral təbii varlıq var. Əgər bizdə kosmik şüurun universallığını qazanmağa qadir olan, hərtərəfli və hər yerdə mövcud olmağa qadir bir "mən" varsa, o, bizim daxili varlığımızda olmalıdır; daxili şüur -  ağıl, həyat və bədənin üçlü bağları ilə öz individual məhdudiyyətlərinə bağlı fiziki şüurdur: daxili varlıqda bu cür kosmik genişlik və universallığa çatmaq üçün göstərilən hər bir cəhd onun kütlələrə qarışması və ya kütlələrə təslim olması səbəbindən yalnız eqo yüksəlməsi və ya şəxsiyyətin məhvi ilə bitəcəkdir. Yalnız daxili inkişaf, hərəkət və individ təsiri  öz varlığının sərbəst və effektiv bir şəkildə universallıq və transendentliyə çatmasına kömək ola bilər. Gözəl bir həyat yaşamaq üçün bizim varlığımızın dinamik özünü reallaşdırma mərkəzi və mənbəyi xaricdən daxilə köçməlidir. Çünki bizim əsl ruhumuz burada yaşayır, o tamamilə ya da böyük bir qismi bizdən gizlənsə də və bizim birbaşa fəaliyyətimizin qaynağı varlığımızın səthindədir.

Upanişadlarda deyilir ki, Var olma insanlarda xaricə şüur qapısını açdı, ona görə də çox az sayda insan öz daxilinə baxır və məhz onlar yüksək Ruhu anlayır, qəbul edirlər və ruhani varlığa çatırlar. Ona görə də özündə düşünmək, qərq olmaq və daxili həyatı yaşamaq lazımdır - bu, təbiətimizin köklü dəyişməsi və ilahi həyatın əldə olunması üçün lazım olan ilk addımdır.


* * *

Yoqa insanların çoxu üçün xarakterik olan adi material var olmadan, və ya çoxlarının seçmədiyi daha mental, ancaq yenə də məhdudlaşdırılmış həyat tərzindən daha mənəvi həyata, ilahi var olmaya keçiddir...


Müəyyən bir anlamda, biz - mental, sinir, fiziki vərdişlərin bir neçə dominant ideya, arzu və təəsüratlarla birlikdə çətin birləşməsiyik - çoxlu kiçik, özünü təkrar edən güclərin bir neçə hakim vibrasiyanın amalqamasıyıq. Bizim yoqamızın məqsədi - adi material-mental insanın özündə təsvir etdiyi keçmiş və indimizin bütün məcmusunun formalaşmasının aradan qaldırılmasıdır və yeni bir baxış mərkəzi və həyati fəaliyyətinin yeni bir universumunu yaradır ki, bu da insanüstü təbiətin təməlini təşkil edəcək və ilahi insanı yaradacaq.



"Budda, beyin və xoşbəxtlik neyrofiziologiyası. Həyatı necə yaxşıya doğru dəyişmək olar. Praktik idarəetmə" // Yonqe Rinpoçe

Budda keşişi Yonqe Minqyur Rinpoçe son 20 ildir ki, dünyanın aparıcı neyrofizioloq və psixoloqları ilə əməkdaşlıq edir. Bu kitabda o meditasiyanın əsas texnikaları - zövq, səs, ətrafdakı obyektlər, şəxsi duyğular və ya nəfəs haqda danışır. Onunla zövq alanadək və ya zövq aldığınızda məşğul olmaq lazımdır. Bunun üçün sakit bir yer axtarmaq lazım deyil. Nə vaxt və harada istəsəniz meditasiya etmək olar: yemək vaxtı, gəzintidə, sükan arxasında və ya yatmadan əvvəl. Gündə bir neçə qısa seans kifayət edər ki, artıq öz hisslərinizi şüurlu bir şəkildə qəbul etməyə, sakitlik hiss etməyə və başqa insanlara qarşı şəfqət bəsləməyə başlayasınız, axı əslində biz hamınız eyni şey istəyirik: xoşbəxtlik və harmoniya.

Ninja Parents: Erkən rezervasıya haqqında hər şey

Ninja Parents: Erkən rezervasıya haqqında hər şey

İlham axtarışında: OLYMPİA RESTORANINDA YENİ MENYU

İlham axtarışında: OLYMPİA RESTORANINDA YENİ MENYU

Növbəti paylaşım
Top