#WINTER
04.12.18

Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

İnsanlar, Qida, Sağlam həyat, Qış
Qışda gözəlliyi qorumaq üçün 5 məhsul

Təqvimdə dekabrın əvvəlidir, ona görə də elə indi soyuqlarda orqanizmimizə necə qulluq etmək haqqında düşünmək lazımdır. Yoga Shahi və ilk veqan kafe Manipura Ethic Cafe&Barın qurucusu Sabina Şahi uzun qış aylarında sağlamlıq və gözəlliyinizi qorumaq üçün beş məhsuldan ibarət siyahı hazırlayıb:

Alma və Armud - gözəllik üçün iki bacı: 
Gündə ən az bir alma yemək, bütöv - qabıqlı və tumlu - orqanizmi yod, dəmir, taninlər, turşular, pektinlər, liflərə doyurmaq deməkdir. Bütün bunlar almanı sidik daşlarından hipertenziyaya qədər müxtəlif xəstəliklərin profilaktikası üçün əsl ideala çevirir.

Armud da bu baxımdan çox faydalıdır. Bu zərif, lotosda oturmuş yoqinə bənzəyən, ətirli meyvə qanı dəmir, kalium, maqnezium, qışda sağlamlığın vacib "bələdçisi" vitamin C ilə zənginləşdirir. Kundalini yoqa üzrə master Bxadcan hər bir qadına möhkəm sağlamlıq və sağlam düşüncə üçün mümkün olduqca tez-tez armud yeməyi məsləhət görür. Master deyir ki, yazılarda armud "Amar Pxal" - ölümsüzlük verən meyvə kimi adlandırılır.

Taxıl, Günəbaxan tumu:

Soyuq havalarda dərinin daxili istiliyə qənaət etməsi üçün məsamələr kiçilir. İnsan qarın altında yatan bir toxuma bənzəyir: üstdən bərk toxum örtüyü, onun içərisində isə çiçəklənmə üçün embriyanı hazırlayan aktiv bioloji proseslərdir. Bu "aktiv bioloji proses" nəticəsində insanın iştahı artmaqdadır, digər tərəfdən isə "bərk toxum örtüyü" həddindən artıq yeməyi dərialtı yağa çevirib, hüceyrə metabolizmasını yavaşladır. Artıq çəkidən qaçmaq üçün iştah artırmayan, ancaq faydalı olan məhsullar seçmək lazımdır. Qış vaxtı Yoqi Bxadcan qoz-fındıq və toxumlar tövsiyə edir.

  • Kətan toxumu

Bu demək olar ki, gözəllik sözünün sinonimidir! Dəri gözəlliyi vitaminləri kimi tanınan A və E vitaminləri bu toxumda həddindən artıqdır. Liflər bağırsaqları təmizləyir və çəkini nəzarətdə saxlayır. Fotoestrogenlər mübadilə prosesini yaxşılaşdırır, bu metabolizmi stabilliyi və fiquranın qorunması deməkdir. Həmçinin saçların, dəri və dırnaqların gözəlliyi üçün mikroelementlər və yağlı turşular Omeqa -3 var.

  •  Çia toxumu

Artıq uzun zamandır bu bizim üçün yeni bir söz birləşməsi deyil. Tədqiqatlar göstərir ki, 1 qram çia toxumunda sağlamlıq üçün vacib bir element olan 1% vitamin E var. Hər şeydən öncə bu vitamin - vaxtından öncə yaşlanmaya səbəb olan sərbəst radikalları neytrallaşdıran bir antioksidantdır. Saçların və dərinin gözəlliyi ondan çox asılıdır. Onun orqanizmdə kifayət qədər olması kollagen yaranmasını artırır, bu isə kiçik qırışlardan, dəri quruluğundan və çatlamasından qorunmağa kömək edir.

Həmçinin, bu toxumları tükətmək sizə çox yeməyə icazə verməyəcək, axı çianın bu möcüzəvi özəlliyini hamı bilir - jelatin maddələrinin artması nəticəsində mədədə həcminin daha da böyüməsinə səbəb olur!

Möhkəm qoz:

Qoz ağır, yağlı bir qida olmasına baxmayaraq, kifayət miqdarda, düzgün hazırlanmayla və düzgün məhsullarla birləşərsə, daha faydalı olar. Məsələn, qoz südü hazırlamaq olar*. Master səhərlər bu cür içki içməyi tövsiyə edir. Qoz gücü bərpa edir, enerji verir və hətta yağ metabolizmini gücləndirir və antiinflammatuar təsirə malikdir. "Bilirsiniz ki, beyin formanızla qozun forması bir-birinə çox bənzəyir?", - bununla Master qozun beyin üçün faydalı olduğuna diqqət çəkir. Qozda yağlı Omeqa-3 turşuları var - onlar damar divarlarının bərkiməsində rol oynayır. Bu əsasən qışda zəif divarlar temperatur dəyişməsinə dözməyərək partladığı zaman fəal olur. 

  • Badam

Ən qadınsayağı olanıdır. Badamda sinir sisteminin möhkəmlənməsi üçün qidalandırıcı maddələr, B qrupu vitaminləri, dəmir, fosfor, kalsium və kalium var. Onu ən yaxşı bu cür yemək lazımdır: 6-8 badamı gecədən isladın, səhər isə qabığını soyun. Sıyığınıza və ya meyvə salatınıza əlavə edin və həzz alın!

Təbii xammal yağlar:

Onu siz təkcə daxili qəbul etmək deyil, dərinizə də sürtə bilərsiniz. Kişilər, bu sizə də aiddir, hamının dərisi sağlam və doymuş olmalıdır. Bu da o deməkdir ki, gündəlik olaraq onların daxili qəbulu da bir o qədər vacibdir. Yağ təkcə dərini doyurub, qırışları açmır, həm də bərpa edir! Məsələn, balqabaq tumu yağında çox miqdarda vitaminlər və başqa faydalı maddələr var və o bir çox xəstəliklərin müalicəsində, orqanizmi gücləndirməkdə mühüm rol oynayır. Kişilər üçün ən faydalı vitamin - sink var!

Küncüt yağının ən önəmli özəlliyi tərkibində "cavanlıq vitaminləri" sayılan - A, E, C və B qrupu vitaminləri, həmçinin Omeqa-6 və Omeqa-9 turşuları, antioksidant susamol, skualen, fosfolipid, fitosterol, fosfor, sink, maqnezium və kalsium kimi faydalı maddələrin olmasıdır. Bu cür qidalandırıcı maddələrlə zəngin "kokteyl" küncüt yağının kosmetik və dermatoloji məqsədlərdə istifadəsinə icazə  verir.

Qara zirə yağı - bütün ərəb dünyasının ən qədim gözəllik reseptidir. Bu güclü bir təbii dərmandır.

Kətan, qoz və badam yağı haqda artıq yazmıram, çünki tum və qozlar da eyni tərkibə malikdir, sadəcə yağ ekstrakt kimi daha güclü təsir göstərir!

Bütün yaşıl və yarpaqlı tərəvəzlər:
Onların bir çoxu karotinoidlər, zeksantin və lutein, beta karoten, dəmir, kalsium və fol turşusu duzları ilə zəngindir. Göyərtidə çox miqdarda bitki mənşəli zülal - protein var!

  • İspanaq

Orqanizm üçün bir nömrəli göyərtidir. Qanı təmizləyir və tərkibini yaxşılaşdırır.

  • Brokkoli

Ən faydalı yaşıl tərəvəz. Çox miqdarda C vitamini var, ona görə də antioksidant özəlliyi ilə seçilir. Ondakı zülal və dəmir bütün başqa tərəvəzlərdən daha çoxdur!

  • Avokado

İnsan orqanizminin müxtəlif orqanlarına sağaldıcı təsir göstərir. Hesab edilir ki, avokado yaddaş üçün çox faydalıdır və tərkibindəki yarı doymuş yağ turşuları sayəsində ürək-damar xəstəlikləri riskini azaldır. Avokadonun tərkibindəki kalium su-duz mübadiləsini normallaşdırır və stressdən uzaqlaşdırır.

  • Xiyar

B və C vitaminləri, kalium, fosfor, kalsium, natrium, dioksid və s. mənbəyidir. Hamı onu dəriyə təravət verən və dəri problemlərinə kömək edən əla bir vasitə kimi tanıyır. Xiyar maskalarından istifadə edin, Sassi detoks suyunu unutmayın, nanə, zəncəfil və limon da əlavə edin!

  • Şirin bibər

Bu tərəvəz ürək və damarlar üçün faydalıdır. O qanın tərkibini yaxşılaşdırır. Qanın damarda daha asan hərəkət etməsi üçün antioksidantlara malikdir. Bundan əlavə şirin bibər trombların yaranmasına qarşı bir profilaktikadır. O sinir sisteminə də yaxşı təsir göstərir: xroniki yorğunluqdan, stress, depressiyadan uzaqlaşdırır. Qadınlar üçün xeyirlidir, çünki saç və dərini gözəlləşdirir.

Reseptlər:

  • Qızıl qoz südü

Əvvəlcədən suda isladılmış bir neçə qoz içini götürür, bir çimdik sarıkök, bir stəkan qaynamış su, iki xurmanı əlavə edir və hamısını blenderdə qarışdırırıq. Suyunu süzün və səhərlər isti için, sevdiyiniz qranola və ya sıyığa tökün, bir qaşıq da qoz yağı əlavə edin. Mmm!

  • Qızarmış şirin badam

Bu qış vaxtı əla güc dəstəyidir, qadınlar üçün isə xüsusilə doğumdan sonrakı ilk zamanlarda faydalıdır. Qızarmış badam - enerji verən bir qəlyanaltıdır. Az miqdarda badam və ya ərimiş yağı orta ocaqda isidin. 6-8 badam əlavə edin və ara vermədən partlayana qədər qarışdırın. Ocaqdan götürün və xurma pastası, keroba siropu və ya ağcaqayın siropu kimi istənilən bir təbii dadlandırıcı ilə yeyin. Onları həm də şirin plova əlavə etmək olar!

  • Kətan sıyığı 

Təzə öyüdülmüş kətan toxumunu 2:1 qaynar su olan kasada isladın. Sonra yağı qarışdıraraq qızdırın. Qaynamağa az qalmış ocaqdan götürün, soyudun və sevdiyiniz superfudları, bir qaşıq kətan yağı, dadlandırıcı, giləmeyvələr əlavə edin.

  • Çia yoqurt

Bir neçə yemək qaşığı çia toxumunu bankaya və ya kasaya qoyun, bir stəkan hər hansı bir bitki südü əlavə edin. Ağcaqayın və ya aqava siropu və təbii vanil tökün. Gecə soyuducuda saxlayın və səhər oyandıqda qatı bir yoqurt görəcəksiniz! Qatlarla qranola, dondurulmuş smuzi və meyvələri bankaya düzün, toppinq səpin - çox ləzzətli və gözəl breakfast jar hazırdır!

  • "Yaşıl planet" salatı

Kahı, ispanaq, brokkoli, yaşıl şirin bibər, xiyar və avokadonu doğrayın və laym soku tökün və bir neçə damcı küncüt yağı əlavə edin. Qaraciyəriniz bayram edəcək!

Əgər faydalı qidaları hazırlamağa zamanınız və ya imkanınız yoxdursa, ölkənin ilk etik kafesi Manipura Ethic Cafe&Bara orqanizminizi sevindirməyə gedin. Bunlar və digər gözəllik və sağlamlığınız üçün olan yeməkləri artıq bu qış dada bilərsiniz, onların instaqram-menyusuna baxın. Oleos de El ailə brendinin əsl soyuq sıxımlı çiy yağını da siz bizdə tapa bilərsiniz! Biz onları öz yeməklərimizdə istifadə edirik və öz mağazamızda istəyənlər üçün satışa da qoyuruq. Yeri gəlmişkən, bu qarşıdan gələn bayramlar üçün sevdiyiniz insana əla hədiyyə ola bilər.

Yeni il ərəfəsində isə şəhərin tam mərkəzində, Köhnə Qalada öz yeni filialı Manipura Local Foodu - bitki təqdimatlarıyla milli mətbəxi açır. Bu təzə tərəvəzlərin, meyvələrin və Azərbaycan torpaqlarının digər dəyərli məhsullarının qəbulunu daha da yüksək səviyyəyə qaldıracaq! Qarşıdan gələn bayramınız mübarək! 

Öz gözəlliyinizi görün və özünüzü sevin! Namaste.

EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

EKSPERTƏ SUAL: BOKSLA MƏŞĞUL OLMAĞA NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

Bayram gəlir: İşsevənlər üçün hədiyyələr

Bayram gəlir: İşsevənlər üçün hədiyyələr

Növbəti paylaşım
Top