#AUTUMN
13.09.18

14-15-16 sentyabr üçün 5 məşğuliyyət

Afişa, Yay
14-15-16 sentyabr üçün 5 məşğuliyyət

Artıq çoxdandır ki, tələbə olmasanız da təhsil ilinin yaxınlaşdığını hiss edirsiniz? Biz sizi həyəcandan uzaqlaşdıracaq 5 məşğuliyyət toplamışıq:

Musiqi dinləyirik:

  • 13 sentyabr Köhnə şəhərdə YAY Gallery damında Roman Şulqinin akustik ifasından həzz alırıq. Yerlər məhduddur, tez gəlib özünüzə yer tutun.

Harada: YAY Gallery, İçərişəhər, Kiçik qala küç.5

Nə vaxt: 13 sentyabr, 19:30

Necə: Giriş sərbəstdir

  • 14 sentyabrda Yosuke İrienin çıxış edəcəyi bambuq fleyta Syakuxatinin müşaiyəti ilə yapon mədəniyyətini hiss edəcəyik.

Harada: Beynəlxalq Muğam mərkəzi

Nə vaxt: 14 sentyabr, 19:00-20:00

Necə: Giriş sərbəstdir

  • 15 sentyabr Coffee Moffiedə gitara çalırıq. Əgər özünüzə dinləyici tapa bilmirdinizsə, auditoriya önündə dörd mahnı ifa etmək şansınız var.

Harada: Coffee Moffie, İ.Səfərli küç.9

Nə vaxt: 15 sentyabr, 20:30-23:00

Necə: Giriş sərbəstdir

  • 15 sentyabr ruhumuz üçün musiqi - əsl fanatların ifasında poeziya dinləyirik. Sevdiyiniz şeirləri götürün və oxumağa gəlin.

Harada: Show Time, B.Səfəroğlu, 184

Nə vaxt: 15 sentyabr, 19:00

Necə: Giriş sərbəstdir

  • 15 sentyabr Sankt-Peterburqdan olan tandem Fake Moodu dinləyir və rəqs edirik. Onlar bir janrla kifayətlənmirlər, ona görə də etnik motivli elektronika və techno elementlərilə house musiqi mikslərinə hazır olun.

Harada: Buddha-Bar Baku, JW Marriott Absheron

Nə vaxt: 15 sentyabr, 21:00

Necə: Bu nömrədə masa sifariş edin - 99450 404 8209

Yeni şeylər öyrənirik:

15 sentyabrda Sensey Tural Süleymanlı ilə birlikdə aykido və nəfəs alma, meditasiya texnikalarını, öz sağlamlığımızın qeydinə necə qalmağı öyrənirik. Mütləq qeydiyyat üçün buraya klikləyin.

Harada: Yoga Shahi, C.Cabbarlı küç. 609

Nə vaxt: 15 sentyabr, 17:00-18:30

Necə: Giriş qeydiyyatla

Film izləyirik:

  • 14 sentyabr ingiliscə subtitrli fransız filmi Leo Karaksın «Korporasiya “Müqəddəs motorlar”» refleksiyasını rəssam və kinorejissor Teymur Daimi ilə birlikdə izləyəcəyik.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 14 sentyabr, 19:30

Necə: Giriş 18 yaşdan yuxarılar üçün sərbəstdir

  • Əgər kifayət qədər film izlədiyinizi düşünürsünüzsə, intellektual Kinoliqa oyununda iştirak edin. 4-8 kinomandan ibarət komanda yığmaq lazımdır. Qeydiyyat @60secbaku səhifəsindədir.

Harada: Süfrə Restaurant, Molokan bağı

Nə vaxt: 16 sentyabr, 18:30

Necə: Bir komanda üçün - 50 manat

Yaxşılıq edirik:

  • 16 sentyabr yay sezonundan sonra çimərliyi təmizləməyə gedirik. Yazılmaq üçün kontaktlarınızı info@ideacampaign.org ünvanına "təmizlik" qeydi ilə göndərin. Ətraflı məlumat üçün zəng edin, 99412 497 6316.

Nə vaxt: 16 sentyabr, 9:30

7-8-9 sentyabr üçün 4 məşğuliyyət

7-8-9 sentyabr üçün 4 məşğuliyyət

Top