01.03.19

2-3 mart üçün 5 məşğuliyyət

Afişa
2-3 mart üçün 5 məşğuliyyət

Budur, yaz gəldi. Qabaqda çoxlu günəş, çiçəklər və şəhər gəzintiləri var - martın ilk həftə sonları hara gedəcəyimiz haqda danışırıq:

  • Nə vaxt: 2 mart
  • Harada: YARAT Müasir İncəsənət Mərkəzi 
  • Necə: Giriş sərbəstdir

2 martdan 16 iyunadək YARAT Müasir İncəsənət Mərkəzində rəssam Babi Bədəlovun şəxsi sərgisi keçiriləcək. Bədəlov Parisdə yaşayır və işləyir, onun işləri isə Avropanın bütün böyük şəhərlərində sərgilənir.  « ZARA Tustra» qurğusu - tavandan asılan mələfələr, pərdə parçaları və üzərində şerlər olan parçalardır.

  • Nə vaxt: 3-4 mart
  • Harada: iN, YARAT Müasir İncəsənət Mərkəzi
  • Necə: Qeydiyyat linkdə

3 mart iN-də məşhur London əyləncəsi - Boiler Room olacaq. Boiler Room - andeqraund musiqisi sevənlərin böyük bir cəmiyyətidir. Son səkkiz il ərzində layihə çərçivəsində dünya üzrə yüzdən çox şəhərdə proqramlar keçirilib. Əyləncənin ertəsi günü isə Boiler Room uşaqları YARAT-da dicital marketinqə həsr olunmuş vörkşop keçirəcəklər.

  • Nə vaxt: 2 mart
  • Harada: Passage 1901
  • Necə: Giriş sərbəstdir

Bu şənbə, 2 martda Passage 1901-də Woman Power Vol.2 masterlərinin növbəti yarmarkası keçiriləcək. Səhər 10:00-dan axşam 19:00-dək uşaqlar öz yubileylərini qeyd edəcək və qarşıdan gələn qadınlar günü üçün hədiyyələrini satacaqlar. 

  • Nə vaxt: 2 mart
  • Harada: Boulevard Hotel Baku
  • Necə: Facebook səhifəsinə öz əlaqə məlumatlarınızı göndərib qeydiyyatdan keçə bilərsiniz

Bu şənbə Boulevard Hotel Baku-da «Green House Kitchen» restoranında VEGAN BOOM günü keçiriləcək! Azərbaycana dəvət olunmuş şef Konstantin Stolyarov qonaqlara yerli zeytun yağı ilə hazırlanmış ləzzətli vegeterian və veqan yeməkləri təqdim edəcək.

  • Nə vaxt: 2 mart
  • Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
  • Necə: Biletləri buradan almaq olar

Çoxsaylı istəklərlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yenidən FlamencoLive performansı olacaq. FlamencoLive - özündə canlı və səmimi ispan flamenkosu ilə çıxış edən beynəlxalq səviyyəli professional artistləri birləşdirən bir art-layihədir.

  • Nə vaxt: 3 mart
  • Harada: Sektoreight 
  • Necə: Bilet qiyməti girişdə - 15 manat

Bu həftə Sektoreight-də iki xarici dj çıxış edəcək. Jobe - Böyük Britaniyalı musiqi prodüseri və FU - türk dj. Janrlara baxsaq, sizi melodik haus və proqressiv texno gözləyir.

Film yenilikləri: Nələri izləyək?

Film yenilikləri: Nələri izləyək?

London Calling: hər zaman lazım olacaq 8 lüğət

London Calling: hər zaman lazım olacaq 8 lüğət

Növbəti paylaşım
Top