#WINTER
23.11.18

6 ən yaxşı səhər yeməyi məkanı

İnsanlar, Məkanlar, Qida
6 ən yaxşı səhər yeməyi məkanı

@la_mia_colazione - günəşli Bakıda yaxşı səhər yeməkləri üzrə əsl ekspert Xanım Nəsirovanın bloqu belə adlanır. Biz Xanımdan ən yaxşı altı səhər yeməyi məkanı siyahısını bizimlə paylaşmağını xahiş etdik.

Çoxları üçün artıq sirr deyil ki, səhər yeməyi mənim üçün günün ən əvəzolunmaz yeməyi olub və olacaq da! Səhər yeməyi - yeni günün gözlənməsidir və o nə qədər ilhamlandırıcı olarsa, gününüz də elə keçər. Günü necə qarşılasan, elə də keçirərsən. Şəxsən dəfələrlə özüm bu faktın doğruluğuna şahid olmuşam! Dadlı, faydalı və mənim üçün vacib olan gözəl bir səhər yeməyi ilə başlayan gün bir qayda olaraq daha enerjili və məhsuldar keçir. Axı xoşbəxtlik ən sadədən ən yaxşısını çıxarmaq və bunu özünə ən gözəl halda çatdırmaqdır! Gözəl, rahat bir səhər yeməyi zamanı xəyallar qurmaq, planlar və onların həyata keçirilməsi haqda düşünmək olar! Şübhəsiz, ev səhər yeməkləri ən yaxşısıdır, ancaq özümüzü evdən kənarda səhər yeməkləri ilə də sevindirməliyik və mən bunu çox sevirəm. Səhər menyusu hazırlayan və iş saatlarını dəyişib, bir qədər tez açaraq, şəhəri səhər yeməyində qarşılamaq üçün restoranların sayı getdikcə çoxalır. Budur mənim Bakıda ləzzətli və xoş səhər görüşləri üçün seçdiyim məkanlar:


  • Paris Bistro

Səhər yeməyi verirlər: hər gün, 24 saat

Paris - hər zaman yaxşı bir fikirdir! Ona görə də bu məkan mənim kimi kiçik dairəvi masalar və həsir stulları olan rahat Paris kafelərini sevənlər üçündür. Tünd qəhvəni içərkən, onun ətrinin təzə biçilmiş otlarla qarışmasından estetik bir həzz alaraq yoldan keçənləri izləməyi sevənlər üçündür. Burada mənim ən sevdiyim zərif holland sousu altında qızıl balıqlı benediktdir. Onun yanında limon suyu sıxılmış təzə salat verirlər. Yəqin ki, bunu sifariş verməkdən heçvaxt yorulmaram. Həddindən artıq tərifləməyə qorxuram!

  • Marivanna Baku

Səhər yeməyi verirlər: həftə sonları 10:00-dan 14:00-dək

Mənim ailəvi, rahat səhər yeməyi haqda təsəvvürlərimi tam qarşılayan bir məkandır! Oradakı ləzzətli blinləri, oladiləri, varenikləri squşonkaya, ətirli mürəbbələrə və ya qaymağa batırıb, kakao və ya köpüklü kapuçino ilə yeməkdən çox böyük həzz alıram. Əgər gəzirsinizsə, ürəkdən gəzmək lazımdır, başqa  cür olmaz! Ordakı atmosferi çox sevirəm, saata baxmağı unudur və oranı tərk etmək istəmirsən.


  • Сafe Сarrousel

Səhət yeməyi verirlər: hər gün 8:00-dan 22:00-dək

Bu kiçik, lakin çox rahat kafeya girdiyim zaman ilk baxışdan aşiq oldum! Tam olaraq hər şeyə aşiq oldum! Abhava, personal və əlbəttə ki, sifariş etdiyim bütün yeməklər.

Ancaq şübhəsiz ki, sırniklər mənim ən sevdiyim oldu və mənim fikrimcə onlar şəhərdə ən dadlı sırniklərdir və məhz buna görə mən bu məkana yenidən və yenidən qayıdıram...

  • The House Cafe

Səhər yeməyi verirlər: hər gün, iş saatları müddətində

Demək olar ki, təkcə səhər yeməkləri üçün deyil, ümumiyyətlə şəhərimizdə mənim ən sevdiyim məkanlardan biridir. Geniş səhər yeməyi menyusu, həm şirin sevənlər həm də formada qalmağa diqqət edənlər üçün müxtəlif yeməklər, "healthy" bölməsində bir çox yeməklər var. Onların səhər yeməyini mən dadların müxtəlifliyinə, gözəl təqdimata və məhsulların keyfiyyətinə görə çox sevirəm. Bu məkanda mənim ən sevdiyim yumurta-paşot & avokadodur - bu avokado, kəsmik, çerri pomidoru, üzərində iki ədəd yumurta paşot olan, reyhan, keşniş və yaşıl soğan səpilmiş, qızarmış ,xırçıldayan bir tostdur - barmaqlarınızı yalayacaqsınız!

  • Paul

Səhər yeməyi verirlər: həftə içi 12:00-dək, həftə sonu 14:00-dək

120 illik tarixi olan əfsanəvi fransız çörəkçisi dadlı səhər yeməyi üçün mənim sevdiyim məkanlardandır! Əsas konsept - gizli ailə resepturası, inqrediyentlərin dəyişməyən keyfiyyəti və məkanın baş atributuna çevrilmiş ağ-qara döşəmələr. Buraya mən səhər yeməyinə, belçika vafliləri və zərif kremlə, çiyələk dilimli kruassanlar üçün gəlirəm! Bu ilk baxışdan və ilk dişləmədən bir sevgiydi!

  • Baku Cafe

Səhər yeməyi verirlər: həftə içi 9:00-dan 12:00-dək, həftə sonlar 9:00-dan 15:00-dək

Milli koloritlərimizin müasir tərzləri tamamlayaraq, heç bir artıq şey olmadan öz əksini tapmasını çox sevirəm. Baku kafenin vizit kartı da məhz budur - müasir tərzə baxmayaraq, hər şeydə milli ruh hökm sürür! Ona görə də bu məkan məhz əsl bakılıların milli səhər yeməyi məkanıdır! Təzə süd məhsulları, dadlı isti səhər yeməkləri və səliqəli təqdimat. Uşaqlığmızın stəkanlarında kakao və ya samovar çayı içmək isə bu məkan haqda fikirlərinizi daha da gözəlləşdirəcək!

Budur, uzun siyahımızın sonuna gəldik! Yuxarıda saydığım bütün məkanlara xoş qarşılama və dadlı səhər yeməkləri zamanı keçirilən gözəl anlara görə təşəkkürümü bildirirəm! Ümid edirəm ki, sizin haqda heçvaxt yanılmaram. Bu siyahı isə azalmaz, daha da artar! Hər kəsə xoş əhval-ruhiyyə, əyləncəli həftə sonları və ləzzətli səhər yeməkləri arzulayıram!

23-24-25 noyabr üçün məşğuliyyət

23-24-25 noyabr üçün məşğuliyyət

Yeniliklər: Hansı filmləri izləyək?

Yeniliklər: Hansı filmləri izləyək?

Növbəti paylaşım
Top