#SUMMER
01.03.18

2-3-4 mart üçün 6 məşğuliyyət

Afişa
2-3-4 mart üçün 6 məşğuliyyət

Yazın ilk həftə sonları yadda qalan olmalıdır! Baku Afisha sizin üçün ideyalar hazırlayıb:

Özünüzə hədiyyə edin:

  • Özünüzə kiçik bir hədiyyə edin, axı siz bir qışı daha keçirdiniz! 3 martda Hocca Coffee & Bar-da hendmeyd ustalarının qadınlar gününə həsr olunmuş yarmarkası keçiriləcək. Güclü və azad qadınlar özlərinə şərflər və papaqlar, açıqcalar, bəzək əşyaları, corablar, pijamalar və telefon keysləri ala bilərlər - hamısı müəllif işidir və demək olar ki, hamısı - yalnız bir nümunədir. Əgər yarmarkaya gəlmək üçün bir səbəb daha istəyirsinizsə - həmin gün kafedə Eklerika-dan zərif eklerlər veriləcək.

Harada: Hocca Coffee & Bar, Nizami küç.203 C (AF Business House)

Harada: 3 mart, 10:00-20:00

Necə: Giriş sərbəstdir

Əsl qadınlardan ilham almaq:

  • Azərbaycanın görkəmli qadınları haqqında nə bilirsiniz? Razılaşın, çox şey bilmirsiniz - ancaq belə qadınlar o qədər çoxdur ki, - onlar cəsarətlə taleyə və ictimai rəyə qarşı çıxan dözümlü əsl xanımlar idilər. Daha çox öyrənmək və onların həyatından ilham almaq üçün 3 martda Baku Sightseeing ilə birlikdə interaktiv Bakı turuna qatıla bilərsiniz. Siz maraqlı bir çox şey öyrənəcəksiniz - altı məkana gedəcəksiniz - muzeylər, teatrlar, tarixi binalar və əgər yeni biliklərinizdən istifadə etsəniz, hədiyyə də qala bilərsiniz.

Harada: Azərbaycan Dövlət Kukla Teatrı (Bulvar)

Nə vaxt: 3 mart, 11:00

Necə: Biletləri Baku Sightseeing saytından və ya telefonla əldə etmək olar: (994 50) 291 1103

Qiymət: Bir nəfər üçün 10 manat

Gözəllik yaratmaq:

Bu həftə sonları - səməni əkmək üçün əla zamandır. Yazın ən təzə və yaşıl simvolunu necə yetişdirmək haqqında burada oxuyun. Yaz bayramına hazırlığı mütləq öncədən başlayın - evinizə bir az günəş və istilik qatın, biz onları haradan alacağınızı bilirik - burada.

  •   Əgər evə çiçək almaq istəsəniz - onlar üçün dibçəklər rəngləyin - onlar daha da rahatlıq qatır - prosesin özü isə sakitləşdirir və ilham verir.

Harada: Xəqani küç. 86, "Mincə sənət" qalereyası 

Nə vaxt: 3 mart, 12:00

Necə: Telefonla qeydiyyat – (994 50) 225 9231

Qiymət: Bütün materiallar daxil olmaqla 25 manat

  • Ev bitkiləri sizdə çox yaşamır? Onda quru çiçək və yarpaqlardan olan ikeban sizə uyğun gələr, onlar otağınıza kolorit qatacaq və sulamağa da ehtiyac olmayacaq!

Harada: Alice's Cafe

Nə vaxt: 4 mart, 10:00-21:00

Necə: Telefonla qeydiyyat – (994 77) 747 47 77

Qiymət: 15 manat

  • Əgər sizin balacanız da anasına hədiyyə üçün nə isə hazırlamaq istəyirsə - onu Xalça Muzeyinə Qadınlar bayramına həsr olunmuş ana və uşaq gününə gətirin.

Harada: Azərbaycan xalça muzeyi

Nə vaxt: 3-4 mart

Reallığı kontrol etmək:

  • Rejissor Kristofer Nolanı sevənlər bu həftə sonları entuziast Ucal Əzizzadənin "Reallıq üzərində kontrol" kino-leksiyasına qatılmalıdırlar. Ucalla birlikdə siz rejissorun öz kinoşəkillərində istifadə etdiyi fəlsəfə və ideyaları anlayacaqsınız.

Harada: Tik-talk, Nizami küç.64 (Central Baku kafesi ilə üzbəüz)

Nə vaxt: 4 mart, 17:00

Necə: Yerlər məhduddur, bu nömrədə qeydiyyatdan keçin – (99 50) 685 16 19 (WhatsApp)

Qiymət: Sərbəst qeydiyyat ilə

Dəbli olmaq:

  • Dəbdən yaxşı anladığınızı düşünürsünüzsə - onda LAVİEW kişi dəbi və incəsənəti onlayn platformasının qurucusu və baş redaktoru - Stas Reunu dinləməyə gəlin. Stas hesab edir ki - "Dəb - hobbi və əyləncə deyil, bu sahədə nəyəsə nail olmaq istəyənlərin tam əməyini tələb edən böyük bir sənayedir". Razısınız? Onda mütləq gəlin, çox maraqlı olacaq.

Harada: Excelsior Hotel & Spa, Alinja zal

Nə vaxt: 3 mart, 17:00

Necə: Ətraflı məlumat – (99450) 340 7800

Qiymət: 15 manat (tələbələt üçün pulsuzdur, ona görə də tələbə biletinizi unutmayın)

Özünü müdafiə:

  • Təhlükədən qorunmaq lazım gəldikdə çətin vəziyyətə düşməmək üçün özünü müdafiə kursları axtarırsınız? Bunu müxtəlif növ təkbətək şərq döyüşləri üzrə altıqat dünya çempionu Vidadi Hacıyevdən öyrənməyə gedin.

Harada: MY CLUB by Royal Park

Nə vaxt: 4 mart, 19:00-20:30

Qiymət: Bir dərs üçün 20 manat

Sağlam ol: Yuxudan oyanmaq

Sağlam ol: Yuxudan oyanmaq

Qadınlar günü: 8 mart üçün 8 məkan

Qadınlar günü: 8 mart üçün 8 məkan

Növbəti paylaşım
Top