03.05.18

4-5-6 may üçün 6 məşğuliyyət

Afişa
4-5-6 may üçün 6 məşğuliyyət

İllüstrasiya: Richard Zielenkiewicz

Ruhumuz tətil istəyir və Baku Afisha da bu vik-end doğma şəhərdə haraya istirahətə gedəcəyinizi bilir:

Yelkənlər altında gəzirik:

  • 5 may Yaxt klub yanında çox maraqlı hadisə olacaq - üç sinifdə Yelkənli Qayıqların yarışı keçiriləcək! Qayıqlar 11:00-da dənizə çıxacaqlar, suda yarış 13:00-da başlayacaq, quruda isə sizi ekstremal müsabiqələr, dj-setləri, animatorların və skeytbordçuların çıxışları gözləyəcək.

Harada: Dənizkənarı Bulvar, Yaxt klubda

Nə vaxt: 5 may, 11:00-18:00

Necə: Giriş sərbəstdir

Yapon incəsənəti ilə tanış oluruq:

  • 5 mayda yapon mədəniyyətini sevənlər Azərbaycan Milli İncəsənət muzeyində XIX əsr Avropa incəsənətinə böyük təsiri olan yapon qravüraçı və rəssam Katsusika Hokusayanın yaradıcılığı ilə bağlı mühazirəyə toplanacaqlar. Hokusayanın qravüra tematikası Vinsent Van Qoq və Pyer Oqyust Renuar da daxil olmaqla bir çox rəssamların işlərində izlənilir. Mühazirəni fotorəssam, kurator, Artlogos klubu spikeri Rüstəm Hüseynov oxuyacaq.

Harada: Azərbaycan İncəsənət Muzeyi

Nə vaxt: 5 may, 15:00

Necə: Giriş sərbəstdir

İtalyan tələffüzü öyrənirik:

  • Bakıda italyan operası günləri davam edir. 4 may 19:00-da kamera və orqan musiqi zalında italyan orqançı «I Pomeriggi Musicali» orkestrinin başçısı Mauritsio Malemo çıxış edəcək. 6 may 19:00-da Opera və Balet Teatrında gənc və istedadlı rejissor Alessandro Kalqaknilenin başçılığı ilə "Sevil bərbəri" olacaq. Operada ən önəmli rollardan birini məşhur italyan bariton Daniele Kaputo oynayır.

Harada: Kamera və orqan musiqisi zalı// Opera və Balet teatrı

Necə: Biletləri iticket.az-dan almaq olar

Avro-tura gedirik:

  • 2 maydan 17 mayadək Bakıda İmagine Avropa festivalı keçiriləcək, festival çərçivəsində bir çox maraqlı filmləri tamamilə pulsuz izləyə biləcəksiniz. Həmçinin musiqi dinləyə bilərsiniz – Peru muğamı (4 may 20:00-da Muğam mərkəzində) və ya onun yunan interpretasiyası – 6 may, 20:00-da Muğam mərkəzində. Festivalın tam proqramı ilə sizinavropa.az saytında tanış olun.

Nə vaxt: 2-17 may

Britaniya filmi izləyirik:

  • Nizami kinoteatrında britaniya film festivalı keçirilir. 4 may 14:30-da burada rok-musiqiçi Morrissi və The Smiths qrupunun yaradıcılıq yolları haqqında film izləmək olar. 5 may 18:30-da səhnə arzusunda olan gənc aktrisa və rahat buraxılmaq arzusunda olan sağalmaz xəstəliyə tutulmuş aktyorun yollarının kəsişməsi haqqında komediya The Carer-i göstərəcəklər. 6 may 15:00-da Aqata Kristinin romanı üzrə Crooked House-a baxa biləcəksiniz. Filmlər ingilis dilində rusca subtitrlarla göstəriləcək.

Harada: Nizami Cinema Centre

Nə vaxt: 4-5-6 may

Necə: Biletləri (2 manat) kinoteatrın kassalarında əldə etmək olar 

Bütün dünya ilə qaçırıq:

  • 6 may 15:00-da Bakı bütün dünya ilə birlikdə xeyriyyə qaçışı Wings for Life World Run qaçacaq. Qaçışda hər hansı bir fiziki hazırlığı olan insanlar iştirak edə bilərlər - məqsədi siz özünüzə qoyacaqsınız və finişə deyil, ondan qaçacaqsınız! Qaçış haqqında ətraflı burada. Qaçış sonunda əla əhval-ruhiyyə və iştirak sertifikatı alacaqsınız! wingsforlifeworldrun.com saytında qeydiyyatdan keçə bilərsiniz. Qiymət – 8 avro.

Harada: Dənizkənarı bulvar

Nə vaxt: 6 may, 15:00

Necə: Saytda qeydiyyat – 8 avro

Baku Afisha məsləhət görür: festival İmagine

Baku Afisha məsləhət görür: festival İmagine

Like a local: Roma

Like a local: Roma

Növbəti paylaşım
Top