#AUTUMN
10.05.18

11-12-13 may üçün 7 məşğuliyyət

Afişa
11-12-13 may üçün 7 məşğuliyyət

Baku Afisha bu həftə sonları nə edəcəyinizi bilir:

Latino tərzi rəqs etmək:

  • 12 may YARAT mərkəzində NERO şou-baletinin aparıcı xoreoqraf və bədii rejissoru Nərgiz Useynova ilə birlikdə zumba rəqsi edirlər. Nərgiz Zumbanın Türkiyədəki rəsmi təmsilçisi Didem Zeybekdən sertifikat alıb, beynəlxalq tədbirləri ziyarət edir, zumba haqqında hər şeyi bilir və sizə də öyrədəcək! Rahat geyinin və gəlin!

Harada: YARAT! mərkəzi

Nə vaxt: 12 may, 11:30

Necə: Giriş sərbəstdir

Doqi-yoqa ilə məşğul olmaq:

  • Yoqanı və sizə yoqa məşğul olmaqda mane olan itinizi çox sevirsiniz? Onu da özünüzlə götürün və IACC-a yoqaya gəlin. Əgər itiniz yoxdursa, ancaq çoxdan olmasını arzu edirsinizsə, yenə də gəlin! İDEA! və Yoga Shahi-nin təşkil etdiyi antistress proqram burada yeni dostlar və gələcək sahiblərini gözləyən heyvanlarla möhkəm münasibət qurmağa kömək edəcək. Mütləq qeydiyyatdan keçin, yerlər məhduddur - qeydiyyat burada.

Harada: IACC

Nə vaxt: 12 may, 12:00-17:00

Necə: Qeydiyyatdan keçən hər kəs üçün giriş sərbəstdir

Balaca qardaşlara kömək etmək:

  • Əgər yoqa sizi maraqlandırmırsa, heyvanlara başqa bir yolla BUTA-nın 6 unikal bitki ekstraktlı limitli seriyasından şampun və duş geli almaqla kömək edə bilərsiniz. Kosmetika satışından əldə olunan bütün gəlir İDEA-nın heyvanlara qulluq mərkəzi hesabına köçürüləcək.

Harada: 28 Mall və Ganjlik Mall-da Ideal Perfumerty&Cosmetics mağazaları

Nə vaxt: 27 mayadək 

Marafonçulara dəstək olmaq:

  • Bu il də Marafona hazırlaşmadınız, ancaq dostlarınız və doğmalarınız qatılacaq? Marafon fan-zonasında onlara dəstək olmağa gəlin! Bunun üçün qeydiyyatdan keçmək vacib deyil, xalçanızı götürün və Bakı Olimpiya stadionu qarşısındakı yaşıllıqda gözəl vaxt keçirin. Uşaqları da özünüzlə gətirin, onları əyləncəli proqram gözləyir. 

Harada: Bakı Olimpiya Stadionu 

Nə vaxt: 13 may, 10:00

Necə: Giriş sərbəstdir

Uçmağı öyrənmək:

  • Uçmağı öyrənmək mümkündür! Əlbəttə ki, əgər siz ekstrimi sevir və yüksəklikdən qorxmursunuzsa. Gilavar Hava və Ekstremal İdman Klubunun və Azərbaycan Hava və Ekstremal İdman Federasiyası FAIREX-in dəstəyi ilə paraplanerizm dərsləri üçün qeydiyyatdan keçin. Yeddi teoritik dərsi və üç yoxlama uçuşunu uğurla keçin və P2 kateqoriyalı rəsmi paraplan pilotu lisenziyasını alın. Məşqləri pilot Ziya Qasımov keçirəcək. Qeydiyyat və ətraflı məlumat burada.

Son sürətlə getmək:

  • Baku City Circuit 2018 başa çatdı - ancaq sürət sevgisi sonsuzdur! Su idmanları sarayı Aquatic Palace yaxınlığında yerləşən yeni Kartinq-mərkəzdə öz yarışçı potensialınızı özünüzü və ətrafdakıları riskə atmadan reallaşdıra bilərsiniz. Yolda bir neçə maraqlı sahə, viraj və döngələr var. Tezliklə burada uşaqlar üçün sürücülük kursu açılacaq, hələlik isə gecəyə qədər sürmək olar. 

Harada: Su idmanları sarayı Aquatic Palace

Nə vaxt: Bütün həftə sonları, 11:00-23:00

Anamıza bayram təşkil edirik:

  • 13 may ABŞ-da analar gününü qeyd edirlər. Anamızı sevindirmək üçün əla səbəbdir. Ona yemək bişirməyəcəyi bir gün hədiyyə edin. Bunun yerinə o Fireworks Urban Kitchen-da ən dadlı yeməkləri yeyə və canlı musiqi dinləyə bilər.

Harada: JW Marriott Absheron Baku, Azadlıq pr.674

Nə vaxt: 13 may, 19:00-23:00

Necə: 60-125 manatadək

Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Top